“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR
Ekskluziv
14661
29 Sep 2023 | 08:38

“Qənirə xanımın evində qalırdım, məni qızı kimi çox istəyirdi, görən kimi deyirdi ki...”-FOTOLAR

“Qənirə xanımla mənim anam daha öncələr tanış idi. Anamın çətin, ağır günlərində Qənirə xanım bizim ailəyə çox dəstək olub. O anamın son nəfəsində həmişə məni nəzərində saxlayacağına söz vermişdi və sözünün üstündə durmuşdu. Mənim onunla tanışlığım elə uşaqlığımdan olub. Dəfələrlə onun evində qalmışam. Hər zaman mənə dəstək olub, məsləhətlər verib. Həmişə ilk olaraq təhsilə önəm verməyi, anamın adına layiqli övlad olmağımı, vətənə, dövlətə lazımlı övlad olmağı, vətənpərvər olmağı məsləhət görürdü” 
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib. O daha sonra əlavə edib.
“O mənəvi anam idi. Qənirə xanımı itirmək mənim üçün çox ağırdır. Qəlbim acıyır, bu acını sözlə ifadə etmək qeyri-mümkündür. Yay boyunca 3 dəfə danışmışdıq. Mənə səfərdə olduğunu, qayıdandan sonra görüşəcəyimizi demişdi. Ölüm xəbərini eşidən kimi sarsıldım. Mən də ağladım, nənəm də. O mənim öz ailəm kimi həyatdakı ən böyük dayağım, mənəvi anam, yol göstərənim, şəksiz güvənə biləcəyim yeganə insan idi. Allah rəhmət etsin, yeni cənnət olsun. Hər zaman onun ruhuna duaçı olacağam” deyə o bildirib.
Gövhər Qənirə xanımın dəfələlə evində də qaldığını bildirib.
 
“Mənə həmişə “sən mənim qızımsan”, nə sözün olsa sənin yanındayam deyirdi. 3 gün evində qalmışam. Ümumiyyətlə tez-tez məni evinə dəvət edirdi.  Evdə özü idi, anası və bir də xidmətçiləri. Məni yeməyə çağırırdı, oturub söhbət edirdik, başıma sığal çəkirdi. Məni öpürdü, öz kitablarından hədiyyə edirdi. Bir dəfə də onlarda olanda mənə şeirini oxudu. Üstündən 10 dəqiqə keçəndən sonra mən əzbər və intonasiya ilə şeiri söyləməyə başladım. Qənirə xala elə həmin an təəccüblənmişdi və mənə demişdi ki, sənin yaşdakı qızın şeiri belə ürəklə, intonasiya ilə deməsi məni heyrətləndirdi. Deyirdi ki, incəsənət sahəsini hobbi kimi davam etdir” deyə Gövhər deyib.
Link kopyalandı!
Son xəbərlər