“Hər kəs gedib öz ailəsinə baxsın, şəxsi həyatıma müdaxilə etməyin, əks halda cavabınızı alacaqsız”-FOTO
Ekskluziv
3594
13 Oct 2023 | 11:10

“Hər kəs gedib öz ailəsinə baxsın, şəxsi həyatıma müdaxilə etməyin, əks halda cavabınızı alacaqsız”-FOTO


“Hər zaman teatr aktrisası olmuşam. Əlbəttə ki, istərdim teatrda çalışım. O illərdə müəyyən səbəblərə görə teatrı tərk etdim. Teatrdan könüllü getməmişdim. Hər bir sənət adamının arzusudur ki, dövlət işində çalışsın. Həmçinin də mənim. 28 ildir ki, bu sənətdəyəm. Dünən deyil, bu gün deyil. 28 ilin 15 ilini teatrda işləmişəm. İstərdim qayıdım, amma biilmirəm teatra qayıtmaqdan ötrü ki, kimə müraciət edim?!

 

Bilirsinizki mən həm çəkilirəm, çəkilməyəndə də toylara gedirəm. Mən də, övladım da çox şükürlüyük. Çox da qazansam Allaha şükür edirəm, az da qazananda”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.

 

O daha sonra “Təsir dairəsi” verilişində şair Anar Vəziroğlu ilə olan mübahisəsindən danışıb.

 

“Mən yalan detektorunda oturmuşdum. Sual verilirdi və mən də çalışdığım qədər düzgün cavablayırdım. Şəxsi həyatımla bağlı sual ünvanlandı. Mən də doğru cavab verdim. Hər bir şey mənim öz ixtiyarımdadır. İstəyərəm cavab verərəm, istəyərəm yox! Kimliyindən asılı olmayaraq heç bir kəs nə mənim şəxsi həyatıma, nə cavablarıma müdaxilə edə bilməz. Hər kəs gedib öz ailəsinə və ətrafına baxsın. Nəinki Anar Vəziroğlunun, ümumiyyətlə heç kəsin şəxsi həyatıma müdaxilə etməsinə imkan vermərəm. Müdaxilə etdikləri an cavablarını alacaqlar” deyə aktrisa bildirib.

 

Aktrisa bildirib ki, efirlərdə təbliğat işi çox zəifdir.
 

 

“Niyə mənim yaxşı işlərimdən danışmırlar?! Niyə kiməsə əl tutanda, kiməsə kömək edəndə, çətin gündə kiminsə yanında olanda danışmırlar?! İnsanlara nəyi təqdim edərsən, marağı da o olar. İnsanlara bu gün qalmaqalları, mənfi hadisələri təqdim etməsələr, inanın mənə onların fikri də dəyişər. Bu bir-iki nəfərlə düzələn iş deyil. Birlikdə bu problemin öhdəsindən gəlməliyik” deyə aktrisa deyib.

11378021137801

 

Link kopyalandı!
Son xəbərlər