“Qarabağ haqda çəkilən filmdə şəhid anası rolunu oynamaq istəyirəm”-FOTO
2907
19 Oct 2023 | 19:11

“Qarabağ haqda çəkilən filmdə şəhid anası rolunu oynamaq istəyirəm”-FOTO

“Sənətkar, aktrisa hər zaman filmlərdə, seriallarda çəkilmək istəyir. Hər yaşın öz gözəlliyi var. Təkcə model görkəmində insanları çəkmək də olmaz. Siz fikir vermisinizsə xarici filmlərdə gözəl olmayan amma çox peşəkar aktyor ifası olan şəxsləri filmə çəkirlər. Həmin insan obrazı elə gözəl oynayır ki, saatlarla oturub ona baxırsan. Bizdə də bu cür sənətkarları yetişdirib, ortaya çıxarmaq lazımdır. İnanın tamaşaçıya da bu maraqlıdır. Müasir dövrün tələbi artıq başqadır. O ki, qaldı mənə. Çox istəyirəm ki, Qarabağ haqda çəkilən filmdə şəhid anası obrazını oynayım”
 
Bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aparıcı və sevilən aktrisası, xalq artisti Nübar Novruzova deyib. O daha sonra əlavə edib.
 
“Bu gün də tamaşaçılar məni sevgi ilə, məhəbbətlə qarşılayırlar. Sosial şəbəkələrdən istifadə etməsəm də ünvanıma yazılan xoş sözlərdən xəbərdaram. Teatrda “Ağ ölüm”, Hüseyn Cavidin “Ana” tamaşasını oynamışam, o qədər gözəl qarşılanıb ki. Tamaşa bitəndən 40 dəqiqə sonra belə tamaşaçılar teatrın qabağında dayanıb biz aktyorları gözləyirlər. Bu yaşda da mən tamaşaçıları sevindirə bilirəm, onlar da mənə böyük sevinc bəxş edirlər. Bu stimul bir sənətkar üçün çox önəmlidir” deyə xalq artisti bildirib.
 
Xalq artisti sənətə yeni başlayan gənclərə tövsiyyələr də verib.
 
“O vaxt müəllimlərimiz deyirdi ki, mütləq şəkildə metroya düşəndə, avtobusla gedəndə insanları müşahidə edin. Aktyorun, aktrisanın müşahidə qabiliyyəti olmalıdır. O vaxt Kleopatra rolunu tarixi faktlar əsasında öyrənib, oynamışam. Hər obrazın üzərində işləyirəm, əmək sərf edirəm. Rejissorun fikrini mütləq önəmsəyirəm, amma öz əlavələrimi də edirəm. Gənclərə tövsiyyəm odur ki, şöhrət arxasınca qaçmasınlar, sənətdə peşəkarlaşsınlar. Peşəkarlaşandan sonra şöhrət onsuz da gəlib onları tapacaq” deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər