“Beynəlxalq dilləri bilən gənclərimizə bu gün böyük ehtiyac var. Lakin bu bir həqiqətdir ki, onlara ehtiyacıız sabah daha çox olacaq”.
Bunu Moderator.az-a açıqlamasında BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildiirb. Professor qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün bu qəbildən olan gənclərin aktivliyinə ciddi ehtiyac var:
“Əgər biz dünyaya Azərbaycan həqiqətindən bəhs etmək istəyiriksə, aydındır ki, beynəlxalq əcnəbi dillərə, xüsusilə də ingilis dilinə daha çox müarciət etməli, dünya ilə ünsiyyətimizi daha çox bu dillərdə qurmalıyıq. Yalnız bu şəkildə biz öz həqiqətlərimiz haqqında daha çox məlumat yaya, yalnız bu şəkildə beynəlxalq ictimaiyyəti regionda baş verənlər haqqında lazımi səviyyədə bilgiləndirə bilərik. Bəzi ermənipərəst dövlətlərin anti-Azərvbaycan fəaliyyətinə qarşı uğurlu mübarizənin yolu da b uradan keçir.
Bu baxımdan, gələcəkdə bu beynəlxalq dillərdə sərbəst danışan gənclərə daha çox ehtiyacımız olacaq”.
Seymur ƏLİYEV