“Qarabağdan köçmüş 15 mindən çox hərbiləşdirilmiş gənc lazımi anda Paşinyana qarşı üsyan edəcək...”
4673
27 Nov 2023 | 14:00

“Qarabağdan köçmüş 15 mindən çox hərbiləşdirilmiş gənc lazımi anda Paşinyana qarşı üsyan edəcək...”

“Ermənistan tezliklə vətəndaş müharibəsi ilə üzləşəcək...”
 
“Hesab edirəm ki, şurtvatslar, yəni Qarabağdan getmiş ermənilər heç vaxt  geri qayıtmayacaqlar. Çünki onların qayıtması birbaşa 1988-1989-cu illərdə tarixi Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın  Ermənistana qayıtmaları ilə bağlıdır...”
 
“Azərbaycan və ya Rusiya Qarabağda etnik təmizləmə aparmayıb. Kənd təsərrüfatında, mədənlərdə, zavod və fabriklərdə işləyən vətəndaşların ölkəni tərk etməsi ilə hər hansı bir ağıllı ölkə hökmdarı razılaşmaz. Bizim ölkə başçısı isə bu məsələdə çox müdrikdir. O istəyirdi ki, ermənilər Qarabağda qalsınlar, yaşayıb işləməyə davam etsinlər, bir şərtlə - Azərbaycan vətəndaşlığını qəbul edib, Konstitusiyamızı, qanunlarımızı tanısınlar. Ona görə də erməniləri Qarabağdan guya azərbaycanlıların, xüsusən də Rusiya sülhməramlı qüvvələrinin qovduğunu düşünmək axmaqlıqdır.”
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Ermənilərin qısa müddətdə Azərbaycan ərazisindən, yəni Qarabağın dağlıq hissəsindən kütləvi köçünü kimlərsə təşkil etdi, yoxsa?” sualını cavablandırarkən  ifadə edib.
 
“Ermənilərin Qarabağdan köçünü yalnız onunla izah etmək olar ki, bunda nə Azərbaycanın, nə də Rusiyanın günahı var. Bu, hər iki dövlətin milli maraqlarına uyğun deyil. Buradan məntiqi sual-nəticə çıxır: bu köç kimin hakimiyyət maraqlarına uyğun idi və ya həmin köçü hansı qüvvə təşkil edib? Təbii ki, ermənilərin Qarabağdan köçməsinin təşkili bu ölkədə hakimiyyəti itirmiş şurtvatsları(Ermənistanda Qarabağda yaşamış ermənilər belə adlanır-S.L.) təmsil edən Ermənistanın keçmiş başçılarının işidir. Onlar siyasi hakimiyyəti öz əllərinə almaqdan ötrü haylara(Ermənistan erməniləri-S.L.) təzyiq etmək və N.Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün bütün iqtisadi, maliyyə və siyasi rıçaqlara malikdirlər”, -davamında bunları söyləyən həmsöhbətimiz hesab edir ki, Ermənistanda vətəndaş müharibəsi təhlükəsi realdır:
 
 “Bu mənzərəni təsəvvür edin: gedən şurtvatslar arasında hakimiyyət uğrunda mübarizədə Köçəryanı və Sarkisyanı dəstəkləmək üçün Ermənistana köçmüş 15 mindən çox hərbiləşdirilmiş gənc var. Qarabağdan köç Ermənistanın bu iki keçmiş prezidentinə yenidən hakimiyyətə gəlmək şansı verir. Şurtvatsların Qarabağdan qovulmasından sonra Ermənistanda haylarla şurtvatslar arasında qüvvələr nisbəti nəinki bərabərləşib, hətta İrəvanda indi haylardan daha çox şurtvatslar üstünlük təşkil edir. Buna Qarabağ ordusunda yaxşı təlim keçmiş qeyd etdiyimiz 15 min gənci də əlavə edin ki, onlar da lazımi anda Paşinyan və onun haylarına qarşı üsyan edəcəklər. Beləliklə, Ermənistan tezliklə vətəndaş müharibəsi ilə üzləşəcək. Onda Rusiya Ermənistanla Rusiya arasında bağlanmış Hərbi Müqaviləni əsas götürəcək və bu, vətəndaş müharibəsinə son qoyacaq...” 
 
“Ermənistanda baş verənləri və verəcəkləri görməmək üçün kor olmaq lazımdır. Azərbaycan Prezidenti müdrik və uzaqgörən insandır: o, bütün bunları görür və danışıqların harada getməsindən asılı olmayaraq, siyasi kor adamla, yəni Paşinyanla danışıqlara getməyə hazırlaşmır. Vətəndaş müharibəsinin başlama vaxtı artıq Paşinyanın burnunun dibindədir. Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda yenidən hakimiyyəti ələ keçirəcək və bu ölkəni ayı ilə müqayisə edilən Rusiyanın ayıq nəzarəti altında idarə edəcəklər. Ayının isə belə vərdişləri var. O, ovunu öldürür, ancaq onu dərhal yemir, qoxumasını gözləyir. Digər heyvanlar iylənmiş ətə yaxın getmirlər. Müqayisənin mahiyyəti ondan ibarətdir ki, digər heyvanlar da Qərb ölkələridir. Əmin olun, onlar qoxumuş ətə yaxın getməyəcəklər”- deyə T.Cəfərli diqqətə çatdırıb.
 
“Sizcə, Qarabağdan köçmüş ermənilərin kütləvi şəkildə geri qayıtması ehtimalı varmı?" sualını isə analitik belə cavablandırıb: 
 
“Hesab edirəm ki, şurtvatslar, yəni Qarabağdan getmiş ermənilər heç vaxt  geri qayıtmayacaqlar. Çünki onların qayıtması birbaşa 1988-1989-cu illərdə tarixi Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın  Ermənistana qayıtmaları ilə bağlıdır. Azərbaycan tərəfinin Erənistana qarşı haqlı iddialarından biri də budur. Bynu Rusiya tərəfi də istəyir. Odur ki, Azərbaycan üçün ən düzgün seçim, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsaslanmaqdır. Ona görə ki, Azərbaycan artıq ABŞ və Avropa İttifaqının  təkliflərini qəbul etmir və  Ermənistanla sülh müqaviləsinin onların məkanında imzalanmasını müzakirə etmir...”
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər