Bir ay ərzində səkkiz kiloqram çəki atmaq mümkündürmü?..
1856
06 Nov 2023 | 00:33

Bir ay ərzində səkkiz kiloqram çəki atmaq mümkündürmü?..

"Soyuqlar düşəndə zoğal mövsümü başlayır, bu, həqiqətən sağlamlıq bəxş edən nemətdir..."
 
Ekspert çəkinin azalmasına kömək edən zoğal şərbətinin reseptini təqdim edir...
 
Zoğal qış aylarında öz faydasına və dadına görə əvəzedilməz meyvələrdən biridir. Bu giləmeyvəmin sanki qalxan kimi immuniteti qoruduğu və arıqlamağa kömək etdiyindən xəbəriniz varmı?
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" nəşri yazıb.
 
Ekspert iddia edir ki, zoğal piylənmə probleminin təbii həlli kimi istifadə edilir və onun köməyilə ay ərzində səkkiz kiloqram çəki atmaq olar.
Çəkinin azalmasına kömək edən zöğal şərbətinin resepti ilə tanış olaq.
 
Soyuqlar düşəndə zoğal mövsümü başlayır, bu, həqiqətən sağlamlıq bəxş edən nemətdir. Bu meyvə qışda qripin dərmanıdır, immuniteti möhkəmləndirir və tərkibi vitaminlərlə zəngindir. 
 
Orqanizmini təbii vasitələrlə qorumaq istəyənlər üçün əvəzedilməz məhsullardan biri olaraq bu meyvə həmçinin arıqlamaq üçün mütəxəssislərin tövsiyə etdiyi məhsulların sırasındadır.
 
Zoğalın qurudulmuş meyvələrindən hazırlanan şərbətin köməyilə ay ərzində səkkiz kiloqram atmaq mümkündür.
 
Professor, doktor Vefik Arıca zoğalın xassələrindən danışarkən qeyd edib: "Bir ay ərzində orta hesabla səkkiz-doqquz kiloqram çəki atmaq mümkündür".
 
Yalov Universitetinin prorektoru, tibb fakultəsinin dekanı, professor, doktor Vefik Arıca belə fakta diqqəti cəlb edib ki, zoğalın tərkibində immun sistemini möhkəmləndirən A, C, E və K vitaminləri var. 
 
Ekspertin sözlərinə görə, meyvənin tərkinində həmçinin maqnezium və kalsium da var.
 
Ay ərzində səkkiz kiloqram çəki atmağa imkan verən zoğal şərbətinin resepti:
 
Professor Arıca deyir: "Zoğal doyma hissi, ödemlərin aradan qaldırılması, piyin parçalanması kimi xassələrinə görə piylənmə zamanı istifadə edilir.
 
Əgər zoğalı darçın və mixəklə qarışdırıb, iki litr suda qaynatsaq, hər səhər qızdırıb acqarına iki stəkan içsək, bir ay ərzində orta hesabla səkkiz-doqquz kiloqram çəki atmaq mümkündür".
 
Professor əlavə edib: "Zoğalı həm şərbət formasında, həm də qurudulmuş halda istifadə etmək olar. 
 
Qurudulmuş meyvələri həmçinin uşaqları tez-tez baş verən infeksiyalardan qorumaq üçün tövsiyə edirik".
 
Müəllif: Ayşe Nur Başol
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər