İlham Namiq Kamal: “Mən sağlam gülüşdən danışıram”
Ekskluziv
2536
22 Nov 2023 | 12:26

İlham Namiq Kamal: “Mən sağlam gülüşdən danışıram”

26 noyabr saat 20:00-da Opera studiyasının səhnəsində Azərbaycanın xalq artisti İlham Namiq Kamalın "1001 GÜLÜŞ" adlı yeni yumoristik yaradıcılıq axşamı keçiriləcək. Bu barədə xalq artisti Moderator.az saytına danışıb:
 
“Bəli, möhtəşəm görüş olacaq. Layihə Musiqili Azərbaycan Dövlət Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevə məxsusdur. Gecədə mən tamaşaçıların suallarına cavab verəcəm, teatrda çalışan tələbələrlə ünsiyyətdə olacam. Hətta sehirbaz da gələcək, fokslar göstərəcək, maraqlı olacaq. Filmlərimdən, Mozalanlardan, oynadığım tamaşalardan, oxuduğum mahnılardan ibarət görüş olacaq. 55 ildir səhnədəyəm. Bu illəri bir neçə saat ərzində birlikdə xatırlayacağıq. Düzdü, indi gülüşün təyinatı dəyişib, amma mən sağlam gülüşdən danışıram, sağlam olmayan gülüşdən danışmıram.” 
 
 
Gülçin Qorxmaz
Moderator.az
 
Link kopyalandı!
Son xəbərlər