Sərxan Sərxandan Həmidə Ömərovaya sevgi etirafı: “Ay gecikən məhəbbətim...”-FOTO+VİDEO
Ekskluziv
3941
21 Nov 2023 | 10:53

Sərxan Sərxandan Həmidə Ömərovaya sevgi etirafı: “Ay gecikən məhəbbətim...”-FOTO+VİDEO

Xalq artisti Həmidə Ömərovanın yaradıcılıq gecəsində xalq artisti Sərxan Sərxan da iştirak edib. Aktrisa ilə “Musiqi müəllimi” filmində rol alan sənətkar Həmidə Ömərovanın ünvanına təriflər yağdırıb. Sərxan Sərxan Həmidə xanım üçün “Ay gecikən məhəbbətim” mahnısını ifa edib və bildirib ki, bu mahnını məhz bu gün ona ithaf edir: “Məndən hər zaman soruşurlar ki, “Ay gecikən məhəbbətim” mahnısı kimə həsr olunub? Həmidə xanım, bu gün məhz sənə həsr olunub” deyə bildirib. Aktrisa isə həmkarının dediklərini təbəssümlə qarşılayıb.
Moderator.az-a açıqlama verən xalq artisti Həmidə Ömərova Sərxan Sərxanla birlikdə filmdə çəkildiyi illəri xatırlayıb.
 
“ “Musiqi müəllimi” filmini Tofiq İsmayılov çəkib. Sərxan o vaxt məşhur müğənni idi. Bir neçə filmdə müğənni ilə çəkilmişəm. Onlar Müslüm Maqomayev, Polad Bülbüloğlu və Sərxan Sərxandır. Bir neçə il bundan öncə Sərxanın yubileyi idi. Hələ ondan Tofiq İsmayılov da sağ idi. Səhnəyə çıxıb dedi ki, Allah mənə ömür versə filmin ardını da çəkəcəm. Təəssüf ki, qismət olmadı. Allah ona rəhmət etsin” deyə aktrisa bildirib.
Həmin videonu sizə təqdim edirik.

 

Link kopyalandı!
Son xəbərlər