“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”
Ekskluziv
3947
29 Sep 2023 | 14:53

“Bu halda Moskvanın Qarabağda o ssenarini tədricən yenidən işə salması mümkündür...”

“Azərbaycan ayıq-sayıq, tədbirli və qətiyyətli olsa, bütün ölkədə olduğu kimi, işğaldan azad ərazilərdə, xüsusən də ermənilərin yaşayacağı Qarabağ torpaqlarında da qanunun aliliyini və gücünü tam təmin etsə, heç bir xarici və daxili təxribatla heç bir güc dövlətimizə, xalqımıza qarşı öz məkrli məqsədlərinə çata bilməz...”
 
“Əminəm ki, heç vaxt nə Fransa, nə Hindistan, nə də İran öz canlı qüvvəsini Ermənistan uğrunda ölümə göndərməz. Söhbət həmin ölkələrin yalnız silah-sursat, texnika ilə köməyindən  gedirsə də belə, heç bunun da faydası olmaz. Çünki artıq Azərabaycan ordusu olduqca güclü bir ordudur. Türkiyə kimi qardaşımızın, Pakistan kimi dostlarımızın da,  ən azı, böyük siyasi-mənəvi dəstəyi var. Ona görə də  mən inanmıram ki, hətta İrəvanda  revanşistlər hakimiyyətə gəlsələr belə, Ermənistan yaxın gələcəkdə Azərbaycana genişmiqyaslı hücum etməyə təşəbbüs göstərə...” 
 
Bu fikri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev “İndi, yaxud bir neçə il sonra Kremlin İrəvanda özünə sadiq qüvvələri hakimiyyətə gətirəcəyi təqdirdə Ermənistan yenidən Rusiyaya, həm də Fransa, İran, Hindistanın texniki və silah-sursat dəstəyinə arxalanıb Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa cürət edərmi?” sualını cavablandırarkən ifadə edib.
 
“Sadəcə, o var ki, əgər İrəvanda hakimiyyətə  yenidən Rusiyayönlü qüvvələr gələrsə, artıq Paşinyanın Azərbaycanla, Qarabağla bağlı verdiyi bütün qərarlar, o cümlədən Yuxarı Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması məsələsi ləğv edilə və “miatsum”, “müstəqil artsax”, “böyük ermənistan” şüarları yenidən gündəmə qayıda bilər... Bu halda Moskvanın 1988-1991-ci illərdə tətbiq etdiyi ssenarini tədricən yenidən işə salması, Qarabağda da qalan ermənilər arasında yenidən separatçılığı qızışdırmağa çalışması nəzəri cəhətdən mümkündür. Ancaq, dediyim kimi, artıq güclü dövlət, ordu və iqtisadiyyata malik  Azərbaycan ayıq-sayıq, tədbirli və qətiyyətli olsa, bütün ölkədə olduğu kimi, işğaldan azad ərazilərdə, xüsusən də ermənilərin yaşayacağı Qarabağ torpaqlarında da qanunun aliliyini və gücünü tam təmin etsə, heç bir xarici və daxili təxribatla heç bir güc dövlətimizə, xalqımıza qarşı öz məkrli məqsədlərinə çata bilməz”- deyə davamında general-mayor vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər