1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
Oxunub: 8555
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
Moderator.az bu gündən etibarən “Vətən daşı” adlı rubrikaya start verir. Bu rubrikada oxucularımızı şəhidlərimizlə, onların yadigarları ilə, Vətən müharibəsi qəhrəmanları ilə daha yaxından tanış edəcəyik. İlk yazımız “Hadrut fatehi", XTQ baş giziri, şəhid Camal İsmayılov haqqındadır. 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində anadan olan Camal anasının doğum günündə şəhadətə ucalıb. Övladlarına sonuncu dəfə nağıl danışıb, başını sığallayaraq döyüşə yollanır. 1500 erməniyə öz dilində “geri çəkilin” əmrini verən Camal İsmayılovu anası Filarə İsmayılova ilə xatırlayırıq.
 
-Filarə xanım, müsahibəmizə Camalın uşaqlıq illərindən danışmaqla başlamağınızı istərdim. Camal necə bir mühitdə böyümüşdü?
 
-Camal ailənin ikinci övladı idi. Özündən böyük bacısı var. 2 yaşı olanda biz Rusiyaya köçdük, uşaqlar orada böyüdülər. İsti bir ölkədən soyuq bir yerə getmək, uşaqları oranın iqliminə öyrəşdirmək çox çətin oldu. Amma Camal çox möhkəm, dözümlü uşaq idi. Bacısı xəstələnsə də, o xəstlənmirdi. Bağçaya gedəndə nə Camal, nə də ki, bacısı rus dilini bilirdi, amma bir müddət keçəndən sonra ikisi də bu dildə danışmağa başladılar. Hər həftənin 6-cı günü biz kinoteatra, uşaq kitabxanasına gedərdik. Böyüdülər sonra məktəbə getməyə başladılar. Mən heç vaxt onun müəllimindən soruşmazdım ki, Camal necə oxuyur? Qorxurdum ki, soruşaram müəllimi narazılığını dilə gətirər. Müəllimi bir dəfə nəhayət özü dedi ki, Camalın anası niyə övladının necə oxuduğunu məndən soruşmur?! Mən bu səbəbi ona da dedim. Müəllimi dedi ki, sinifdə mənim ən fəal şagirdim Camaldır. O qədər sevindim ki. 5-ci sinifdə oxuyanda biz yenidən Neftçalaya köçdük. 11-ci sinfə qədər Camal Neftçalada 1 nömrəli məktəbdə təhsilini davam etdirdi. Burada da müəllimlərinin sevimlisi oldu, dərslərini yaxşı oxudu. Hər dəfə müəllimlər iclasına gedəndə müəllimləri də, sinif yoldaşları da onu tərifləyərdi. Camalın atası hər zaman uzaq yerlərdə işləyirdi, ona görə də uşaqların tərbiyəsi, təhsili ilə mən məşğul olurdum. Uşaqları mənə əmanət edib gedirdi. Evimizdə çox ciddi nizam-intizam var idi. Camal çox səliqəli övlad idi. Geyimlərini özü ütüləyərdi, ayaqqabıları, şalvarı hər zaman təmiz olurdu. Bizim bir qonşumuz var idi, taksi sürücüsü idi. Həmişə deyirdi ki, görəsən Camal yeriyəndə ayağını yerə qoyur?! Deyirdim ki, niyə elə deyirsiz?! Deyirdi mən Camalın ayaqqabısında bir balaca da olsun toz görmədim. Oyuncaq həvəskarı idi. Maşınları çox sevirdi. Mən onun üçün bir oyuncaqdan iki dənə alardım. Çünki alıb evə qayıdana qədər birini sındırardı, digəri ilə evdə oynayardı. Təyyarə, tank, maşın, tapanca oyuncaqlarını çox sevirdi. Özünün xizəyi var idi, qışda sürüşərdi. Ekstrim oyunları çox sevərdi.
-Hərbi təhsil almağı özü istədi yoxsa seçimində sizin də tövsiyyəniz oldu?
