“Mən bu sirrləri yavaş-yavaş açıram, şəkilini kitabın arasına qoyurdum”-FOTO
Ekskluziv
1847
21 Nov 2023 | 11:10

“Mən bu sirrləri yavaş-yavaş açıram, şəkilini kitabın arasına qoyurdum”-FOTO

Moderator.az xəbər verir ki, xalq artisti Həmidə Ömərovanın yubileyində çıxış edən əməkdar artist Sənubər İsgəndərli səhnəyə çıxaraq aktrisa ilə bağlı etiraf edib.
 
“Bayaq aparıcı dedi ki, zalda pərəstişkarlar var. Kim mikrofonu istəsə Həmidə xanıma sual verə bilər. Həmidə xanım, bütün zal sənətkarla doludur və həmin insanlar sizin pərəstişkarlarınızdır. Aktyorun, aktrisanın pərəstişkarı olur, amma aktyorun, aktrisanın pərəstişkarı sənətkarlar olanda bu böyük uğurdur. Mən sənətə heç gəlməmişdim, heç universitetə də daxil olmamışdım. Həmidə xanım “Anlamaq istəyirəm” adlı bir filmə çəkilmişdi. Mən Həmidə xanımın canlandırdığı Çinarə obrazına vurulmuşdum. O vaxt biz hind aktrisalarının açıqcalarını yığırdıq. Həmidə xanım ilk azərbaycanlı aktrisa idi ki, onun şəkilini kitabın arasına qoyurdum. Mən elə sirrləri yavaş-yavaş açıram. Bunu heç vaxt deməmişəm. Mən bu gün səhnədə onun sənət dostu kimi yox, pərəstişkarı kimi çıxış edirəm. Sual olandakı aktrisa necə olmalıdır? O zaman ağlıma gələn 5-6 nəfərdən biri də Həmidə xanım olur. Əsl aktrisa Həmidə Ömərova kimi olmalıdır” əməkdar artist bildirib.
Link kopyalandı!
Son xəbərlər