“Qardaşım xəstədir, onu məhkəməyə verəcəm, Zaur Baxşəliyevdən də xahiş edirəm ki...”-xanəndənin qızı danışdı-ÖZƏL+FOTO
2858
05 Nov 2023 | 23:40

“Qardaşım xəstədir, onu məhkəməyə verəcəm, Zaur Baxşəliyevdən də xahiş edirəm ki...”-xanəndənin qızı danışdı-ÖZƏL+FOTO

Görkəmli sənətkar, əməkdar artist Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev “Bizimləsən” verilişinə çıxaraq,  bacısı Aygünün ünvanına ittihamlar səsləndirib.
 
Sənətkarın qızı Aygün Abdullayeva qardaşının onun ünvanına səsləndirdiyi fikirlərlə bağlı özəl olaraq Moderator.az-a danışıb. O bildirib ki, qardaşı şizofreniya xəstəliyindən əziyyət çəkir.
 
“Qardaşım Cümşüdün dedikləri sağlam yox, xəstə adamın dedikləridir. “Bizimləsən” verilişi Cümşüdün guya yaşadığı evi gedib işıqlandırıb. Guya Cümşüd o daxmada yaşayır. O verilişdə çıxış edən ekspertlər niyə ona sual vermir ki, Cümşüd, belə evdə yaşayan insanın üst-başı kirli, dırnaqları uzun, özü baxımsız olur?!
Həmin evin sahibi Cümşüddən şikayətçidir, deyir ki, Cümşüdü tutduracam, mənim xəbərim olmadan evimə çəkiliş gətirib. O da həmin adamın evi yox, əl damıdır. Ona yalvarmışam ki, Cümşüdlə işin olmasın. O Cümşüdün yaşadığı ev deyil. Cümşüd atamın verdiyi gözəl binada yaşayır. Cümşüd o verilişdə nə məni, nə ailəmi, nə də atamı pis edir, özünü gülünc vəziyyətinə qoyur. Məni aldada bilərsən, aparıcını aldada bilərsən, Allahı ki, aldada bilməyəcəksən! Cümşüdü o işlərə təhrik edən biri var. Məhkəmə olanda mən o insanı da ora çağıracam. Cümşüdün xəstəliyindən istifadə edib, onu qızışdıranlar var. Həkimlərimiz var, mən onlardan xahiş edəcəm ki, qardaşımı yoxlayın, bir kurs müalicə edin. Sonra onun indiki danışığını da, müalicədən sonra danışdıqlarını da yan-yana qoyun. Görəcəksiniz ki, orada iki Cümşüd var. Biri sağlam, digəri isə xəstə Cümşüd. Cümşüd şizofreniya xəstəsidir. Şizofreniya xəstələrinin iki şəxsiyyəti olur. Biri ağıllı, biri dəli. Cümşüd də o xəstəliyi pis vərdişləri hesabına qazanıb” deyə sənətkarın qızı deyib.
 
Aygün Abdullayeva qardaşı Cümşüdün “Aygün atamın evini satıb” iddiasını da yalanlayıb.
 
“Cümşüd iddia edir ki, ölkə başçısının atama verdiyi evi guya mən satmışam. Bu ağ yalandır! Atam evi sağlığında özü satıb. Məndə notariusun sənədi də var ki, atam evi kimə satıb. Səhv etmirəmsə ev 2020-ci ildə satılıb. Cümşüd də 2019-cu ildə həbs olunub. Cümşüd verilişdə ünvanıma yalanlar uydurub danışsa da, yenə də mənim qardaşımdır. Sabah ona bir şey olsa, yenə də mən qaçacam. Çünki Allah mənə elə mərhəmət verib ki, öz yaxşılığımdan qala bilmirəm. Mənə deyirlər ki, Aygün, daha bundan o yana yol yoxdur, sən necə onun haqda belə danışa bilərsən?! Mənim təbiətim belədir, özümlə bacara bilmirəm. Amma mən bir şeyə pis oluram ki, Cümşüdün xəstəliyindən istifadə edənlər var. Cümşüd verilişdə deyir ki, sağ olsun yoldaşım məni dəlixanadan çıxardı. Yalan deyirsən, Cümşüd! Sən həbs olunanda bizim evə gəldin. Sənin ayaq dırnağını tutmağımdan, körpə uşaq kimi qulluğumda durmağından utan heç olmasa! Atam bizə dedi ki, gedin barışın!
Qardaşım Ceyhunu da, onun yoldaşını da götürüb barışığa getdim. İnanın Allaha ki, Cümşüdün yoldaşı bizi orada təhqir edib, qapıdan qovdu. Atama dedim ki, bizi qovdular. Dedi ki, hirslidirlər, eybi yox. Cümşüdə polisdən uzaqlaşdırma qərarı aldırdı, həmin təriflədiyi yoldaşı. Cümşüd həbs olunanda günlərlə yemək yemədim, ac-susuz, ağlaya-ağlaya gəzib dolanırdım. Sanki dünyam başıma çökmüşdü. Mən həmin Aygünəm də! Keçən ilin dekabr ayında Cümşüdə 40 min manat pul vermişəm. O 40 min manatı aparıb getdi. Nə mənə zəng etdi, nə də sağ ol dedi. Ona maşınlar alıb vermişəm, yoldaşının onkoloji xəstəliyini müalicə etdirmişəm, mənim hesabıma kliplər çəkdirib. Onun kliplərinin sponsoru mənim həyat yoldaşım olub. Mənim əlimdə onunla bağlı çox faktlar var. Onun dediyi sözlərin hamısı yalandır. Cümşüd xəstədir, onun xəstəliyindən istifadə edib bizi düşmən etmək istəyirlər. Amma onu görməyəcəklər. Mən buna icazə verməyəcəm!
 
