“Moderator.az-ı Zülfüqarın adına yaraşan şəkildə yaşadın” - Zakir Fəxridən təbrik
6684
01 Nov 2023 | 15:30

“Moderator.az-ı Zülfüqarın adına yaraşan şəkildə yaşadın” - Zakir Fəxridən təbrik

Bugün Moderator.az xəbər portalının 11 yaşı tamam olur. 2012-ci ildə mərhum jurnalist Zülfüqar Hüseynzadə tərəfindən təsis edilən sayt qısa zamanda Azərbaycanda ziyalı kütlənin, çoxsaylı oxucu auditoriyasının sevimlisinə çevrilməyi bacardı.

Təəssüf olsun ki, saytın əsas siması, təsisçi və baş redaktoru Zülfüqar Hüseynzadə bu il Haqqın rəhmətinə qovuşdu.Amma portal mərhum jurnalistin davamçıları tərəfindən yoluna uğurla davam etməkdədir.

Tanınmış şair Zakir Fəxri Moderator.az-ın 11 yaşı münasibətilə öz ürək sözlərini sayt vasitəsilə oxucularla bölüşüb:

“11  yaşınız mübarək! 11 rəqəmi mistik rəqəmdir. Allah Zülfüqara qəni-qəni rəhmət eləsin. Bütün kollektivinizi təbrik edirəm. Bu bulanıq dünyada, suların durulmadığı dünyada sizə duru düşüncələr, duru yazılar, duru münasibətlər, ən yaxşı nələr varsa, onu  arzu edirəm. Dünya çox qarışıq dünyadır. Bu qarışıqlıq içərisində insanlara təsəlli olan, tərəfsiz qələmə alınan, sevgiyə, düşünməyə vadar edən yazılar arzu edirəm.

İndi feyk xəbərlər, yanlış düşüncələr  hələ də var və silinib getməyib. Müharibə zamanı da bunları gördük. Amma indi nə arzulayıram: Qarabağ bütünlüklə bizimdir. Bu möhtəşəm qələbənin fəlsəfəsini yazmaq, bugündən sonra da onu yaşatmaq lazımdır. Çatışmayan şeylər  çoxdu: insani münasibətlər, məmur-vətəndaş münasibətləri, təhsil problemləri və s. hər yerdə problemlər var. Bu, təbiidir,  bunları çox səmimi şəkildə qabartmaq, işıqlandırmaq, heç kimə daş atmadan işıqlandırmaq, bu sevgini qazanmaq lazımdır. Bugünün mətbuat bolluğunda dəyərli  saytlar, jurnalistlərimiz var. İmza çox vacibdir. Qabaqlar sovet dövründə imzaları həsrətlə gözlədiyimiz vaxtlar olurdu. Maraqla qaçıb qəzet alırdıq ki, filankəsin yazısı çıxıb. Hələ içindən xəbərimiz yox idi, amma bilirdik ki, mütləq dəyərli nələrsə olacaq.

Sizə uzun ömür arzulayıram. Moderator.az-ı Zülfüqarın adına yaraşan şəkildə yaşadın. Kollektivinizin hamısı dəyərli şəxslərdir. Hər birinə də hörmətim böyükdür. Bir daha təbrik edirəm. Yanlışlıqdan uzaq, tərəfsiz, həmişə barış içində olan yazılar arzulayıram. Var olun, saytınızın ömrü uzun olsun. İndiki bu dünyada sizə nə arzulayıram. Bir bənd şeirimdən göndərirəm və bu uğuru o şeirlə sizə həsr edirəm:

      “Allahım! Sən Allah, səs ver, səsimə!

 İlıq nəfəsini qat nəfəsimə...

Ruhumu Nuruna bürüyə bilim...

Bu yolu sonacan yürüyə bilim...

 

Link kopyalandı!
Son xəbərlər