2139
14 Oct 2023 | 21:22

"Qərb ölkələri HƏMAS-ın silahlanmasında Rusiyanın əli olduğu barədə feyklər yayır" - Zaxarova

"NATO ölkələri və onların tərəfdaşları dünya boyunca sovet və Rusiya silahlarının ovuna çıxıb..."
 
"Kollektiv Qərb özünün uydurduğu qaydalara əsaslanan üzdəniraq "yeni dünya düzənini" qoruyub saxlamaq üçün hər şeyə hazırdır..."
 
Zaxarova Rusiya silahının XƏMAS-a verilməsi ilə bağlı məlumatlara öz qəzəbini ifadə edib
 
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qərb ölkələrində "İsrail-Fələstin münaqişəsinin növbəti kəskinləşməsi fonunda" Rusiyanın HƏMAS-ın silah və döyüş sursatları ilə təchizatında əli olduğu barədə saxta məlumatlar yayılır.
 
Moderator.az xəbər verir ki, bu barədə "iz.ru" nəşri məlumat yayıb.
 
"Hətta "Rusiyanın köməyilə" Qəzza bölgəsində yüngül və atıcı silahlar, habelə bu silahlar üçün döyüş sursatları istehsalının həyata
keçirilməsi barədə fantastik iftiralar səsləndirilir",  - Zaxarova qeyd edib.
 
O, məlumat verib ki, Rusiya özünün xarici tərəfdaşları ilə hərbi-texniki əməkdaşlığın gerçəkləşməsində ən səmərəli, praktiki və qanunvericilik nöqteyi-nəzərdən işlənib hazırlanmış ixrac nəzarəti sistemi yaradıb.
 
"NATO ölkələri, onların tərəfdaşları və satellitləri bütün dünya boyunca sovet və Rusiya silahları və döyüş sursatlarının geniş ovuna çıxıb.
 
Onların istənilən üsullarla getdikcə Qərb hərbi texnikasının ən müasir nümunələri hesabına Kiyev rejiminin silahlı birləşmələrinin döyüş qabiliyyətinin saxlanılmasına yönəlik coşqun istəyi məhz onların məsuliyyətsiz yanaşması və ikili standartlarından xəbər verir", - Zaxarova vurğulayıb.
 
Onun sözlərinə görə, Qərb ölkələri "yüksək dəqiqli silahın "kölgə" dairəsinə düşməsi risklərinin minimuma endirilməsinə yönələn bir sıra beynəlxalq müqavilələrə köbudcasına görməzdən gəlir.
 
"Bir sözlə, "kollektiv Qərb" özü üçün onların özünün düşündüyü qaydalara əsaslanan üzdəniraq "dünya düzənini" qoruyub saxlamaq üçün hər şeyə getməyə hazırdır", - Zaxarova deyib.
 
Qeyd edək ki, nə Zaxarovanın özü, nə də bu şərhi dərc edən Rusiya KİV-lərindən heç biri Rusiyanın ünvanına "Qərbin ittihamları"nın haradan götürüldüyü barədə məlumat vermir və xarici mətbuatda müvafiq bəyanatlara və ya məqalələrə istinad etmir.
 
Bu zaman Rusiya qəzetləri və rəsmi şəxsləri HƏMAS-ın Ukrayna vasitəsilə Qərb silahı ilə təchiz edilməsi barədə feyklər yayır.
 
Bu arada isə "Dosye" Mərkəzi müəyyən edib ki, İsrailə hücumdan bir az öncə terrorçular 90 milyon dollar məbləğində kriptovalyuta allb.
 
Mərkəzin məlumatına görə, bu vəsitlərin bir hissəsi FTX ilə əlaqəli ola bilən "Garantex" kriptobirjası vasitəsilə keçib.
Link kopyalandı!
Son xəbərlər