İsrail ordusunun zabiti Netanyahudan Fələstinlə sülh bağlamağı tələb etdi...-VİDEO
2327
29 Nov 2023 | 07:14

İsrail ordusunun zabiti Netanyahudan Fələstinlə sülh bağlamağı tələb etdi...-VİDEO

“Əgər indi sülhə razı olmasanız, fələstinlilərə hörmətlə yanaşmasanız, Allah sizi rüsvay edəcək...”
 
Hazırda pasifist(müharibə əleyhdarı) olan İsrail ordusunun zabiti Dyazi Jadon ölkəsinin hakimiyyət orqanlarına video-müraciət yazaraq, onlara Qəzzada İsrail əsgərlərinin kütləvi ölümünə görə məsuliyyət daşıdıqlarını bildirib və Fələstində müharibə və işğalın dərhal dayandırılmasını tələb edib.
 
Moderator.az xəbər verir ki, bu haqda ərəb mediası məlumat yayıb.
 
Jadon qeyd edib ki, İsrail hökmdarlarının təkəbbürü vətəndaşların ölkədən kütləvi şəkildə qaçmasına səbəb olub. Zabitin sözlərinə görə, onlar ölkəni tərk etdikdən sonra artıq geriyə baxmırlar.
 
 O, nəzərə çatdırıb ki, yerli media İsrail ordusunun Qəzzada verdiyi itkilərin əsl miqyasını gizlədir. Jadon həmçinin Fələstində döyüşən qohumlarının tabutlarını kütləvi şəkildə alan israillilər arasında artan narazılıq və qəzəbə də işarə edib. 
 
Video-müraciət müəllifi etiraf edib ki, o, fələstinlilərə qarşı nifrət mühitində böyüyüb və soydaşları kimi təkəbbürlə seçilib. O qeyd edib ki, “Rəbb onu alçaltdıqdan” sonra dünyaya başqa gözlə baxıb. 
 
Jadon deyib ki, İsrail kor-koranə ABŞ-ın köməyinə ümid etməməlidir, çünki üstünlük "Həmas" və vəziyyətə tam nəzarət edən "“Hizbullah" kişiləri”nin tərəfindədir və bu faktı qəbul etmək lazımdır. 
 
“Əgər indi sülhə razı olmasanız, fələstinlilərə hörmətlə yanaşmasanız, Allah sizi rüsvay edəcək”- deyə hərbçi xəbərdarlıq edib. O, Netanyahunun siyasətinin İsraili uçuruma apardığını və Fələstinlə real sülh danışıqlarına dərhal başlamazsa, ölkəsinin artıq hazırkı gərginlik zamanı geridönməz şəkildə torpaqlarını itirməyə başlayacağını vurğulayıb.

 

S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər