"Dənizdən İordan çayınadək bütün Fələstinin azad edilməsi bizim müqəddəs vəzifəmizdir..."
"Fələstin bir-birinə düşmən olan iki hissəyə-İsrailin nəzarətində olan Qəzza bölgəsi və FƏTH-in nəzarətində olan İordan çayının Qərb sahilinə bölünüb..."
HƏMAS nə deməkdir, nədən o, Qəzza bölgəsinə nəzarət edir və niyə İsrailə hücum edib?
İsraildə bu günlər baş verən hadisələr dünyanı sarsıdıb, lakin HƏMAS-ın adi fələstinlilərə yeni əzablar gətirəcək bu mənasız hücumunu gerçəkdən anlayan az adam var.
Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.
Ötən şənbə günü Fələstinin HƏMAS qruplaşmasının yaraqlıları İsrailə misli görünməmiş hücum törədib. Hal-hazırda ən azı 700 nəfər israillinin və üçüncü ölkə vətəndaşlarının həlak olması, yüzdən artıq oğurlanmış girovlar və iki mindən artıq yaralının olması bəllidir.
Son 50 ildə İsrailə edilən hücumların haqlı olaraq ən böyüyü adlandırılan bu hücum səbəbindən ölkədə ehtiyatda olanların səfərbərliyi elan edilib və hərbi vəziyyət elan olunub. İsrailin mülki və hərbi rəhbərliyi hücumun arxasında duran HƏMAS qruplaşmasını məhv edəcəyini vəd edib.
HƏMAS nə deməkdir, Qəzza bölgəsi nədir və onun İsrail ilə qarşılıqlı münasibətləri necədir?
Qəzza bölgəsi nə deməkdir?
Qəzza bölgəsi müasir yəhudi dövləti olan İsrailin ərazisi, Misirin ərazisi və Aralıq dənizi arasında sıxılıb qalan yarımanklavdır. Uzunluğu təxminən 41 km və eni 6-10 km (cəmi 360 kv. km) kasad ərazisi olmasına rəğmən, onun əhalisi təxminən 2, 3 milyon nəfərdir. Müqayisə üçün Kiyevin sahəsi 840 kv. km-dir.
Qəzza bölgəsi nominal olaraq üzdəniraq Fələstin ərazilərinin iki əsas hissəsindən ibarətdir.
Bunlardan biri tarixi Fələstinin qalıqlarının müasir İsrailin tərkibinə daxil olmayan və Fələstin ərəblərinin hakimiyyəti altında qalan hissəsidir.
Müasir Fələstinin ikinci hissəsi Qəzzadan İsrail ərazisi ilə ayrılan İordan çayının Qərb sahilidir.
Qəzza bölgəsinin ərazisində bir neçə ayrı-ayrı yaşayış məskənləri və şəhərlər var, onlardan ən böyüyü elə Qəzza şəhəridir. İsrail bölgə üzərində hava məkanına və sahil xəttinə nəzarət edir.
Bundan başqa, İsrail və Misir Qəzza bölgəsinə hansı malların daşınmasına faktiki olaraq nəzarət edir və silah daxil olmasına imkan vermir. Lakin yenə də bölgəyə Misir vasitəsilə qaçaqmalçılıq marşrutları ilə silah daxil olur.
Maraqlıdır ki, məhz İsrail Qəzza bölgəsinə elektrik enerjisi, su və xeyli miqdarda ərzaq və digər humanitar malları tədarük edir.
Lakin bütövlükdə Qəzza bölgəsi faktiki olaraq blokada şəraitində olduğundan onun iqtisadi vəziyyətinə təsir edir. Dəyərləndirmələrə görə, yaşlı əhalinin 60 faizi işsizdir, əhalinin təxminən 80 faizi hər gün ərzaq yardımı alır və beynəlxalq yardımdan asılıdır.
HƏMAS nə deməkdir?
