3717
27 Sep 2023 | 21:12

"Rusiyanın Ukraynada istifadə etdiyi İran dronlarında Qərb istehsalı olan komponentlər mövcuddur..."

"İran Rusiyanın dronlara olan tələbatının öhdəsindən gələ bimir, bu səbəbdən onların Rusiya və Suriyada istehsalını nizama salır..."
 
Ukrayna müttəfiqlərinə İranın "Shahed" dronlarının istehsal edildiyi zavodlara zərbə endirmək təklifi ilə müraciət edib
 
İran Rusiyanın Ukraynanı bombaladığı İranın "Shahed" kamikadze-dronları ilə bağlı sorğusunu təmin edə bilmir və ona görə də onların Rusiya və Suriyada istehsalını nizama salır.
 
Kiyev müttəfiqlərinə bu üç ölkədə belə zavodlara zərbələr endirməyi təklif edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin avqust ayında "Böyük yeddilik" ölkələrinə göndərdiyi 47 səhifəlik hesabatında deyilir. Məlumat Britaniyanın "The Guardian" qəzetində dərc edilib.
 
Ukrayna sənədində qeyd edilir ki, İran Ukraynada yüksək intensivliklə istifadə edilməsi səbəbindən Rusiyanın dronlara olan tələbatının öhdəsindən gələ bilmir. Bundan başqa, elə etməyə cəhd göstərir ki, "Rusiyaya silah tədarükündə onun adı daha hallanmasın". 
 
Ona görə də istehsalın diversifikasiyası məqsədilə İran Suriyadakı zavoddan istifadə edir, oradan PUA-lar Novorossiyskə göndərilir, həmçinin onların istehsalı Tatarıstanın Yelabuqa rayonundakı "Alabuqa" xüsusi iqtisadi zonada təşkil edilir, İran isə komponentləri Rusiyaya tədarük etməkdə davam edir.
 
"Bu zərbələr tərəfdaşlarının zəruri məhvetmə vasitələrini tədarük edəcəyi təqdirdə Ukraynanın müdafiə qüvvələri tərəfindən endirilə bilər", - hesabatda deyilir. Nəşrin  fikrincə, böyük ehtimalla, Kiyevin tərəfdaşları bu təklifdən imtina edəcək.
 
Bu zaman Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi Elmi-Təqdiqat silahlanma və hərbi texnika İnstitutu və Ukrayna kəşfiyyatı tərəfindən hazırlanan "Ölümlər qasırğası" adlanan sənədin əsas mövzusu İran dronlarında Qərb istehsalçılarından elektronikanın mövcud olmasıdır.
 
Hesabatda deyilir ki, 52 belə detal "Shahed-131", 57 detal "Shahed-136" modelli dronlarda aşkar edilib.
 
Avropanın beş şirkəti, o cümlədən Britaniyanın transmilli korporasiyasının Polşadakı törəmə şirkəti belə komponentlərin orijinal istehsalçıları adlandırılır.
 
Həmçinin istehsalçılar arasında mənzil-qərargahları ABŞ, İsveçrə, Niderland, Almaniya, Kanada və Yaponiyada olan firmalar da var.
 
"İranın PUA istehsalçıları uyğunlaşıb və əsasən tədarükünə pis nəzarət edilən və ya ümumiyyətlə nəzarət edilməyən əlçatan kommersiya komponentlərindən istifadə edir", - sənəddə deyilir.
 
Kiyev Qərb istehsalçılarını hər hansı hüquq pozuntularda ittiham etmir, demək olar ki, bütün komponentləri İran Türkiyə, Hindistan, Qazaxıstan, Özbəkistan, Vyetnam və Kosta-Rikadan idxal edir.
 
Bundan öncə KİV-lər dəfələrlə məlumat verib ki, Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi İran PUA-larında Qərb detalları var.
 
2023-cü ilin avqustunda Ukrayna Baş Kəşfiyyat İdarəsi təsdiq edib ki,  Rusiya öz ərazisində "Shahed" dronlarını istehsal etməyə başlayıb.
Link kopyalandı!
Son xəbərlər