Ekskluziv
2111
21 Nov 2023 | 17:47

"Yer kürəsi hərarətin təhlükəli yüksəlişinə doğru gedir, dünyanı fəlakət gözləyə bilər" - UNEP

 
"Cari meyllər dəyişməsə və ölkələr aktiv fəaliyyətə keçməsə, bu yüzillikdə hərarət Selsi üzrə 2, 5 - 2, 9 dərəcə arta bilər ki, bu da Paris sazişi ilə müəyyən edilmiş 2 dərəcə həddindən yüksəkdir..."
 
"İstiləşmənin 3 dərəcə artması zamanı dünya bir neçə geriyədönməz fəlakətli nöqtələrdən keçə bilər, burada buz qalxanlarının durmadan
əriməsindən Amazonkanın tropik meşələrinin qurumasınadək hadisələr baş verə bilər..."
 
Qlobal hərarətin və istixana qazları tullantıları həcminin kəskin artması şəraitində iqlim dəyişikliyi ilə mübarizə üzrə qətiyyətli tədbirlər zəruridir.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) dərc etdiyi məruzədə deyilir.
 
Qeyd edilir ki, əgər ölkələr öz fəaliyyətini aktivləşdirməsə və cari meyllər dəyişməsə, bu yüzillikdə hərarət Selsi üzrə 2, 5 - 2, 9 dərəcə arta bilər, bu da Paris sazişi ilə müəyyən edilən 2 dərəcə həddindən yüksəkdir.
 
Nayrobidə məruzənin prezentasiyasında UNEP-in İcraçı direktoru İnger Andersen bəyan edib ki, iqlim dəyişikliyinin nəticələrini planetin hər bir sakini özündə hiss edəcək.
 
"Selsi üzrə 2, 5 - 2, 9 dərəcə istiləşmə ssenarisi düzən rayonlarında, sahilyanı icmalarda, quraqlığa və ya daşqınlara məruz qalan rayonlarda yaşayan insanlar üçün məqbul deyil. Ona görə də maksimum aktiv fəaliyyət göstərmək lazımdır", - Andersen vurğulayıb.
 
Alimlərin proqnozuna görə, 3 dərəcə istiləşmə zamanı dünya bir neçə geriyədönməz fəlakətli nöqtələrdən keçə bilər. Burada buz qalxanlarının durmadan əriməsindən Amazonkanın tropik meşələrinin qurumasınadək hadisələr baş verə bilər.
 
İnger Andersen istixana qazları tullantılarının azaldılması və bərpa edilən enerji mənbələrinin istifadəsinin bərpasına keçməyin zəruri olduğunu bəyan edib.
 
"İstixana qazları tullantılarına cavabdeh olan böyük istehsal gücü olan ölkələr daha aktiv fəaliyyət göstərməli və inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstək göstərməlidir", - Andersen qeyd edib.
 
"Qlobal tullantıların üçdə bir hissəsinin paylarına düşən aşağı və orta gəlirli ölkələr inkişaf sahəsində öz qanuni tələbatları və istəklərini təmin ermək üçün aşağı səviyyəli tullantılar trayektoriyalarından istifadə etməlidir", - o, əlavə edib.
 
Məruzədə deyilir ki, "Böyük iyirmilik" ölkələrindən heç biri tullantıları çirklənmənin balanslaşdırılması üzrə ("təmiz sıfır" adlanır) öz məqsədlərinə uyğun templərlə azaltmır.
 
Bu zaman məruzə müəllifləri vurğulayır ki, əgər cari meyllər dəyişməsə, artıq 2030-cu ildə tullantılar müəyyən edilmiş həddi 22 qiqaton üstələyəcək.
 
Hərarətin yüksəlməsini sənayedən əvvəlki səviyyəyə nisbətən Selsi üzrə 2 dərəcə həddində saxlamaq üçün tullantıları cari ssenarilərlə müqayisədə ən azı 28 faiz azaltmaq lazımdır. Paris sazişi ilə müəyyən edilmiş hərarətin yüksəlməsinin Selsi üzrə minimum 1, 5 dərəcəyə nail olmaq üçün isə emissiyaların 42 faiz azaldılması tələb ediləcək.
 
"Biz bilirik ki, 1, 5 dərəcəlik məhdudiyyəti hələ də gerçəyə çevirmək mümkündür. Və biz buna necə nail olmağı da bilirik. Biz Beynəlxalq Energetika Agentliyi və Ekspertlərin Hökumətlərarası Qrupunun iqlim dəyişikliyi üzrə yol xəritələrinə malikik", - bunu BMT-nin baş katibi Antoniu Quterriş xatırladıb.
 
O, çıxarılan yanacaqdan mərhələlər üzrə istiləşməni Selsi üzrə 1, 5 dərəcə həddində saxlamaq məqsədilə dəqiq zaman çərçivələri müəyyən etməklə imtina etmək barəsində öz üzərinə öhdəlik götürmək üçün ölkələrə çağırış edib.
 
Bu məhdudiyyət 2015-ci ildə Parisdə imzalanmış tarixi sazişin məqsədi olub. O zaman təxminən 200 ölkə fövqəladə dağıdıcı nəticələrdən yan keçmək üçün qlobal istiləşmənin məhdudlaşdırılmasının zəruriliyi barədə razılığa gəlib.
 
Paris sazişinin iştirakçıları elan edib ki, CO2-nin pik emissiyasına "imkan daxilində daha tez" nail olunmalıdır. Bu zaman müqavilədə göstərilib ki, iştirakçı ölkələr elan edilən ümumi məqsədlərə nail olunmasında öz tövhələrini fərdi qaydada beş ildən bir yenidən nəzərdən keçirməklə müəyyən edir.
 
Ekspertlər qeyd edir ki, əgər bütün ölkələrin milli səviyyədə tövhələr (NDC) kimi tanınan iqlim dəyişiklikliyi ilə mübarizədə fəaliyyət planları və tullantıların sıfır səviyyəsi üzrə (karbon neytrallığı)  öhdəlikləri icra edilərsə, hərarətin yüksəlməsinin 2 dərəcəyədək məhdudlaşdırılması mümkün olacaq.
 
Bu arada isə Ümumdünya Meteoroloji Təşkilatı bəyan edib ki, iqlimi istiləşdirən istixana tullantılarının atmosferdəki göstəriciləri yeni rekord səviyyəyə çatıb.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər