Çeçenistan ilk Fələstin qaçqınlarını qəbul edib
2474
29 Nov 2023 | 20:04

Çeçenistan ilk Fələstin qaçqınlarını qəbul edib

"Qəzza bölgəsindən Qroznıya 51 nəfərdən ibarət ilk qaçqınlar qrupu gəlib, onlardan 27 nəfəri uşaqlardır, noyabrın 30-da 100 nəfərdən ibarət  ikinci qaçqın qrupunun gəlişi gözlənilir..."
 
Qəzza bölgəsindən ilk qaçqınlar qrupu bu gün Çeçenistan paytaxtına gəlib. Qroznı dəmiryol vağzalında qaçqınları region rəhbərinin köməkçisi, milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev qarşılayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Qroznı-inform" informasiya agentliyi məlumat verib. Məlumatı "newstracher.ru" nəşri yayıb.
 
"Bu gün biz Qroznıda 51 nəfərdən ibarət (38 nəfər əslən rusiyalı və 13 nəfər fələstinli) ilk qaçqınlar qrupunu qarşılayırıq.
 
Qeyd edilir ki, qaçqınlar arasında 27 uşaq var. 
 
Onların Çeçenistan Respublikasında olmasını respublika rəhbəri Ramzan Kadırov şəxsi nəzarətində saxlayır", - agentlik nazirdən iqtibas gətirib.
 
Qroznıya gələn uşaqlara xatirə hədiyyələri və şirniyyat verilib.
 
Çeçenistana Qəzza bölgəsindən ümumilikdə 250 qaçqının gəlişi nəzərdə tutulub. 
 
Noyabrın 30-da Çeçenistana 100 nəfərdən ibarət ikinci qaçqın qrupu gələcək.
 
Onlar müvəqqəti olaraq Şali rayonunun Avturı kəndindəki "Qornıy klyuç" uşaq-sağlamlaşdırıcı düşərgəsinin bazasında yerləşdiriləcək.
 
Çeçenistan Qəzza bölgəsindən mütəşəkkil qaydada gələn Rusiyanın ikinci regionudur.
 
Xəbər verildiyi kimi, noyabrın sonundan Rusiya vətəndaşı olan onlarla fələstinli qaçqın Dağıstana gəlir.
 
Dağıstana Fələstindən 50 nəfərin gəldiyi məlumat verilib. Hazırda respublika artıq 150 nəfər qaçqın qəbul edib.
 
Gerçəkdə Rusiya vətəndaşları olan fələstinli qaçqınların qəbulu Dağıstan regionunun rəhbəri, "Vahid Rusiya" partiyasının regional şöbəsinin katibi Sergey Melikovun göstərişi ilə həyata keçirilir.
 
Bu göstərişlərə uyğun olaraq Dağıstan hökuməti Əbdülmüslüm Əbdülmüslümovun rəhbərliyi ilə Qəzzadan təxliyə edilmiş onlarla rusiyalının yaşaması və qidalanmasına 8 milyon rubl vəsait ayırıb.
Link kopyalandı!
Son xəbərlər