2385
20 Nov 2023 | 21:31

"Rusiya insanlığa qarşı, hərbi və təcavüz cinayətləri törədir" - Estoniya XİN rəhbəri

 

"Putinlə danışıqlar mümkün deyil, çünki onu yalnız Ukraynanı, Ukrayna millətini, Qərb demokratiyalarını necə məhv etmək maraqlandırır..."

 

Estoniya Putinin təcavüzkar cinayətləri üzrə xüsusi tribunalın yaradılmasını tələb edir

 

Rusiya ukraynalı əsirlərə işgəncə verməklə və uşaqları oğurlamaqla insanlığa qarşı cinayətlər törədir. Ona görə də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı xüsusi beynəlxalq tribunal təşkil edilməlidir.

 

Moderator.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna Ukraynanın "24tc.ua" nəşrinə eksklüziv müsahibəsində bəyan edib.

 

"Biz 20 min deportasiya olunan uşaqlardan danışırıq, onlar düşərgələrdə yerləşdirilir, onların beyinləri yuyulur, mentaliteti təhrif edilərək Ukraynaya qarşı istifadə edilir.

 

Bunlar insanlığa qarşı cinayətlərdir. Bunlar hərbi cinayətlər və təcavüz cinayətləridir. Ona görə də biz bütün ukraynalı məhbuslar və uşaqların öz evlərinə dönməsi uğrunda mübarizə aparmalıyıq", - nazir deyib.

 

Onun sözlərinə görə, ədalət məhkəməsinin qurulması vacibdir. Ona görə də o, Putinin təcavüzkar cinayətləri üzrə xüsusi beynəlxalq tribunalın təşkil edilməli olduğuna təkid edir.

 

"Bizim gələcəkdə işimiz çoxdur, lakin biz Rusiya ilə hər-hansı sazişlər bağlanılması mənasında danışıqlara başlaya bilmərik, çünki Putin saziş imzalanmasında maraqlı deyil.

 

Onu yalnız Ukraynanı, Ukrayna millətini, habelə Qərb demokratiyalarını necə məhv etmək maraqlandırır. Bununla biz razılaşa bilmərik", - Tsaxkna deyib.

 

Jurnalistlər xatırladıb ki, Maltada Sülh sammitinin gedişində Kanada Ukrayna uşaqlarının qaytarılmasına dəstək üçün beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.

 

Tsaxkna təsdiq edib ki, Estoniya üçün prioritet məsələlərdən biri Ukraynanın həddi-buluğa çatmayan oğurlanmış vətəndaşlarının məsələsidir.

 

"Biz həmçinin BMT Baş Assambleyasında Ukrayna, habelə ABŞ və Belçika ilə birlikdə bunun gerçək problem olduğunu bəyan etmək üçün paralel tədbirin keçirilməsinin təşəbbüskarı olmuşuq. 

 

Biz istənilən format və təşkilatlardan istifadə etməklə birlikdə işləyə bilərik, Estoniya bu təşəbbüsə qoşulacaqdır", - Estoniya XİN rəhbəri bəyan edib.

 

Tribunal hərbi və xüsusilə ağır mülki cinayətlərə baxan fövqəladə məhkəmədir. Müntəzəm tribunallar və əsaslı səbəblər üzrə toplanan tribuballar var. 

 

Məsələn, İkinci dünya savaşından sonra Beynəlxalq Hərbi Tribunal bir aydan bir qədər çox müddətdə fəaliyyət göstərib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər