2018
01 Dec 2023 | 13:38

"Qərbin Rusiya ilə hibrid müharibəsində növbəti qurban Moldova olacaq" - Lavrov

 
"ATƏT acınacaqlı durumdadır və onun perspektivləri aydın deyil..."
 
"ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalarla Qərb və Şərq arasında geniş praktiki kooperasiyasının üstündən qalın xətt çəkib..."
 
"Biz Rusiyanın Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik..."
 
Qərbin Rusiya ilə hibrid müharibəsində növbəti qurban Moldova olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələri XİN rəhbərlərinin görüşündə bəyan edib. Məlumatı "gordonia.com" nəşri yayıb.
 
Rusiyalı nazirin sözlərinə görə, NATO və Avropa İttifaqı məqsədi Dnestrynının xüsusi statusunun parametrlərinin işlənib hazırlanması olan "5+2" formatını "məhv edir". Ona görə də Moldovaya "növbəti qurban aqibəti hazırlanıb", Lavrov deyib.
 
"Qərb emissarları, fondları və qeyri-hökumət təşkilatlarınln fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir", - o, hədə-qorxu gəlib.
 
Öz nitqində Lavrov bir sıra təbliğat xarakterli bəyanatlar səsləndirib. O, deyib ki, ATƏT "acınacaqlı durumdadır" və onun perspektivləri "aydın deyil".
 
Lavrov "Qərb siyasi elitalarının" təşkilatın deyil, NATO-nun xeyrinə seçim etdiklərindən dəm vurub.
 
"Belə xəttin həlledici tərkib hissələrindən biri NATO-nun Varşava Müqaviləsi Təşkilatının ləğvindən sonra düşünmədən şərqə doğru ekspansiyası olub", - o, iddia edib.
 
O, NATO və Avropa İttifaqını təşkilatın "hərbi-siyasi ölçülərinin" dağıdılmasında, ABŞ-ı isə açıq səma üzrə Müqavilənin "dəfn edilməsində" ittiham edib. 
 
Rusiya XİN rəhbəri təcavüzkar ölkəyə qarşı tətbiq edilən minlərlə sanksiyalardan şikayətlənib və deyib ki, ABŞ və Avropa bu sanksiyalarla "Qərb və Şərq arasında geniş praktiki kooperasiyanın üstündən qalın xətt çəkib".
 
Lavrovun çıxışı görüş iştirakçılarının bir hissəsi tərəfindən boykot edilib. Onların sırasında Ukrayna XİN rəhbəri Dmitri Kuleba, onun polşalı həmkarı Şimon Şinkovski vel Senk və Baltikyanı ölkələrin XİN rəhbərləri olub. 
 
"Yevropeyskaya pravda" nəşri qeyd edib ki, Ukrayna nümayəndə heyəti Lavrovun çıxışı zamanı zalı tərk edib. Ukraynalıları digər nümayəndə heyətləri, o cümlədən Çexiya xarici işlər naziri Yan Lipavski də dəstəkləyib.
 
Lavrovdan sonra iclasda Danimarka XİN rəhbəri Lars Lekke Rasmussen çıxış edib. O, qeyd edib ki, rusiyalı nazirin sözləri, "yumşaq desək, çox böyük yanlışlıqdır" və vudğulayıb:
 
"Biz Rusiyanın Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik". Bu barədə "The Guardian" yazıb.
 
Rusiyanın davranışı qaydalara əsaslanan beynəlxalq düzənin pozulmasıdır, onun öz seçimində başqalarını ittiham etmək cəhdi aydındır, Danimarka XİN rəhbəri deyib və Lavrovun onu artıq dinləmədiyini sezib, o, zalı tərk edib.
 
"Bu da sizə dialoq", - Rasmussen köks ötürüb.
 
ATƏT ölkələri XİN rəhbərlərinin görüşü Şimali Makedoniyada keçirilir. Xəbər verildiyi kimi, Lavrovun təyyarəsi Skopyeyə noyabrın 30-da gəlib.
 
Təyyarə Türkiyə və Yunanıstan üzərindən uçmalı olub, çünki Bolqarıstan təyyarədə XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın olması səbəbindən onu ölkəsinin hava limanına buraxmayıb.
 
Qeyd edək ki, nazirlərin ötənilki görüşündə Lavrov iştirak etməyib, çünki təşkilata sədrlik edən Polşa Rusiya nümayəndə heyətini görüşə dəvət etməyib.
Link kopyalandı!
Son xəbərlər