"Mən onu uzun müddət unuda bilmədim, qaynar baxışlı və incə bədən quruluşlu gözəl qızı tez-tez xatırlayırdım..."
"Mən onun həm çöhrəsində, həm də düşüncələrində axtardığım bir çox keyfiyyətləri gördüm...ən əsası, illərlə davam edən ruhi tənhalıqdan qurtuldum..."
"Mən Saraya hər şeyi etiraf etdim, o, məni bağışladı və oğlumun dünyaya gəlişinə "körpə mələkdir, qoy xoşbəxt olsun" sözlərilə dəstək oldu..."
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev özünün "Mənim həyatım" xatirələr kitabında etiraf edib ki, onun ikinci ailəsi olub. Bu günlər mağazalarda peyda olacaq kitabdan seçmələr "Orda.kz" nəşrində noyabrın 29-da dərc edilib.
Moderator.az xəbər verir ki, bu barədə "gordonia.com" nəşri məlumat verib.
Nəşr yazır ki, Nazarbayev ilk dəfə Sara Konakayeva (qızlıq soyadı) ilə evli olan zaman Asel İsabayeva və onunla birgə iki övladı barədə açıq etiraf edib.
Nazarbayev Konakayeva ilə 1962-ci ildə nikaha girib, İsabayeva isə təxminən 2000-ci illərdə "müsəlman adətilə" onun həyat yoldaşı olub.
"Bir dəfə yolum Taldıkurqan vilayətinə düşmüşdü. Hava limanında mənə çiçək dəstəsi təqdim edən qız inanılmaz dərəcədə gözəl idi. Mən onu uzun müddət unuda bilmədim. Qaynar baxışlı və incə bədən quruluşlu gözəl qızı tez-tez xatırlayırdım. Bir müddət keçdi. Həmin o gözəl qızın obrazı yenidən hafizəmdə canlandı", - Nazarbayev yazıb.
O, qeyd edib ki, bir dəfə "Qazaxıstan gözəli" müsabiqəsi qalibinin fotoşəklini görüb, ona həmin çiçək dəstəsini tədqim edən qız olduğunu tanıyıb və onu axtarıb tapıb.
"Bizim tanışlığımız qarşılıqlı simpatiyaya, simpatiyamız sevgiyə çevrildi. Tədricən biz görüşməyə başladıq. Onun həm çöhrəsində, həm də düşüncələrində mən axrardığım bir çox keyfiyyətləri gördüm.
Ən əsası, mən illərlə davam edən ruhi tənhalıqdan qurtuldum. Mən tarixçəni izatmaq istəmirəm. Biz müsəlman adəti ilə nikaha girdik. Asel mənə iki gözəl oğul bəxş etdi. 2005-ci ildə Tauman, 2008-ci ildə Bayken dünyaya gəldi", - Nazarbayev məlumat verib.
Onun sözlərinə görə, həyat yoldaşı Saraya (onların üç övladı var) "bütün həyatı boyunca minnətdarlıq hissi və qayğı ilə yanaşıb.
"Taleyimin həmin dönüş məqamında o, məni anladı və məni bağışladı. Tauman doğulandan sonra mən Almatıya gəldim, onun qarşısında günahımı etiraf etdim və hər şeyi olduğu kimi danışdım, hörmətli salalənin nümayəndəsi yenidən alicənablıq göstərdi. "Körpə mələkdir. Qoy o, xoşbəxt olsun", - sabiq prezident baş verənləri təsvir edib.
O, bəyan edib ki, tam həqiqəti söyləyib. "Bunu necə qarşılayacağınız öz işinizdir. Bu, həyatdır. Bir təkzibedilməz həqiqət var. Bu həqiqət ondan ibarətdir ki, ürəyə hökm etmək olmaz", - Nazarbayev özünə belə haqq qazandırıb.
***
Nazarbayev beş prezidentlik müddətində-1990-cı ilin aprelindən 2019-cu ilin martınadək Qazaxıstanın dəyişməz prezidenti olub.
"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, Nazarbayev dönəmində Qazaxıstanda fikir və toplaşmaq azadlığı "daima hücumlara məruz qalıb", ölkədə işgəncələr və digət qəddar davranış növləri tətbiq edilib.
2022-ci il yanvar etirazları zamanı mitinqçilərin tələblərindən biri Nazarbayevin hakimiyyətdən tamamilə getməsi olub.
Etirazlardan sonra Nazarbayev bir neçə postunu-Təhlükəsizlik Şurasının sədri və hakim "Nur Otan" partiya rəhbərliyini postlarını tərk edib.
Bundan başqa, 2019-cu ildə ölkə paytaxtı, Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılan şəhərinə yenidən Astana adı qaytarılıb.
2022-ci ilin iyununda Qazaxıstanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib, bu, ölkədə hakimiyyət sistemini islah edib və Nazarbayev xüsusi statusundan məhrum edilib.
Nəticədə Qazaxıstanda Nazarbayevə təqiblərdən immunitet zəmanəti və bir sıra imtiyazlar verən "elbası" ("millət atası") haqqında qanun qeyri-konstitusion hesab edilib.