Ekskluziv
2622
29 Sep 2023 | 16:57

"Vaqner qrupu" özəl hərbi şirkətinin yaraqlıları Ukraynada döyüşmək üçün geriyə dönür" - Britaniya kəşfiyyatı

"Qruplaşmanın bu bölgədə iştirakı Rusiya tərəfindən şəxsi heyətin çatışmazlığını qismən kompensasiya etməlidir..."

 

"Terrorçu qruplaşmasının üzvləri Donetsk vilayətinin Baxmut şəhəri ətrafında cəmləşir, çünki bu yerlərə yaxşı bələddir..."

 

"Vaqner qrupu" özəl hərbi şirkətlə əlaqəli olan yaraqlılar fərdi qaydada və kiçik qruplarla Rusiyanın müxtəlif bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya yenidən dislokasiya edilir.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, yenidən dislokasiya edilən şəxsi heyətin dəqiq statusu aydın deyil.

 

 

"Böyük ehtimalla, ayrı-ayrı şəxslər Rusiya Müdafiə Nazirliyinin rəsmi qüvvələrinin hissələrinə və digər özəl hərbi şirkətlərə köçürülüb", - Britaniya kəşfiyyatı qeyd edib.

 

Qeyd olunur ki, "Vaqner qrupu" özəl hərbi şirkətinin yaraqlıları Ukraynada döyüş əməliyyatlarından 2023-cü ilin iyunun əvvəlindən, 24 iyunda baş tutmayan qiyamdan və təşkilatın başçısı Yevgeni Priqojin və digər yüksək vəzifəli liderlərin 23 avqust təyyarə qəzasında həlak olmasından öncə çıxıb.

 

Britaniya kəşfiyyatı əlavə edir ki, "vaqnerçilərin" qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri ətrafında cəmləşir.

 

"Ehtimal ki, onların təcrübəsi bu bölgədə tələb olunur. Onların bir çoxu indiki cəhbə xətti və ukraynalıların yerli taktikası ilə tanışdır, çünki qışda onlar bu ərazidə döyüşüb", - məlumatda deyilir.

 

 

"Vaqner qrupu" özəl hərbi şirkəti Ukraynaya qarşı müharibədə-bəlli olanlar

 

Bu günlərdə CNN telekanalı məlumat verib ki, "Vaqner qrupu" özəl hərbi şirkətinin muzdluları komandirlərini tez bir zamanda dəyişdikdən sonra Baxmuta dönüb. Qruplaşmanın burada iştirakı Rusiya tərəfindən şəxsi heyətin çatışmazlığını qismən kompensasiya etməlidir.

 

Xatırladaq ki, "vaqnerçiıər" yazın sonunda Ukraynaya qarşı döyüş əməliyyatlarından çıxıb. O zaman Yevgeni Priqojin Baxmutun, guya, tam nəzarətə keçməsi və şəhərin Rusiyanın nizami ordusuna verilməsini elan edib. Sonra o, yaraqlılarını, guya, bərpa olunması üçün döyüş bölgəsindən çıxarıb. 

 

İyun ayında Priqojin öz yaraqlılarını Moskvaya yönəldib, lakin bir sutkadan da az müddətdən sonra fikrini dəyişib və kolonlarını Rusiya paytaxtından iki saatlıq məsafədə dayandırıb. İflasa uğrayan qiyamdan iki aydan sonra Priqojin təyyarə qəzası ilə aradan götürülüb.

 

Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri qeyd edir ki, "vaqnerçilərin" cəbhəyə dönməsi barədə məlumatı həm ukraynalı, həm də rusiyalı mənbələr təsdiq edir.

 

İndi yaraqlılar Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr bağlayaraq Ukraynaya dönür. Ukrayna Silahlı Qüvvələri həmçinin təsdiq edir ki, "Vaqner" muzdluları şərq cəbhəsinə dönür.

 

Onların bir hissəsi Rusiya MN ilə müqavilə bağlayaraq Belarusdan qayıdır. Söhbət bu birləşmədən qalan və Rusiya komandanlığının döyüş əməliyyatlarına cəlb etməyi planlaşdırdığı təxminən 500 nəfərdən gedir.

Link kopyalandı!
Son xəbərlər