Ekskluziv
2542
29 Sep 2023 | 17:43

"Türkiyə oktyabr ayında İsveçin NATO-ya daxil olmasını təsdiq edəcək" - "Reuters"

"ABŞ Senatı Türkiyə ilə dəyəri 20 milyard dollar olan "F-16" qırıcıları üzrə sövdələşməni nəzərdən keçirəcək..."

 

"Türkiyə ilə Macarıstan İsveçin NATO-ya daxil olması məsələsində koordinasiyalı şəkildə işləyir..."

 

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin yeni sədri Ben Kardin bəyan edib ki, o, Türkiyə ilə dəyəri 20 milyard dollar olan "Lockheed Matin F-16" qırıcıları üzrə sövdələşməni nəzərdən keçirəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə "unian.net" nəşri yazıb.

 

O, əmindir ki, onun sələfinin çoxdankı nəzarətin ləğvi barədə qərarına İsveçin NATO-ya daxil olmasından savayı digər məsələlər də təsir edəcək.

 

"Mən administrasiya ilə bir çox məsələlər barədə danışmalıyam, çünki söhbət təkcə bir məsələ barəsində deyil və mən bunu anlamalıyam", - bunu jurnalistlərə partiya rəhbərliyini öz üzərinə götürəndən bir gün sonra senator-demokrat deyib, "Reuters" yazıb.

 

Kardin deyib ki, o, İsveçin NATO-ya daxil olmasını NATO səfirlərinin görüşündə Türkiyənin rəsmi şəxsləri ilə müzakirə edib.

 

"Onlar iddia edir ki, bu, gələn ayın birinci yarısında ediləcək. Əgər bu, həqiqətən belədirsə, o zaman biz hər halda NATO problemini həll etmiş olacağıq, lakin NATO-ya daxil olmaq məsələsindən başqa digər məsələlər də var və onlar irəliyə getdikcə diskusiyalarımızın bir hissəsi olmalıdır", - o, əlavə edib.

 

İsveçin NATO-ya daxil olması-detallar

 

Ankara bir neçə ay ərzində İsveçin NATO-da üzvlüyünün təsdiq edilməsini uzadıb, bu zaman Stoqholmu terrorçulara qarşı, əsasən, qadağan edilmiş Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinə qarşı lazımınca tədbirlər görməməkdə ittiham edib.

 

İyul ayında Ərdoğan bəyan edib ki, oktyabrda işinə başlayacaq parlamentə təsdiq barədə sənədi göndərəcək, bu isə Konqresin bəzi üzvlərini məyus edib. Onlar bəyan edib ki, o, sessiyanı yenidən çağırıb İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilər.

 

İsveç və Finlandiya ötən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra NATO-ya daxil olmaq haqqında sorğu verib. 

 

Apreldə Finlandiyanın üzvlüyü təsdiq edilsə də, İsveçin sorğusuna Türkiyə və Macarıstan dəstək verməyib. Türkiyə bəyan edib ki, Ankara və Budapeşt bu məsələ ilə bağlı sıx koordinasiyada işləyir.

 

Bu yaxınlarda Türkiyə prezidenti bəyan edib ki, əgər ABŞ Ankaraya "F16" qırıcıları ilə bağlı öz öhdəliklərini icra edərsə, o zaman Türkiyə parlamenti də İsveçin NATO-a daxil olmasını təsdiq etmək vədini icra edəcək.

Link kopyalandı!
Son xəbərlər