Məşhur diktor illər sonra üzə çıxdı: “Gənc aparıcılar ondan nümunə götürsün”-FOTOLAR+ÖZƏL
Ekskluziv
4721
24 Nov 2023 | 08:51

Məşhur diktor illər sonra üzə çıxdı: “Gənc aparıcılar ondan nümunə götürsün”-FOTOLAR+ÖZƏL

Tanınmış diktor, xalq artisti Həqiqət Əsgərzadə uzun illər sonra görüntülənib. Onun fotolarını əməkdar artist Sevinc Sarıyeva Moderator.az-a təqdim edib və haqqında bu sözləri deyib.
 
“Həqiqət xanım çox gözəl, alicənab bir xanımdır. Əsl Azərbaycan qadınıdır. Verilişlərdən birində görüşdük. Aztv-də “Yada düşər xatirələr” adlı verilişə aparıcılıq edir. Xatırlayırsınızsa Həqiqət xanım o illərdə də bu verilişi aparırdı. Kimlər ki, zamanında dövlət kanalından fəaliyyətə başlayıb, daha çox həmin verilişə onları dəvət edirlər. Mən də ilk addımlarımı Aztv-də atmışam. Vaqif Bəhmənli ilə onun qonağı olduq. Veriliş boyu nostalji dəqiqələr yaşadıq. Onlar əfsanədirlər, bizim keçmişimiz, gələcəyimizdir. Həqiqətən də o diktorlardan bir daha sənət aləminə, televiziyalara gəlməyəcək. Onlar sənətkarın özü, sənəti ilə bağlı suallar ünvanlayır, musiqidən danışırlar. Qoy gənc aparıcılar həmin diktorlardan nümunə götürsünlər. Allah Həqiqət xanımın timsalında bütün diktorlarımıza uzun ömürlər versin. Dünyasını dəyişənlərə isə rəhmət etsin” deyə müğənni bildirib.
Özəl fotoları sizlərə təqdim edirik.
Link kopyalandı!
Son xəbərlər