“Qarabağa Azərbaycan təhsili qayıdır” – Musa Qasımlı
Ekskluziv
2256
28 Nov 2023 | 15:34

“Qarabağa Azərbaycan təhsili qayıdır” – Musa Qasımlı

"Xankəndi şəhərində Qarabağ Universiteti yaradılması Azərbaycanın müasir tarixi üçün əlamətdar hadisədir. Təhsilimizin tariximizlə ən mükəmməl nailiyyəti, birgə əməyinin bəhrəsidir". 
 
Bu barədə millət vəkili Musa Qasımlı Moderator.az saytına açıqlamasında bildirib:
 
“Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin yaradılması müasir tariximizin qürurverici hadisələrindən biridir. Universitetin yaradılması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimiz dirçəldikcə, oralara Azərbaycan təhsili, elmi və mədəniyyəti qayıdır. Universitetin fəaliyyəti Qarabağ iqtisadi rayonuna yeni ab-hava gətirəcək, kadrlar yetişəcək, bölgənin inkişafında həmin kadrlar əsaslı rol oynayacaq.”
 
Moderator.az
 
Link kopyalandı!
Son xəbərlər