 
-Mən Camalın həkim olmağını istəyirdim. Çünki o kimya, biologiya fənlərini çox gözəl mənimsəyirdi. Hətta mən onu məşğələlərə də qoyurdum ki, Camal diş həkimi olsun. Ali məktəbə imtahan verdi amma bal toplaya bilmədi. Bir ildən sonra hərbi xidmətə yola düşdü. 8 ay hərbi xidmətdə oldu, sonra bir gün mənə məktub yazıb göndərdi ki, hərbçi olmaq üçün oxumağa gedirəm, bu mənim şansımdır və mən bu şansı heç vaxt əldən verməyəcəm. Mən də bir kəlmə ona yazdım ki, Allaha əmanət ol. Xüsusi Təyinatlıların kursunu uğurla keçib, orada xidmət etməyə başlamışdı. Onun gündəliyini sonralar əldə etdim. Orada yazmışdı ki, düzdür anamın arzusu məni həkim görmək idi, amma mən öz taleyimi özüm həll edib, zabit olacağam. Mən də onun arzusuna qarşı çıxmadım. Mən hərbi formaları çox sevirdim. Hərbi geyimdə bir zabit görən kimi diqqətlə baxırdım ki, bu geyim ona nə gözəl yaraşır. Camal Neftçalaya hərbi geyimdə çox az-az gəlirdi. Amma mən onlara gedəndə hər səhər durub onu işə yola salardım və diqqətlə baxardım ki, o çəkmələrini, pencəyini necə düymələyir, papağını necə başına qoyur. Bu an hər zaman könlümdən Səməd Vurğunun “Ananın öyüdü” şeiri keçirdi. “Geyib əsgər paltarını silahlandı qəhrəman, onun polad sinəsinə sığışmadı ürəyi, dayan deyib yaxın gəldi öpdü onun alnından, yaz gününün xoş səhəri, bir də dağlar küləyi”. Camala baxanda həmişə o şeir mənim yadıma düşərdi. Camal Türkiyənin paytaxtı Ankarada, Konyada, Gürcüstanda olub və oradakı hərbi kursları uğurla, müvəfəqiyyətlə keçib. Gürcüstandakı xizək kursu adətən martın 8-ə təsadüf edərdi. Məni təbrik edəndə deyirdi ki, ana imtahandan keçdim, yaxşı qiymət aldım. Türkiyədə 95 dəfə paraşütdən qüsursuz tullanıb. Türkiyəyə, Gürcüstana gedəndə mən gedib onun ailəsi ilə qalardım. Qızları üçün, bizim üçün elə gözəl hədiyyələr alıb gətirərdi ki. Onun mənə aldığı hədiyyələri bu gün də yadigar olaraq saxlayıram. Ailə üzvlərindən başqa heç kimin yanında deməzdik ki, Camal harasa gedib. Heç kəs bilməzdi. Çünki o gedəndə bizə tapşırırdı ki, mənim harasa getməyimi sizdən başqa heç kim bilməsin.
-Qızları ilə gün keçirməyə zamanı olurdu?
 
-Boş vaxtları olan kimi vaxtını qızları ilə birgə keçirirdi. İstirahət günü əgər evdə olurdusa onlarla parka, kinoya, restorana gedirdi. Bir də görürdüm ki, rayona gəliblər. Onları qayığa mindirərdi, voleybol oynayardılar. Qızları üçün xüsusi mahnılar da seçmişdi ki, maşında dinləsinlər. Bir də görürdün ki, mahnı oxuya-oxuya yola çıxıblar. Həmişə də onlara deyərdi ki, ata sizə qurban olsun.
-Müharibəyə yollandığı günü necə xatırlayırsınız?
 
-Camal sonuncu dəfə sentyabrın 16-da Neftçalaya gəlmişdi. Maşını burada təmirdə idi, gəlib atası ilə köməkləşib düzətdilər. Dedi ki, iki günlük icazə almışam. Axşam zəng edib səhər tezdən işə çağırdılar. Sentyabrın 17-də Camalı yola saldım. Bizə heç nə hiss etdirmədi. Adi günlərdən biri kimi getdi. Getməzdən bir gün əvvəl oturub hər şeydən danışdıq, söhbət etdik. Gələcək planlarımızı qurduq ki, gələndən sonra nə iş görəcəyik. Hardasa sentyabrın 24-ü olardı, vatsap statusuna müharibəyə aid bir yazı yazıb qoymuşdu. Oxudum ürəyim ağrıdı. Dedim ki, gələndə ona deyəcəm ki, bu nə statusdur vatsapa yükləmisən?! İndiyə qədər o vatsap statuslarını böyütdürüb evdəki çərçivədən asmışam. Səhəri gün yenə də vatsap statusunu gördüm. Bu dəfə o əlində bayraq yazmışdı ki, “Allahu əkbər”. Gəlindən xəbər aldım ki, Camal haradadır?! Dedi ki, təlimə gedib. Sabahı gün sübh namazına oyananda sosial şəbəkələrdə müharibənin başlandığını gördüm. Ürəyimdə bir onu dedim ki, evim yıxıldı. Çünki mən Camalın işini bilirdim. Bilirdim ki, müharibə başlasa birinci onlar gedəcəklər (kövrəlir).
-Camalın şəhid xəbərini sizə kim çatdırdı?
 
-Camal demək olar ki, vaxt tapan kimi bizimlə əlaqə saxlayırdı. Vaxtı olmayanda birimizlə əlaqə saxlayırdısa hamımız bir-birimizə xəbər verirdik. Bir dəfə zəng edəndə atası ağladı. Bacısına demişdi ki, atama de bir də ağlamasın. Ağlasa mən bir də evə zəng etməyəcəm. Demişdi ki, mən bura sizin başınızı uca etməyə gəlmişəm. Sentyabrın 18-də axşamüstü saat 5 radələrində zəng etdi. Bir xeyli danışdıq. Dedi ki, ana vaxt tapan kimi yenə də zəng edəcəm. Gözlədim ayın 19-da zəng etmədi. 22 də yenə də gözlədim amma zəng vurmadı. Oktyabrın 21-də mənim ad günüm idi, gözləyirdim ki, zəng edib məni təbrik edəcək. Səhər tezdən kiçik oğlum Ülvi zəng etdi. O da hərbçidir, müharibə bölgəsindən zəng etmişdi. Məni təbrik edəndən sonra dedi ki, ana, Camal zəng edib səni təbrik edib?! Dedim ki, xeyr. Düz axşama qədər gözlədim. Camal mənə zəng vurmadı. Axşamçağı şam namazından sonra gördüm ki, qapımız açıldı. Atası həyətə düşdü. Camal artıq mənim ad günümü şəhadəti ilə təbrik etmişdi (ağlayır). Amma bizə şəhid olmasını dəqiq demədilər, dedilər ki, mühasirəyə düşüb. Oktyabrın 22-də bizdə tam sakitlik oldu. Özümüzə ürək-dirək verdik ki, mühasirədən onları çıxardacaqlar. Oktyabrın 23-də bizə xəbər gəldi ki, Camal komadan ayılıb və deyib ki, evə xəbər göndərin. Onun arxasınca Fizuliyə 3 maşın getdi. Gedib görmüşdülər ki, Camal şəhid olub. Laçın dəhlizinə nəzarət edən yüksəkliklərdə şəhidlik zirvəsinə ucalmışdı oğlum. 17 nəfər 500-600 nəfərə qarşı döyüşmüşdü. Son damla qanlarına qədər bıçaqla, süngü ilə əlbəyaxa döyüşə girmişdilər. Qardaşı onu şəhidlərin arasında axtaranda tapıb. Camal gülürmüş. Yarıaçıq gözləri.. Ovucunu açıb, bir güllə qalıbmış ovucunda. Qardaşı elə bilib ki, Camal sağdır. Qışqıraraq həkim səsləyib. Deyiblər ki, onlar iki gündür şəhid olub. Oktyabrın 19-dan 20-nə keçən gecə. 23-də gətirib böyük izdihamla dəfn etdilər. Mən o günü xatırlamıram. Elə bilirəm ki, yuxu idi, oldu keçdi. Məndən gizlətdilər, cənazəni gətirməzdən yarım saat əvvəl mənə dedilər ki, Camal şəhid olub. Allah heç bir anaya belə acı xəbər göstərməsin.
-Sizcə Camal hansı arzusunu yerinə yetirmədən şəhid oldu?
 
-Arzusuz insan olarmı? Hamı arzularla yaşayır. Camalın qardaşının toyunda dediyi bir söz heç vaxt mənim yadımdan çıxmır. Camalın ilk sözü bismillahla başladı. Sonra dedi ki, mənim ona arzularım yox, onun özünə arzuladığı arzuların həyata keçməsini istəyirəm. Camalın o qədər arzuları var idi ki. Səbirsizliklə oğlunun doğulmasını istəyirdi. Onu bərbərə aparsın, saçını düzətdirsin, maşın sürməyi öyrətsin. Oğlunun adını özü Alparslan qoymuşdu. Təəssüf ki, şəhid olandan sonra Alparslan doğuldu. Qızları üçün arzusu o idi ki, oxuyub ali-savadlı olsunlar. O qədər arzuları yarım qaldı ki. İndi mənə elə gəlir ki, Camalın ən böyük arzusu vətəni azad etmək idi. Bunu mən elə-belə, sözgəlişi demirəm. Əgər Camal bu qədər vətənpərvər olmasaydı, vətənini çox sevməsəydi vətən yolunda şəhid olmazdı. Camal geri qayıda da bilərdi. İndiyə qədər onun yoldaşları deyir ki, Camal qayıda bilərdi. Onun sağ qalan döyüş yoldaşları danışır ki, Camal bizi çiyinlərində səngərə qədər gətirirdi, halbuki özü yaralı idi, çiyinlərindən qan axırdı. Biz ona yalvardıq ki, Camal, sən yaralısan, get. Camal deyib ki, mənim yoldaşlarım yaralıdır, onları burada tək qoyub geri qayıda bilmərəm. Sabah mən sağ qalsam döyüş yoldaşlarımın, onların ailələrinin üzünə baxa bilmərəm. O mənim üçün ən böyük dərd olar. Hansı ana istəyərdi ki, övladı olmasın?! Mən Camalın təqaüdə çıxacağı günü səbirsizliklə gözləyirdim. Bir dəfə onun yanında təqaüdə çıxmağını deyəndə, dedi ki, mən döyüşçüyəm, 18 ilimi hərbidə qoymuşam, döyüşəcəm, təqaüdə çıxmayacam. Camalın arzusu bu idi. Əgər vətəni azad görəcəkdisə o zaman bütün arzuları bir-birinin ardınca həyata keçəcəkdi. Bizim Neftçaladakı ata evimiz köhnə, uçuq bir evdir. Həmişə deyərdi ki, ana, bir az pulum olsun burada sizin üçün ev tikəcəm, sizi elə yaşadacam ki. Ayrı-ayrı otaqlarınız olacaq. İndi hər dəfə mən həyətdə otururam. Hansı ki, o daşın yanında, maşınını saxladığı yerdə. Elə bilirəm ki, Camal orada oturub o arzularla yaşayır. Camalın bir kəlmə sözü də, atdığı addımları da yadımdan çıxmır. Bir baxışı ilə bilirdim ki, Camal nə demək istəyir?! 
-Camalı həm də “Hadrut fatehi” adlandırırlar. Mütləq ki, bu adı böyük qəhrəmanlıqla qazanmışdı..
