Ekskluziv
2641
23 Sep 2023 | 16:36

"Rusiyanın Ukrayna ilə Polşanın arasını vurmaq cəhdləri iflasa uğrayıb" - ISW

 
"Rusiyanın Ukraynanın liman və taxıl infrastrukturuna zərbələri onun Ukraynanın qərb qonşuları ilə münasibətlərinin pisləşməsinə yönələn kampaniyasının tərkib hissəsidir..."
 
"Polşanın dəstəyinin itirilməsi Ukraynanın hərbi əməliyyatları üçün fəlakətli ola bilər, çünki NATO-nun birliyini poza bilər..."
 
Rusiyanın Ukrayna ilə onun Mərkəzi Avropa tərəfdaşları arasında ixtilafların gücləndirilməsi üzrə səyləri, deyəsən, uğursuzluğa düçar olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bəyan edib.
 
"ISW-nin ilkin dəyərləndirməsinə görə, Rusiyanın Ukraynanın liman və taxıl infrastrukturuna zərbələri onun Ukraynanın qərb qonşuları ilə münasubətlərinin pisləşməsinə yönələn kampaniyasının tərkib hissəsidir.
 
Polşanın Ukraynaya dair öz öhdəliklərini tez-tez təkrarlaması onu göstərir ki, bu kampaniya Moskvanın gözlədiyi kimi o qədər də uğurlu deyil", - yeni hesabatda deyilir.
 
Analitiklər xatırladır ki, ölkə prezidenti Anjey Duda növbəti dəfə taxıl ixracı üzrə mübahisələrə rəğmən, Polşa-Ukrayna münasibətlərinin möhkəmliyini təsdiq edib.
 
Bu arada isə ABŞ Polşadan Ukraynaya dəstəklə bağlı bəyanatının izahatını tələb edib. Bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşr Pentaqonun yüksək vəzifəli məmuruna istinadən məlumat verib ki, Polşa əvvəlkitək Ukraynaya dəstək verməyə hazırdır, lakin ölkənin dəqiq mövqeyi hələlik aydın deyil.
 
Hər iki tərəf gərginliyin zəifləməsinə çağırış edib, lakin bu mübahisə geniş yayılaraq qonşular arasında birliyi şübhə altına alıb.
 
Amerikalı məmur bəyan edib ki, müttəfiqlər arasında ixtilaflar Ukraynaya dəstək verən koalisiyanın birliyinin hələlik dağılmasına gətirib çıxarmayıb.
 
Amma avropalı diplomat anonimlik şərtilə xarici həmkarlarını əmin edib ki, Ukraynaya hərbi dəstək az miqyasda olsa da, davam edəcək. 
 
Həmsöhbətin sözlərinə görə, Polşanın dəstəyinin itirilməsi Ukraynanın hərbi əməliyyatları üçün fəlakətli ola bilər, çünki NATO-nun birliyini poza bilər.
 
Ukrayna-Polşa münasibətləri - son xəbərlər 
 
Polşanın baş naziri Mateuş Moravetski sentyabrın 20-də bəyan edib ki, Polşa Ukraynaya silah verməyəcək.
 
Artıq sentyabrın 21-də ölkə prezidenti Anjey Duda izah edib ki, Polşa Ukrayna ilə silah tədarükü barəsində razılaşmaları icra etməkdə davam edəcək, lakin Varşavanın öz ordusu üçün aldığı yeni silahları tədarük etməyəcək.
 
Duda hazırda Zelenskiyə münasibətindən danışıb. Həmçinin bəyan edib ki, Ukrayna taxılının Avropanın quru yolları ilə ixracı üzrə potensial münaqişə iki ölkə arasında münasibətlərə "əhəmiyyətli təsir" göstərməyəcək.
Link kopyalandı!
Son xəbərlər