Qızı şeir söylədi, nəvəsi səhnəyə çıxdı…- Natiq Şirinovun konsertindən VİDEOLAR (EKSKLÜZİV) 
Ekskluziv
3012
15 Nov 2023 | 02:04

Qızı şeir söylədi, nəvəsi səhnəyə çıxdı…- Natiq Şirinovun konsertindən VİDEOLAR (EKSKLÜZİV) 

Natiq Ritm qrupunun dünən saat 20:00-da Opera studiyada baş tutan möhtəşəm konserti maraqlı məqamlarla yadda qalıb. Konsertin əvvəlində bəşəri ritmlərin Natiq Şirinov sənətində təzahüründən bəhs edən video-çarx təqdim edilib. Ardınca isə, oğlu Ümidin kiçik oyuncağı ilə ərsəyə gəlmiş əsər-nağara ustadının öz bəstəsi ifa olunub. 
 
Konsertdən eksklüziv görüntüləri Moderator.az saytı sizə təqdim edir:

Natiq Şirinov Alim Qasımovla 1999-cu ildə baş verən tanışlığından danışıb və bu gün konsertində iştirak etdiyi üçün ona təşəkkür edib, onun ünvanına alqış səsləndirməyi xahiş edib. Alim Qasımov öz növbəsində Natiq Şirinovu təbrik edib, onun istedadını İlahi vergi adlandırıb. Muğam ustadının gözlənilməz ifası da tamaşaçılar arasında coşqu yaradıb:

 

 
Natiq Şirinovun qızının atası üçün yazdığı və konsertdə səsləndirdiyi şeir xalq artistinin kövrəlməsinə səbəb olub:
 

 

 
Sonda, möhtəşəm keçən konsert münasibətilə babasını təbrik etmək üçün səhnəyə sənətkarın nəvəsi- Ümid Natiqoğlunun qızı Şəms çıxıb. O anası Fatimə xanımla birlikdə Natiq Şirinova gül dəstəsi bağışlayıb, öpüb, təbrik edib. 
 

 

 
Sonda xalq artisti Natiq Şirinov konsertə təşrif buyuran insanlara dərin təşəkkürünü bildirib. Möhtəşəm keçən gecə gur alqışlar və xoş təəssüratlarla yadda qalıb.
Qeyd edək ki, konsert Natiq Şirinovun yaradıcılığının və qrupunun 25 illiyinə həsr olunub. İki saatdan çox davam edən konsertdə nağara ustadının öz bəstələri, “Mehriban”, “Atlılar”, “Sevgilim” və s. kompozisiyalar ifa olunub. 
 

 

 
Link kopyalandı!
Son xəbərlər