 
-Döyüş yoldaşlarının dediyinə görə onlar Hadruta gediblər və orada səngərdə, yağışlı gündə suyun içində qalıblar. Ac-susuz, yeməksiz. O erməni dilini çox yaxşı bilirdi. Rabitə sahəsində mütəxəssis idi. Ermənilərin rabitə sisteminə qoşularaq erməni polkovniki adından danışıb və Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına öz dillərində “geri çəkilin” əmrini vermişdi. Ermənilər arxaya çəkiləndən sonra biliblər ki, onlara “geri çəkilin” əmrini verən Camal İsmayılovdur.
-Camalsız günləriniz keçirmi?
 
-Camalsız yaşamaq bilirsiniz nə qədər ağırdır? Nə qədər çətindir? Gözüm qapıda qalıb. Elə bilirəm ki, bu dəqiqə qapı açılacaq və Camal iti addımları ilə içəri girəcək. Mən dərindən heç nəyi fikirləşmirəm. Fikirləşsəm dəli olaram. Camalsız yaşamaq o qədər çətindir ki, bütün həyatımız alt-üst olub. Camalsız param-parça olmuşuq. Mənim gözüm qapımızın üstündə dalğalanan o bayraqlarda qalıb. Elə bilirəm ki, Camal o bayraqlardan mənə baxır. Onun addım atdığı hər qarış torpağı öpmək, yalamaq istəyirəm. Mən elə bilirəm ki, onsuz gəzdiyi dağlar da darıxıb. Uçduğu göylər də darıxıb. Mən ona həmişə deyirdim ki, sən mənim göylər şahinimsən, dağlarımın qartalısan. İndi mən elə bilirəm ki, göylərdə nə şahin var, nə da dağlarda qartal. Hər şey Camalla gedib. Bütün həyatımız Camalla gedib. Çox çətin, ağır günlər yaşayırıq. Küçəyə çıxmaq istəmirəm. Küçədə şəkili var. Onun şəkilini götürüb bu şkafdan o şkafa qoyanda mənə ağır gəlir. Onu ziyarət edəndə biz heç vaxt demirik ki, qəbir üstünə gedirik. Biz deyirik ki, Camala gedirik. Çünki o mənim üçün yaşayır. Təsəvvür etmirəm ki, o torpağın altında qalıb. Mən elə bilirəm ki, Camal yanımdadır, onunla danışıram. Ona səhər “sabahın xeyir”, axşam “gecən xeyrə qalsın” deyirəm. Mən Camalla Camalsız yaşayıram. Camal mənim həyatım, cənnətim idi. Ona həmişə cənnət çiçəyim deyirəm. Camal mənim üçün heç vaxt böyümədi ki. O mənim üçün yenə də baxçaya, məktəbə gedir. İnanırsınızmı onun 1-ci sinfə geyindiyi məktəbli köynəyini stolun başından asmışam. Hər gün yuxarı çıxıram, o köynəyi əzizləyib ürəyimin başına qoyuram. Elə bilirəm ki, indi gəlib geyinib, məktəbə gedəcək... Camalım həmişə yaşayacaq...
Oxşar xəbərlər
N.Tusi adına Klinika
22:47, Bu gün
Azərbaycanın Qarabağdakı erməni sakinlərinə göndərdiyi ərzaq yükü Xankəndiyə çatdırılıb və avtomobil geri dönüb
22:45, Bu gün
Ceyhun Bayramov BMT Baş Katibinin müavini ilə görüşüb
22:27, Bu gün
Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə Qarabağdakı erməni sakinlərin reinteqrasiyasını müzakirə edib
22:25, Bu gün
Hakan Fidan Blinkenlə görüşüb
22:21, Bu gün
Bolqarıstanda helikopter qəzaya uğrayıb
22:18, Bu gün
İtaliyanın keçmiş prezidenti vəfat edib
22:14, Bu gün
“Onlar öldürə bildikləri hər bir şahidi öldürüblər”
22:12, Bu gün
Aİ Azərbaycandan qaz idxalını artırmağı planlaşdırır
22:09, Bu gün
FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurub
22:00, Bu gün
72 şəhid nəşinin içindən oğlu tapılan ana - VİDEO
21:55, Bu gün
"Ağlınızı başınıza yığın!" - Yazıçıdan ermənilərə ÇAĞIRIŞ
21:47, Bu gün
“Tərtər-Ağdərə-Kəlbəcər yolunun da açılmasının təşkili strateji vəzifələrdəndir...”
21:43, Bu gün
Yunanıstanda gündəlik iş vaxtı uzadılıb
21:34, Bu gün
“Hamilə vaxtı xərçəng olduğumu öyrəndim” - VİDEO
21:30, Bu gün
Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib
21:21, Bu gün
Rafiq Hüseynov ikiqat dünya çempionu oldu
21:12, Bu gün
Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO
21:10, Bu gün
Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
21:07, Bu gün
Gürcüstan ictimaiyyəti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyir
21:05, Bu gün
ABŞ Prokurorluğu Bob Menendesə qarşı korrupsiya ittihamı ilə bağlı mətbuat konfransı keçirib
21:03, Bu gün
BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb
21:00, Bu gün
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
20:55, Bu gün
Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub
20:52, Bu gün
“Biz separatizmin başını 3 il öncə əzmişdik, ancaq...”
20:50, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
20:43, Bu gün
İranlı jurnalist həddini aşdı - FOTO
20:34, Bu gün
Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu
20:32, Bu gün
“Onların bütün addımları Qarabağ münaqişəsini qızışdırmağa yönəlib”
20:31, Bu gün
Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”
20:29, Bu gün
Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir
20:26, Bu gün
Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb
20:20, Bu gün
Qarabağdakı erməni sakinlər üçün ərzaq aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb-YENİLƏNİB+VİDEO
20:13, Bu gün
Hakan Fidan israilli həmkarı ilə görüşüb
20:07, Bu gün
Şabranda ev yanıb
20:00, Bu gün
İsrail ordusu Qəzza zolağına zərbələr endirir
19:50, Bu gün
Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb
19:37, Bu gün
Nazir: "Özbəkistan və Qazaxıstanın Füzulidə reallaşdırdığı layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib"
19:36, Bu gün
Rusiya diplomatiyasının "uğuru" : Rusiya XİN nümayəndə heyəti Hindistandan G20 sammitindən təhlükəli infeksion xəstəlik gətirib
19:30, Bu gün
Ceyhun Bayramov antiterror tədbirlərinə verdiyi dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq edib
19:20, Bu gün
Xankəndi şəhərində qəsdən yanğınlar törədilir - VİDEO
19:19, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
19:18, Bu gün
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib
19:15, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
19:12, Bu gün
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
19:10, Bu gün
Onnik Krikoryan: “Erməni əhalisinin inteqrasiyası mümkündür və ona dəstək vermək lazımdır”
19:07, Bu gün
Hakan Fidan Macarıstan və Belçikanın XİN rəhbərləri ilə görüşüb
19:06, Bu gün
Həbsdə olan general özünü qismən təqsirli bilir, ifadəsini qapalı prosesdə verəcək
19:05, Bu gün
İrəvanda yeni mitinqə hazırlıq gedir, etirazçılar toplaşmağa başlayıb
19:03, Bu gün
Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb
19:01, Bu gün
Rusiya sülhməramlılarının avtomobil karvanı Ermənistandan Xankəndiyə gedib - VİDEO
19:00, Bu gün
Viktoriya Nuland və Türkiyə XİN başçısının müavini Qarabağı müzakirə edib
18:57, Bu gün
Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb
18:53, Bu gün
AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
18:45, Bu gün
Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
18:40, Bu gün
FHN-in Bakı Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi - FOTO
18:33, Bu gün
Honkonq öz istehsalı olan ilk peyki buraxacaq
18:32, Bu gün
KİV: Rusiyada gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək
18:30, Bu gün
Ceyhun Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə edib
18:28, Bu gün
Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
18:27, Bu gün
ISESCO-nun sabiq Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
18:26, Bu gün
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslər saxlanılıb
18:25, Bu gün
Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
18:20, Bu gün
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
18:20, Bu gün
“İrəvan” komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib
18:19, Bu gün
MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edilib
18:18, Bu gün
Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib
18:17, Bu gün
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
18:12, Bu gün
İcma: "Aİ bu gedişlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda qalacaq"
18:11, Bu gün
Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı açıqlandı
18:10, Bu gün
Brenda Şaffer: “Azərbaycanın lokal antiterror tədbirləri strateji dəyişikliklərə səbəb olub”
18:03, Bu gün
“AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
18:00, Bu gün
“Avropalı parlamentarilərin fəallıqları erməni lobbisindən pul qoparmağa hesablanıb” - RƏY + FOTO
18:00, Bu gün
Gülay Zeynallının “Məktub”u - Video
17:58, Bu gün
Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib
17:57, Bu gün
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirinin qalibi olub - YENİLƏNİB
17:55, Bu gün
Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib - FOTO
17:52, Bu gün
Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin indikativ proqramını müzakirə edib - FOTO
17:48, Bu gün
Molla rejimi Zahidanda güclü təhlükəsizlik tədbirləri görüb - VİDEO
17:44, Bu gün
Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək - RƏSMİ
17:40, Bu gün
Yaşar Gülər: “Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”
17:36, Bu gün
Dünya çempionatı: 3 güləşçimiz çempionluq şansını itirdi
17:32, Bu gün
"Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənir" - QMİ sədri
17:27, Bu gün
“Bəziləri BMT TŞ-nin iclasında ancaq xristian həmrəyliyinə görə Ermənistanı dəstəklədilər”
17:22, Bu gün
Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO
17:20, Bu gün
Ermənistanda etirazlar güclənir: İkinci böyük şəhərində də aksiyalar başladı - VİDEO
17:17, Bu gün
Bazar günü bizim üçün ən təhlükəli asteroidlə bağlı tarixi hadisə yaşanacaq - FOTO
17:13, Bu gün
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Eyforiyadan söhbət gedə bilməz”
17:09, Bu gün
BDU-da "Sosial mediada uğurun sirri" adlı təlim keçirilib - FOTO
17:05, Bu gün
Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"
17:03, Bu gün
İrəvanda etirazların arxasında kim dayanır? - Paşinyan Putinin dostuna işarə vurub... - VİDEO
17:00, Bu gün
Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib - FOTO
16:56, Bu gün
“Qarabağ”ın qələbəsi - hikkəli norveçli müəllimlə bağlı xatirə
16:55, Bu gün
Ermənilərdən təmizlənmiş yaşayış məntəqəsinin görüntüləri yayıldı - VİDEO
16:52, Bu gün
Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib - FOTOLAR
16:50, Bu gün
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib
16:47, Bu gün
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib - FOTO
16:43, Bu gün
Dünya Güləş Birliyi azərbaycanlı idmançıların görüşlərinin ən maraqlı anlarını paylaşdı - VİDEO
16:39, Bu gün
İran Qafanda fəallığını artırıb - FOTO
16:35, Bu gün
Qərbin bitməyən qərəzi: xristian təəssübkeşliyi, səlibçi psixologiyası - ŞƏRH + FOTO
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
GÜNLÜK
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
11:44, Bu gün
Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
11:28, Bu gün
Əsgərlərimiz Qarabağın erməni sakininə kömək ediblər - VİDEO
21 Sep 2023 | 23:57
"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
18 Sep 2023 | 12:00
“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”
18 Sep 2023 | 00:00
Erməni müğənni Mikayıl Müşfiqin sözlərinə bəstələnən mahnını oxudu, qohumu etiraz etdi - VİDEO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
16 Sep 2023 | 21:01
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”-Yaqub Zurufçunun xanımı
16 Sep 2023 | 10:49
“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
16 Sep 2023 | 12:11
“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü”
16 Sep 2023 | 13:41
Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
AYLIQ
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
11:44, Bu gün
Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
11:28, Bu gün
Əsgərlərimiz Qarabağın erməni sakininə kömək ediblər - VİDEO
21 Sep 2023 | 23:57
"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"