
"Təşəbbüsün məqsədi musiqini diplomatik vasitəyə çevirərək, sülh və demokratiya ideyalarını irəliyə aparmaqdır..."
"Musiqinin arxasında dayanan hissləri duymaq üçün tarixi bilmək vacib deyil, çünki musiqi mahiyyətcə bizim ümumi insanlığımızda köklənən əlaqədir..."
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Ağ evdə özünün "Qlobal musiqi diplomatiyası" ("Global Music Diplomacy") adlı təşəbbüsünü prezentasiya edib.
Moderator.az xəbər verir ki, bu barədə "newizv.ru" nəşri məlumat yayıb.
Amerikanın məşhur ifaçıları dünya turnesinə yollanaraq musiqinin köməyilə ABŞ-ın xarici siyasət məqsədlərinə dəstək verəcək. Turun açılışını əfsanəvi caz ifaçlları Herbi Henkok və Di Di Bridcuoter edəcək. Oktyabr ayında onlar İordaniyaya yola düşəcək.
Dövlət Departamentinin qəbul otağında gecəni açaraq Blinken kifayət qədər ləyaqətlə əfsanəvi blyuzmen Maddi Uotersin "Huçi-kuçi men" ("Hoochie Coochie Man") kompozisiyasını ifa edib.
"Bir neçə nəsillər ərzində ABŞ diplomatiyası onun üzərində çalışıb ki, musiqinin gücündən amerikalılarla bütün dünyada insanlar arasında körpülərin yaradılması və əməkdaşlığa dəstək verilməsi üçün istifadə edilsin", - Blinken musiqi ifasından öncə deyib. "
"Musiqinin arxasında dayanan hissləri duymaq üçün tarixi bilmək vacib deyil, çünki musiqi öz mahiyyətinə görə bizim ümumi insanlığımızda köklənən əlaqədir", - o, deyib.
Təşəbbüssün mahiyyəti sadədir, Amerika musiqiçiləri hökumətin dəstəyilə ziyarət etdikləri ölkələrdə ABŞ-ın mədəni təsirini gücləndirmək nuyyətindədir.
O cümlədən söhbət Çin və Səudiyyə Ərəbistanından gedir, bunu "Daily Mail" nəşri yazıb. Nəşr qeyd edir ki, bir sıra onilliklər ərzində Amerika mədəniyyəti "Yer kürəsinin böyük hissəsində dominantlıq edib", hərçənd, bu təsir xarici bazarlarda dövlət dəstəyi olmadan irəliyə gedib.
"Soyuq müharibə" dönəmində ABŞ xaricdəki publikanı, o cümlədən o zaman öz ölkələrinin bəzi hissələrində ayrıca meydançalarda çıxış etməyə məcbur olan bir çox qaradərili artistləri cəlb etmək üçün öz artistlərini böyük həvəslə göndərib", - nəşr qeyd edib.
Blinkenin özü "musiqi diplomatiyası"nı "bütün dünyada sülhü təmin etmək üçün" vasitə adlandırıb.
Bu proqram çərçivəsində ABŞ ölkənin ən nüfuzlu caz ifaçılarından olan amerikalı pianoçu Herbi Henkoku əvvəlcə İordaniyaya, daha sonra Səudiyyə Ərəbistanına göndəcək, bu İslam ölkəsi yalnız bu yaxınlarda açıq musiqi çıxışları üçün icazə verib.
Filadelfiya orkestri Çinə göndəriləcək. Amerikalı repçilərini Nigeriyaya göndərmək və orada "musiqinin münaqişələrin həlli üçün istifadə edilməsi" məsələsini müzakirə etmək planlaşdırılır.
Blinken çoxdan gitarada ifa edir, lakin bu, onun eyni zamanda musiqiçi və siyasətli rolunda ilk çıxışı olub.
Dövlət Departamenti qeyd edir ki, bu təşəbbüsün məqsədi musiqini diplomatik vasitəyə çevirərək, sülh və demokratiya ideyalarını irəliyə aparmaqdır.
Təşəbbüsün bir hissəsi "Musiqi vasitəsilə sülh" mükafatı olacaq, mədəniyyətlərarası mübadilədə mühüm rol oynayan ifaçılar bu mükafata layiq görüləcək.





