HƏMAS Fələstin Müqavimət Hərəkatının bir çox qruplaşmasından biridir, bu qruplaşma 1987-ci ildə yaranıb. HƏMAS hərəkatın ərəbcə "Hərəkat əl-Mukavama Əl-İslamiyyə" tam adının abbreviaturasıdır, "İslam Müqavimət Hərəkatı" kimi tərcümə olunur.
HƏMAS Fələstinin təmiz islamçı və milli-azadlıq ideologiyasını özündə ehtiva edir. Yəni qruplaşma bir tərəfdən şəriət ideyalarını elan edir, lakin öz fəaliyyətinin əsas məqsədi kimi İsrailin bir dövlət kimi məhv edilməsini bəyan edir.
"İstənilən yəhudini hərbi məskunlaşmış hesab etmək olar, bizim borcumuz onu öldürməkdir. Dənizdən İordan çayınadək bütün Fələstinin azad edilməsi bizim strateji məqsədimizdir, bundan müqəddəs və vacib məqsəd ola bilməz", - bunu 1987-ci ildə HƏMAS-ın banisi şeyx Əhməd Yasin bəyan edib.
HƏMAS ideologiyasına görə, istənilən "sionist" (yəni İsrail ordusuna mənsubiyyətindən asılı olmayaraq istənilən israilli) düşmən hesab edilir və məhv edilməlidir.
HƏMAS Qəzza bölgəsini necə öz nəzarətinə götürüb?
Zamanla HƏMAS tədricən fələstinlilər arasında populyarlıq qazanıb, onun üçün bütün Fələstinin (yəni müasir İsrail üstəgəl Qəzza bölgəsi və İordan çayının Qərb sahili) azad edilməsi milli ideyaya çevrilib.
HƏMAS-ın fələstinlilər arasında populyarlığının səbəblərindən biri bu təşkilat tərəfindən Fələstin ərazilərində sosial yardım sisteminin yaradılması olub. HƏMAS faktiki olaraq eyni zamanda bir neçə, yəni ideya-siyasi, hərbi, dini-maarifçi və sosial-humanitar tərkib hissəni özündə uzlaşdırır.
HƏMAS Fələstinin hüdudlarından kənarda ilk növbədı fəaliyyətinin döyüşkən qanadı ilə tanınır. Bu təşkilat mövcud olduğu dönəmdə, əsasən, dinc əhalinin sıx olduğu yerlərlə terrorçu-kamikadzelərin özlərini partlatması ilə müşayiət edilən terror aktları təşkil edib.
Bu səbəbdən HƏMAS dünyanın bir sıra dövlətləri, o cümlədən Avropa İttifaqı, İsrail və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınıb.
Maraqlıdır ki, Rusiya HƏMAS-ı terrorçular kimi tanımır, vaxtaşırı Rusiyanın rəsmi şəxsləri bu qruplaşmanın nümayəndələri ilə görüşlər keçirir.
2005-ci ildə İsrail fələstinlilərə öz hökumətlərini formalaşdırmağa imkan yaratmaq üçün öz qüvvələrini Qəzza bölgəsindən çıxarıb.
2006-cı ildə Fələstin ərazilərində keçirilən seçkilərdə HƏMAS-ın siyasi qanadı qalib gəlib. İsrailə qarşı radikal mövqedə olduğundan HƏMAS ABŞ və Avropanın dəstəklədiyi daha mülayim olan Fələstin Azadlıq Hərəkatı ilə razılığa gələ bilməyib.
Nəticədə Fələstində uzun çəkməyən Vətəndaş savaşında HƏMAS İordan çayının Qərb sahilində bütün mövqelərini itirib və orada FƏTH hakimiyyəti ələ alıb. Elə o zaman HƏMAS hərbi yolla Qəzza bölgəsində hakimiyyəti ələ keçirib və orada İslam dövlətini yaratmaq niyyətini bəyan edib.
Beləliklə, Fələstin bir-birinə düşmən olan iki hissəyə-İsrailin nəzarətində olan Qəzza bölgəsi və FƏTH-in nəzarətində və İsrailə daha loyal olan İordan çayının Qərb sahilinə bölünüb.