Ekskluziv
3396
29 Oct 2023 | 17:32

"Vaqnerçilər" Kadırovun qoşunlarına cəlb edilir..."

"Vaqnerçilər" əvvəllər də "Ahmat"ın sıralarına keçib, amma belə kütləvi hal almayıb..."
 
"Çeçen bölməsi üçün "vaqnerçilər" döyüş mövqeləri üzrə çoxdan tanış "qonşulardır", onlar həmişə möhkəm dayanıb..."
 
"Ahmat"ın komandiri Alaudinov bəyan edib ki, "Vaqner qrupu" özəl hərbi şirkətinin keçmiş muzdluları onun xüsusi təyinatlılarının tərkibinə keçir. Söhbət "Ahmat" xüsusi təyinatlıların bölmələrindən gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ahmat"ın komandiri Aptı Alaudinov bəyan edib. Məlumatı "strana.today" nəşri yayıb.
 
Məlumatda deyilir ki, "Vaqner qrupu" özəl hərbi şirkətinin keçmiş muzdluları Rusiya Milli Qvardiyasının "Ahmat" çeçen bölməsinin xüsusi təyinatlılarının sılararına daxil olur.
 
Onlar Ukraynada döyüş əməliyyatları zonasına gəlməkdədir. Onun sözlərinə görə, "vaqnerçilər" əvvəllər də "Ahmat"ın sıralarına daxil olub, lakin belə kütləvi hal almayıb. İndi hər şey dəyişib.
 
"Hazırda "Vaqner qrupu"ndan olan döyüşçülər kütləvi şəkildə daxil olur. Onlar müxtəlif dəstələrə qəbul edilir. Bəzi komandirlər də onlarla birlikdə bizə müraciət edir", - o, bəyan edib.
 
Alaudinov həmçinin qeyd edib ki, çeçen bölməsi üçün "vaqnerçilər" döyüş mövqeləri üzrə çoxdan tanış "qonşulardır".
 
"Biz həmişə əmin olmuşuq ki, qonşularımız möhkəm dayanıb, bizim bununla bağlı heç vaxt heç bir narahatçılığımız olmayıb", - o, deyib.
 
Britaniya bəyan edib ki, "Vaqner qrupu" özəl hərbi şirkəti Ukraynaya gəlir
 
2023-cü ilin sentyabrında Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, "Vaqner qrupu"nun keçmiş muzdluları fərdi qaydada Ukraynaya gəlir. 
 
Söhbət Rusiya qoşunlarının digər hissələrinin komplektləşdirilməsi üçün kiçik döyüş qruplarından gedib.
 
Bu zaman yenidən dislokasiya edilən şəxsi heyətin dəqiq statusu aydın deyil, Britaniya kəşfiyyatı vurğulayıb.
 
Bundan öncə "vaqnerçilər"in Ukraynaya dönməsi xəbərini həmçinin Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) dərc edib. 
 
Analitiklər qeyd edib ki, bu məlumatlar həm Ukrayna, həm də Rusiya mənbələri tərəfindən təsdiq edilir.
Link kopyalandı!
Son xəbərlər