Hayk terrorçu taborundan “HƏMAS”-a dəstək gəldi...- “ARMENIAN RADICAL”-VİDEO
Ekskluziv
2724
11 Oct 2023 | 08:48

Hayk terrorçu taborundan “HƏMAS”-a dəstək gəldi...- “ARMENIAN RADICAL”-VİDEO

"2020-ci ilin 44 günlük savaşınadək digər “PKK” qruplarıyla birgə Azərbaycanın Qarabağ torpaqlarına sızan “Nubar Ozaryan” taborunun terrorçularının əsas mərkəzi Kəlbəcər olub..."
 
Suriyada fəaliyyət göstərən terrorçu Nubar Ozanyan adına erməni taboru fələstinlilər və Qüds erməniləri ilə həmrəyliklərini ifadə edən video-müraciət paylaşıb.
 
Moderator.az xəbər verir ki, bu haqda “ARMENIAN RADICAL”  təşkilatının teleqram-kanalı məlumat yayıb.
 
Hayk terrorçular “sionist rejimlə vuruşmağa hazır olduqlarını” bildiriblər.
 
Bu dolayısıyla “HƏMAS”-a dəstək kimi anlaşılır...
 

Zəruri arayış:
 
Nübar Özanyan Türkiyənin Yozqad vilayətində anadan olan aşırı sol baxışlı terrorçu olub. Türkiyə Kommunist Partiyasının liderlərindən biri olmaqla yanaşı, eyni zamanda Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi qəddarlığı ilə seçilmişdi. Müharibədən sonra Suriya və İraqda bölücü kürd terror qruplaşmalarının liderlərindən biri kimi bir sıra terror əməliyyatlarına rəhbərlik edib. 2017-ci ildə Raqqada "İŞİD"-ə qarşı döyüşlərdə öldürülüb...

Suriyanın şimalında, Haseki bölgəsində qurulan və Ermənistanın xüsusi dəstək verdiyi ‘’Nubar Ozanyan’’ erməni terror qrupu isə 2019-cu ildən Türkiyəyə qarşı savaş elan edib. Hələ  həmin ilin yay aylarında bildirilirdi ki, əvvəlcə 90 nəfərdən ibarət olan silahlı qrupun üzvləri 500-ə çatıb. Erməni qruplaşmasının Qamışlı, Haseke, Rasulayn, Amude, Tel Abyad, Aynularab ve Rasullayn bölgələrində yer alacağı hələ ilk günlərdən məlum oldu. Suriyada qurulan erməni birliyi özünü “ASALA” terror qruplaşmasının davamçısı olaraq təqdim edir.

Yarandığı vaxtdan 2020-ci ilin 44 günlük savaşınadək digər “PKK” qruplarıyla birgə Azərbaycanın Qarabağ torpaqlarına sızan “Nubar Ozaryan” taborunun terrorçularının əsas mərkəzi Kəlbəcər olub...

S.Laçın

 
Link kopyalandı!
Son xəbərlər