Bizi sosial şəbəkələrdən izləyin:
ARB kanalında yayımlanan “O üz” verilişinin bu dəfəki buraxılışı xalq artisti Ramiz Novruza həsr olunub. Sənətkarın həyat yoldaşı Xoşavaz Novruz da onunla bağlı xatirələrini bölüşərək, bir çox faktların üstünü açıb.
“Ramiz gözəl həyat yoldaşı idi. Uşağım idi sanki. Tumarlaya- tumaraya saxlayırdım onu. Bəzən kimlərinsə əlindən əsəbləşirdi, gəlib evdə mənim üstümə hirslənirdi. Sonra bilirdi ki, düz etmir, üzr istəyirdi. Ona qarşı böyük haqsızlıqlar olub. Mən onu heç vaxt o insanlara keçmərəm. O insanların əyninin paltarını da yumuşam. İnsanın evində oturub yeyib-içəsən, amma elə vəziyyət yarananda üzünə dayanıb az qalırdılar ki, onu tutdursunlar. Cavidan deyir ki, papa gedəndən havalanmışam. Mənasızdır həyat mənə. Hər şeyin həvəsindən düşmüşəm. Özü üçün, səsi üçün darıxıram. Həmişə mənə deyirdi ki, hər şey yaxşı olacaq. Son nəfəsində məni çağırıb halallıq aldı. Qıraq imkan vermirdi ki, o rahat yaşasın. Göz apardı onu. Evimizə anonim zənglər gəlirdi, qızışdırırdılar. Kim olsaydı evə söz-söhbət salardı. Sonra bildim ki, teatrdan zəng edən aktrisalar idi. Deyirdilər ki, Ramiz filankəslə görüşdü, bəhmənkəslə görüşdü” deyə Xoşavaz Novruz deyib.