Ekskluziv
3848
25 Oct 2023 | 20:52

"Mən sözlərimin düzgün təfsir edilmədiyindən şok keçirmişəm" - BMT-nin baş katibi

"Fələstin xalqı 56 ildir ki, İsrailin işğalı altındadır, insanlar öz evlərini tərk etməyə məcbur olub, onların evləri dağıdılıb, məsələnin siyasi həllinə ümidləri isə puça çıxıb..."

"Bu qətliam tarixə İŞİD üslübunda törədilən dəhşətli terror aktı kimi düşəcək..."

"Fələstin xalqının əzabları HƏMAS-ın dəhşətli hücumlarına, bu hücumlar da fələstinlilərin kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz..."

BMT-in baş katibi İsrail- Fələstin münaqişəsi ilə bağlı sözlərinə aydınlıq gətirib

BMT-nin baş katibi Antoniu Quterriş HƏMAS yaraqlılarının İsrailə ölümcül hücumuna, guya, haqq qazandıran sözlərinə aydınlıq gətirib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, Quterriş BMT Təhlükəsizlik Şurası üzvlərinə müraciət edərək deyib ki, İsrail HƏMAS-ın hücumunda özü günahkardır.

O, vurğulayıb ki, Fələstin xalqı 56 ildir onun işğalı altındadır, insanlar öz evlərini tərk etməyə məcbur olub, onların evləri dağıdılıb, məsələnin siyasi həllinə olan ümidləri isə puça çıxıb.

İsrailin rəsmi şəxsləri Quterrişin bu sözlərinə görə onu tənqid edib.

"Siz orada olmamısınız, Siz bu dəhşəti görməmisiniz. Şənbə günü səhər yuxudan oyanan və amansızcasına qətlə yetirilən günahsız insanları düşünün. Onların bir çoxu hələ də dəfn edilməyib.

Bu qətliam tarixə İŞİD üslubunda törədilən dəhşətli terror aktı kimi düşəcək. HƏMAS yeni nasistlərdir. Cənab baş katib, Siz hansı dünyada yaşayırslnız?! Əlbəttə, bizim dünyamızda deyilsiniz", - bunu müzakirələrdə iştirak edən İsrail XİN rəhbəri Eli Koen deyib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bəyan edib ki, Quterriş istefaya getməlidir, çünki "gerçəklikdən uzaq düşüb".

Bu gün Erdan bəyan edib ki, İsrail Quterrişin mövqeyinə görə BMT nümayəndələrinə vizalar verməyəcək.

Bu gün Antoniu Quterriş öz fikirlərinə aydınlıq gətirib. "Mən sözlərimin düzgün təfsir edilmədiyindən şok keçirmişəm.

"Mən, guya, HƏMAS-ın terror aktlarına haqq qazandırmışam. Hər şey əksinə olub", - "Reuters" agentliyi Quterrişdən iqtibas gətirib.

Nəşr qeyd edir ki, BMT baş katibi terrorçuluğa haqq qazandırmaq ittihamlarını rədd edərək, onun bəyanatlarının kəskin tənqidinin mənbəsini açıqlamayıb.

Bu gün jurnalistlər qarşısında çıxış edərək, Quterriş vurğulayıb ki, qeyd-şərtsiz "HƏMAS-ın oktyabrın 7-də törətdiyi dəhşətli və misli görünməmiş terror aktlarını" pisləyir.

"Heç nə qəsdən törədilən qətllərə, mülki əhalinin yaralanması və oğurlanmasına, mülki hədəflərə raket zərbələri kimi, haqq qazandıra bilməz", - o, məlumat verib.

Quterrişin sözlərinə görə, o, "qurbanlara və onların ailələrinə hörmət əlaməti olaraq" bu məsələyə aydınlıq gətirməyi özünün borcu hesab edib:

"Mən Fələstin xalqının əzablarından danışmışam. Bu zaman o, dəqiq bəyan edib: "Lakin Fələstin xalqının əzabları HƏMAS tərəfindən dəhşətli hücumlara haqq qazandıra bilməz".

Dünənki iclasda BMT baş katibi həqiqətən bu sözləri ifadə edib, lakin əlavə edib ki, bu hücumlar "fələstinlilərin kollektiv cəzalandırılmasına da haqq qazandıra bilməz".

Bu gün Qutteriş bu tezislərini yenidən təkrar edib. "Fələstin xalqının əzabları HƏMAS-ın hücumlarına, bu dəhşətli hücumlar isə Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz", - Qüterriş "Twitter"də yazıb.

Link kopyalandı!
Son xəbərlər