Onun xəstəliyindən istifadə edən insanlar isti evlərində rahat şəkildə televizorun qarşısında oturub mənə gülürlər! Mən həmin insanların hamısını məhkəməyə çağıracam. Xəstə insandan istifadə etməyin özü də bir cinayətdir! Onun gözəl səsi də, avazı da var idi. Orada oturan ekspertlər niyə sual vermirlər ki, Cümşüd, sənətini niyə davam etdirmirsən?! Cümşüd artıq mahnılarının sözlərini, danışığını da unudub. Məni də danışdırsınlar da. Efirə çıxmağa yoldaşım qoymur, amma ən azından telefonla qoşula bilərəm. 3 gündür nə yerdəyəm, nə göydə, məni efirə qoşan yoxdur! Hamı elə bitərəf danışır. Reytinq qazanmaq üçün təkcə Cümşüdü danışdırırlar. Gözləyirlər ki, görək Cümşüd orada daha hansı faktları açıqlayacaq?! Ayıb deyil?! Allahdan qorxun! O xəstə uşaqdır. Reytinq qazanmaq üçün o qədər söhbətlər var ki. Məhkəmənin, həkimlərin qərarını götürəndən sonra bütün mediaya, televiziyalara göndərəcəm ki, baxın görün kim haqlı, kim haqsızdır! Cümşüdün görkəmindən xəstə olmağı görünmür ki?! O vaxtilə nə anama qulaq asdı, nə də ki, atama. Dəfələrlə bizdə qalıb, şizofreniya xəstəliyi baş qaldırıb, əlinə bıçaq götürüb, balkona çıxaraq gedib-gələni söyüb. Qızım ağlaya-ağlaya zəng edib ki, ana, dayım evi dağıdır. Müalicə olunandan sonra elə gözəl olub ki. Bir gün də yoldaşı zəng edib atamgilini çağırmışdı. Gedib görmüşdülər ki, həyat yoldaşını döyüb, evdə olan qab-qacağı, mebeli məhv edib! Bu onun xəstəliyindən irəli gəlirdi!  Atamın bütün pulu, qazancı qardaşımın və onun ailəsinin üstündə olub. Cümşüdün pulu qurtardığı üçün efirə çıxıb. O pis vərdişləri üçün pul axtarır. Mənim atamın ruhu o biri dünyada narahatdır. Mən bir övlad kimi ona narahatam. Bu gün atam yuxuma girib, mənə deyir ki, o Cümşüdə deyin özünü güldürməsin, ayıbdır.
 
O media işçilərindən də, Zaur Baxşəliyevdən də xahiş edirəm ki, bu söhbəti yığışdırsınlar. Efirdən elan etsin ki, Cümşüdlə Aygünün məsələsi məhkəmədə həll olunacaq. Mən Cümşüdün ittihamlarına məhkəmə vasitəsilə cavab verəcəm! Mən Zaur bəyi qınamıram, bu onun işidir. Sadəcə ondan bir bacı, bir ana olaraq çox xahiş edirəm! Bibim zəng edib ağlayır ki, qardaşımın ruhu narahatdır. Zaur bəy bizim ailəmizi az-çox tanıyır. Atamla bağlı saysız-hesabsız verilişləri olub. Cümşüd mətbuatla məhkəmənin yerini səhv salıb. Hamının ailəsində söz-söhbət olur. Atam həmişə bu məsələni mətbuatdan gizlədib. Bütün korifey sənətkarlarımız mənə zəng edib deyir ki, ayıb deyilmi bu sənə belə edir?! Mən aciz, tək qalmışam. Rəylərdə yazırlar ki, Aygün Dədəyə baxmırdı. Haqqımda pis yazanları Allaha həvalə edirəm! Dədə üçün evdə köməkçi də tutmuşdum, özüm də baxırdım. Qızımın xeyir işi var idi deyə ona baxıcı tutdum. Mən atamı bir saniyə belə gözümdən qoymamışam. Bu gün o qadını zəng edib danışdırın, görün mənim haqqımda nələr danışacaq?! O qadın da, digər qardaşım da, nəslim-köküm də deyir ki, sən bizə icazə ver, efirə çıxaq! Heç kimə demirəm ki, məni tərifləyin. Günahsız olduğumu məhkəmənin qərarı və həkimin rəyindən sonra bütün hər kəs biləcək” deyə sənətkarın qızı bildirib.
 
 
Link kopyalandı!
Son xəbərlər