Ekskluziv
2583
29 Nov 2023 | 19:20

"Xarici vətəndaşlara Rusiyanı ziyarət etmək təhlükəli olacaq" - Moskva yeni qanun layihəsi hazırlayıb

"Xarici vətəndaş Rusiyaya daxil olduqda ölkənin milli maraqlarının qorunması məqsədilə müəyyən edilmiş qadağalara riayət etməyə razılıq verməlidir..."
 
Rusiya ərazisinə daxil olan xarici dövlət vətəndaşları ölkədə olduqları bütün müddət ərzində Rusiyanın dövlət siyasətini, hakimiyyət orqanları və vəzifəli şəxsləri nüfuzdan salmayacaq, ənənəvi ailə dəyərlərini inkar etməyəcək, sovet xalqının faşizm üzərində qələbəsinə tövhəsini təhrif etməyəcək.
 
Rusiya DİN tərəfindən hazırlanan qanun layihəsinin başlıca mahiyyəti bundan ibarətdir.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
 
"Loyallıq barədə razlıq, bir tərəfdən, Rusiya dövlət orqanlarının xarici vətəndaşın Rusiya Federasiyasına daxil olmasına icazəsi, digər tərəfdən, xarici vətəndaşın Rusiyaya daxil olması, Rusiyanın milli maraqlarının qorunması məqsədilə müəyyən edilmiş qadağalara riayət edilməsində ifadə edilən razılığı deməkdir", - agentlik qanun layihəsinin paraqraflarının birindən iqtibas gətirib.
 
Sənədin maddələrinin birinə görə, daxil olan vətəndaşa "informasiya azadlığından, o cümlədən yuxarıda sadalanan məqamların aşağılanmasına yönəlik məlumatların yayılması yolu ilə sui-istifadə etmək" qadağan edilir.
 
Bundan başqa, qanun layihəsi "qanunların qəbulu, dəyişilməsi, ləğv edilməsinə, habelə Rusiyanın ətraf mühiti,  təbii sərvətləri, maddi və mənəvi dəyərlərinə etinasız münasibətə yönəlik" hərəkətlərin qadağan edilməsini nəzərdə tutur.
 
Xarici vətəndaşlara Rusiya əhalisinin regional və etnomədəni həyat tərzinin rəngarəngliyinə, Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərinə hörmətsizlik təzahürü qadağan edilə bilər, məlumatda deyilir.
 
İstisna deyil ki, qanun layihəsinə xarici vətəndaşın ölkəyə daxil olduqda onun Rusiyadan mümkün sürgün edilməsi ilə bağlı xərclərin ödənilməsi barədə öhdəliyə imza atmağı nəzərdə tutan bənd daxil edilə bilər.
Link kopyalandı!
Son xəbərlər