Ekskluziv
2750
29 Nov 2023 | 17:45

"Vətən sənə hər şeyi verib!" - satqın aktyor "səhvlərini anlayıb" və Donbasa kömək edir

 
"Aleksey, sən xalq artistisən, vətən səni böyüdüb, təhsil verib, malik olduqlarına görə vətənə borclusan və dövlət haqqında belə danışma sənin ixtiyarın yoxdur..."
 
2021-ci ilin mart ayında on il xaricdə yaşadıqdan sonra vətənə dönən tanınmış rusiyalı aktyor Aleksey Serebryakov "öz səhvlərini anlayıb" və hazırda Donbasa kömək etməyə cəhd edir.
 
Moderator.az xəbər verir ki, bunu "Abzas" saytının "Belə deyək" videolayihəsində Rusiyanın əməkdar artisti Aleksey Oqurtsov iddia edib. Məlumatı "aif.ru" nəşri yayıb.
 
Aleksey Serebryakov bir neçə il ailəsi ilə birlikdə Kanadada yaşayıb. Artist dəfələrlə Rusiyada Putin rejiminin qaydalarına qarşı çıxış edib. 
 
Oqurtsovun məlumatına görə, o, Serebryakova tövbə etməyi təklif edib və o da, guya, bununla razılaşıb.
 
"Biz həm teatr quruluşlarında, həm tədbirlərdə, həm də kinoda onunla bir işləmişik. Mən onun üzünə demişəm:
 
"Aleksey, sən xalq artistisən, sən insansan. Sən vətəndə doğulmusan, o, səni öyrədib, sənə hər şey verib, sən statusuna, vəziyyətinə görə vətənə borclusan. Sənin ana vətən haqqında belə danışmağa ixtiyarın yoxdur.
 
Sən Kanadaya gedib orada öz həyatını yayaşa bilərsən. Sən özün haqqında, öz qohumların haqqında danışa bilərsən, amma dövlət haqqında danışmağa ixtiyarın yoxdur. Dövlət sənə həyat verib, sənin malik olduqlarını-evini, böyük qazancını verib".
 
Oqurtsovun sözlərinə görə, indi Serebryakov Donetsk və Luqanskfa sahibsiz itlərə kömək edir. Əvvəlki bəyanatları isə qeyri-vətənpərvər xarakter daşıyıb, onun deməsinə görə, öz fikirlərini dəqiq ifadə etməyib.
 
"Hazırda Luqanskdan heyvanları öz evinə gətirib sığınacaqda saxlayır. Yəni Leşka səhvini anlayıb, öz mövqeyini izah edib, deməsinə görə, onu düzgün anlamayıblar", - Oqurtsov deyib.
 
O, beynində bir şey düşünüb, amma başqa cür alınıb. Bəli, o, çıxış edərək tövbə edib. O, deyib ki, humanitar missiyada iştirak edir.
 
Qeyd etmək lazımdır ki, Oqurtsov Rusiyanın Ukraynada təcavüzünü fəal şəkildə dəstəkləyir. Onun rəhbərliyi altında "Ulduz desantı" artist-təşviqat briqadası fəaliyyət göstərir və döyüş əməliyyatları zonasını ziyarət edir.
Link kopyalandı!
Son xəbərlər