Ekskluziv
2159
17 Nov 2023 | 23:18

"Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan vermək olmaz" - NATO-nun baş katibi

"Ukraynaya yardım göstərilməsi Alyans üzrə müttəfiqləri, o cümlədən ABŞ-ın milli təhlükəsizlik maraqlarındadır..."
 
"Almaniya və Böyük Britaniya Ukraynaya yeni yardım paketləri təqdim edib..."
 
NATO-nun baş katibi Ukraynaya gələcək hərbi yardım haqqında
 
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Putinin müharibədə qalib gəlməsinə imkan verməmək NATO üzrə bütün müttəfiqlərinin milli təhlükəsizlik maraqlarındadır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Latviya prezidenti ilə mətbuat konfransında bəyan edib
 
NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynaya yardım göstərilməsi Alyans üzrə bütün müttəfiqlərinin, o cümlədən ABŞ-ın milli təhlükəsizlik maraqlarındadır. O, əmindir ki, Vaşinqton Kiyevə dəstək verməkdə davam edəcək.
 
Stoltenberq Alyans üzrə bütün müttəfiqlərin NATO-nun Vilnüsdə keçirilən sammitində qəbul edilən qərarlara riayət edilməsinin vacibliyini vurğulayıb.
 
"Bütün dövlət və hökumət başçıları, NATO üzrə bütün müttəfiqlər Ukraynaya dəstək göstərməyi vəd edib. Təkcə ona görə yox ki, prezident Putinin qələbəsi ukraynalılar üçün faciə olacaq, həm də ona görə ki, bu, bizim üçün təhlükə olacaq", - o, qeyd edib.
 
Stoltenberqin sözlərinə görə, Putinin Ukraynaya qarşı törətdiyi müharibədə qələbəsinə imkan verməmək NATO üzrə bütün müttəfiqlərin, o cümlədən ABŞ-ın milli təhlükəsizlik maraqlarındadır.
 
"Ona görə də mən əminəm ki, ABŞ Ukraynaya dəstək göstərməkdə davam edəcək", - NATO baş katibi vurğulayıb.
 
O, həmçinin xatırladıb ki, bir neçə gün öncə Almaniya bəyan edib ki, Ukraynaya yardım üçün büdcəni artıracaq.
 
Başqa müttəfiqlər də əlavə dəstək haqqında bəyan edib, ona görə də Stoltenberq hesab edir ki, yardımın artırılması davam edəcək.
 
Ukraynaya yardım-son xəbərlər
 
Noyabrın 14-də məlumat verilib ki, Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib.
 
Buraya 10 ədəf ədəd "Leopard 1A5" tankı, 15 ədəd "Bandcagn 206" avtomobili, VECTOR pilotsuz uçuş aparatları və başqa avadanlıq daxildir.
 
Bundan başqa, Böyük Britaniya USQ-yə qış yardım paketi təqdim edib.
 
Buraya 82 min kaska, 25 min qış geyim dəsti, həmçinin min zirehli gödəkçə və quru qida payı daxildir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər