“Atam anamla ailə həyatı quranda 14 yaşı olub, mən ilk məhəbbətdən yaranmışam”-FOTOLAR+ÖZƏL
Ekskluziv
7458
15 Oct 2023 | 12:30

“Atam anamla ailə həyatı quranda 14 yaşı olub, mən ilk məhəbbətdən yaranmışam”-FOTOLAR+ÖZƏL

“Sənətkar odur ki, hər dövrdə sevilsin. Günün, gündəmin nəbzini tutmaq lazımdır. O illərdə oxuduğum mahnılar məni xalqa sevdirdi. Elə bu gün oxuduğum mahnılarım da sevilir. Sənətimi çox sevirəm. Çox əziyyət çəkmişəm. Təkcə səslə alınmır, insanın şansı da olmalıdır. Xalq artisti Əlibaba Məmmədov həmişə deyirdi ki, xalq sevsə sənətkarı ona dağ bata bilməz. Həqiqətən də sənətkarı xalq dolandırır. Onların toylarına getməsək haradan qazana bilərik?! Mən qazancımı mahnılarıma, aranjimanlara xərcləyirəm”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən sənətkar Mətanət İsgəndərli deyib. Müğənni bildirib ki, hazırkı çəkisindən çox məmnundur.
 
“İllər əvvəl aldığım geyimləri çəki atandan sonra böyük məmnuniyyətlə geyinirəm. İnanın, elə paltarlarım, kostyumlarım var idi ki, heç geyinməmişdim, çəki alandan sonra isə ümumiyyətlə geyinə bilmədim. O geyimləri gözümün qabağına qoyub deyirdim ki, bir gün səni geyinəcəm. Geyinirəm də. Hazırkı çəkimdən çox razıyam. Özümü yüngül, quş kimi hiss edirəm” deyə sənətkar bildirib.
Müğənni atasını da xatırlayıb.
 
“Atam çox istedadlı idi. Bir çox qəzəlləri ondan öyrənirdim. Sovetlər dövründə əmək qəhrəmanı olub. Atam anamla ailə həyatı quranda 14 yaşı olub. Anamın isə 17 yaşı var idi. Aralarında böyük sevgi olub. İlk məhəbbətdən mən yaranmışam. Atam üçün çox darıxmışam” deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər