Ekskluziv
3144
29 Sep 2023 | 00:47

"Şoyqu Tehrana niyə gedib və iranlılar Rusiyaya öz raketlərini nə zaman tədarük edəcək?" - ISW

"BMT Təhlükəsiz Şurası tərəfindən qəbul edilmiş qətnamə İrana konkret növ məhsulun, o cümlədən uçuş məsafəsi 300 km-dən çox olan raketlərin ticarətini qadağan edir..."
 
"İran qətnamənin şərtlərini müntəzəm olaraq pozduğuna görə Böyük Britaniya, Almaniya və Fransa İran qarşı sanksiyaların müddətini uzatmaq niyyətindədir..."
 
Rusiya və İran pilotsuz uçuş aparatları və uçuş məsafəsi 300 km olan raketlərin satışı haqqında sazişi oktyabrın 18-dən, İran silahlarına BMT Təhlükəsizlik Şurasının qətnaməsilə nəzərdə tutulmuş məhdudiyyətlərin müddəti bitəndən sonra imzalaya biləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İstitutu (ISW) yazıb.
 
Analitiklər Rusiya müdafiə naziri Sergey Şoyqunun sentyabrın 19-da Tehrana səfərini xatırladıb və bəzi detalları açıqlayıb.
 
O cümlədən rusiyalı nazir İran İnqilanı Keçikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin mənzil-qərargahında İranın pilotsuz uçuş aparatları, raketlər və hava hücumundan müdafiə sistemləri arsenalına baxış keçirib.
 
Şoyquya həmçinin "Pave" qanadlı raketi, "Ababil" və "Fateh" ballistik raketlər, "yer-hava" sinfindən olan raketlər, "Shahed-136" pilotsuz uçuş aparatının yeni buraxılış qurğusu və dugər silahlar göstərilib.
 
Bundan başqa, İranın yüksək vəzifəli hərbçiləri ilə görüşündə Şoyqu İran silahlarına BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsilə nəzərdə tutulmuş məhdudiyyətlərin müddətinin bitməsini müzakirə edib.
 
Bu qətnamə 2015-ci ildən İrana konkret növ məhsulun BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmədən ticarətini qadağan edir. Qətnamə müddəaları uçuş məsafəsi 300 km-dən çox olan raketlərə şamil edilir.
 
Hələ ötən ilin sonunda Amerika, Böyük Britaniya və Ukraynanın rəsmi şəxsləri xəbərdarlıq edib ki, Rusiya İranla belə raketlərin tədarükü barədə danışıqlar aparır və bununla öz arsenallarının tükənməsi problemini həll etmək istəyir.
 
Ukrayna və İsrail kəşfiyyatlarının məlumatlarına görə, Rusiyanı maraqlandıran İranın ilk növbədə "Fateh-110" və "Zülfüqar" ballistik raketləridir.
 
18 oktyabrdan sonra İranın raketləri və onlarla bağlı texnologiyaları beynəlxalq nəzarət olmadan ixrac edə biləcək, bu da ona Rusiyanın tələbatlarını ödəməyə imkan verəcək,  ISW-nin hesabatında deyilir.
 
Sentyabrın ortalarında Avropa İttifaqı xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel məlumat verib ki, Böyük Britanya, Almaniya və Fransa xarici işlər nazirləri Avropa İttifaqını İrana qarşı sanksiyaları uzatmaq barədə xəbərdar edib, çünki bu ölkə müntəzəm olaraq qətnamənin şərtlərini pozub.
 
Borrelin sözlərinə görə, Avropa İttifaqı İranla bağlı nüvə sövdələşməsinin digər iştirakçıları olan Çin, İran və Rusiya ilə məsləhətləşmələrdən sonra qərar qəbul edəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər