"Rus dilini öyrənsin ki, "çuşka˝ olmasın..."
Oxunub: 2271
18 Sep 2023 | 06:28
"Bir çox ailələr rus dilini övladlarına məhz psixoloji təsir altında öyrədirlər. Yenə də beyinlərdə ˝rus dilini öyrənsin, yoxsa çuşka olar˝ stiqması qalıb. Sovetlər hələ də bir çoxlarının düşüncələrində dağılmayıb, güclü hakimiyyətə malikdir..."
 
"İndi Sovetlər Birliyi dağılıb, ölkəmiz müstəqillik qazanıb, rus dilini ciddi-cəhdlə öyrənməyin heç bir məntiqi zərurəti qalmayıb..."
 
Bir tanış deyir, övladını rus sektoruna qoyub. Məsləhət gördüm ki, hansısa əcnəbi dili övladının ana dilinə çevirməsin, uşaq ilk öncə öz ana dilini mükəmməl bilməlidir. Cavab verdi ki, “Düz deyirsiniz, ancaq anası təkid edir. Deyir, qoy rus dilini öyrənsin ki, ˝çuşka˝ olmasın”.
 
Bu sözlə, yəqin ki, geridəqalmışlığı, savadsızlığı nəzərdə tuturdu. Sovet dönəmində rus dilini bilmək, bəlkə də, zəruri idi, yüksək keyfiyyətli ali təhsil, karyera üçün lazım idi. Bununla bərabər, Sovet respublikalarının xalqlarına öz dilində danışmağın bir gerilik olduğunu dolayısilə aşılayırdılar. Bizim ölkəmizdə də rus dilini bilməyən insanlara yuxarıdan aşağı baxan bir zümrə formalaşmışdı. Rayonlardan paytaxta üz tutub gələn insanlarımız bu önyarğını daha çox hiss edirdi. İnsanlara damğa kimi vurulan ˝kəndçi˝, ˝çuşka˝, ˝kolxoz˝ kimi ifadələr də bu önyarğıya işarə idi.
 
İndi Sovetlər Birliyi dağılıb, ölkəmiz müstəqillik qazanıb, rus dilini ciddi-cəhdlə öyrənməyin heç bir məntiqi zərurəti qalmayıb. Dünyada hazırda ən çox öyrənilən və praktik faydası olan, bir çox elmi resurslara çatmaqda vasitə olan dil rus yox, ingilis dilidir. Ancaq baxıb görürsən ki, bir çox ailələrdə yenə də bu mövzu gündəmdədir: təhsil dili, yəni dolayısilə ana dili rus dili olsun, yoxsa Azərbaycan? Soruşursan: “Rus dilində niyə məktəbə qoyursan? Evdə uşaqlarla niyə yalnız rus dilində danışırsan?” Cavab verir ki, “İstəyirəm, xarici dil öyrənsin”. Uşağa dil açar-açmaz öyrətdiyin xarici dil artıq xarici deyil, ana dili olacaq. İlk olaraq uşaqlara ana dili mükəmməl öyrədilməlidir, ikinci dil daha sonra, öyrəndiyi ana dilinin fonunda tədris edilməlidir.
 
Bir çox ailələr rus dilini övladlarına məhz psixoloji təsir altında öyrədirlər. Yenə də beyinlərdə ˝rus dilini öyrənsin, yoxsa çuşka olar˝ stiqması qalıb. Sovetlər hələ də bir çoxlarının düşüncələrində dağılmayıb, güclü hakimiyyətə malikdir. Bəzən də valideynlər özləri rusca bilmədikləri halda övladlarını rus dilində oxutdurmağa çalışırlar. Hələ də öz natamamlığını ört-basdır etməyin, “çuşka” damğası yeməkdən qaçmağın çıxış yolunu rus dilində görənlər var. Nəticədə öz doğma dilində danışmaqda çətinlik çəkən, bəzən isə bacarmayan rusdilli təbəqə formalaşır.
 
Bəziləri hələ də düşünürlər ki, rus dilində təhsil daha güclüdür. Halbuki bu fikir də öz aktuallığını çoxdan itirib. Günümüzdə rus dilində təhsil uşaqların gələcək karyerasına, təhsilinə bir perspektiv bəxş etmir. Təhsil nazirliyinin ekspertləri bildirirlər ki, rus bölməsində təhsil alan şagirdlərin daha yüksək nəticə göstərməsi haqqında deyilənlər mifdir. Rəsmi açıqlamalara görə, son 10-15 ildə Azərbaycan bölməsində təhsil alan şagirdlərin qəbul imtahanlarında göstərdiyi nəticələr rus bölməsi ilə müqayisədə daha yüksəkdir. Təhsil sahəsində az-çox anlayışı olan biri bilir ki, şagirdin yüksək nəticə göstərməsi qətiyyən hansı dildə təhsil almasından asılı deyil. Mühüm olan şagirdin çalışqanlığı, qavraması, tədris proqramı və bir də pedaqoqdur. Hazırda yuxarı siniflərdə və ali təhsil mərkəzlərində rus bölmələrində savadlı müəllim çatışmazlığı yaşanır. Azərbaycan bölməsinin müəllimləri rus bölmələrinə də dərs keçməli olurlar.
 
Xarici dil olaraq da seçim etməli olsaq, ingilis dili rus dilindən çox-çox perspektivlidir. Bir çox xarici ölkələrə səyahət etmiş biri kimi deyirəm ki, rus dili bilgisi mənim, demək olar ki, heç bir xarici ölkədə karıma gəlməyib. Muzeylərdə, məşhur turistik məkanlarda, elmi mərkəzlərdə, hətta şəhər bələdçisi axtaranda belə birinci yerdə ingilis dili olub. Rus dilində bu sahələrdə heç yerdə xidmət göstərilmir. Dünya səviyyəli universitetlərdə təhsil, elmi konfranslarda iştirak üçün rus dilinin heç bir əhəmiyyəti yoxdur. Postsovet ölkələrinin hüdudlarından kənarda rus dilində heç kim danışmır. Günümüzdə bütün elmi, siyasi və ümumiyyətlə bütün yenilikləri izləmək üçün ingilis dilini bilmək zəruridir.
 
Bütün bunlara baxmayaraq, hələ də postsovet məkanında ən çox rusdilli məktəb olan respublikalardanıq. Bu da, təbii ki, rus dilinə olan rəğbətin təzahürüdür. Bu rəğbət də başqa postsovet xalqları ilə müqayisədə bizim dominant rus ideologiyasından psixoloji olaraq daha çox təsirləndiyimizi və bu təsirin hələ də getmədiyini göstərir.
 
Eyni məfhum müxtəlif dillərdə fərqli sözlərlə ifadə olunur. Düşünmək olar ki, burada fərq yalnız tələffüzdədir. Əslində, eyni predmetə fərqli yönəlmədir, fərqli formada hiss etdiyinin, fərqli dünyagörüşünün təzahürüdür. Hətta insan dünyaya gələndə çıxardığı ilk səsdə, ağlamaqda belə özünəməxsusluq var. Bəzi araşdırmaçılar deyir ki, hər xalqın dünyaya gəlmiş körpələri fərqli formada ağlayır və bu ağlamaqda o xalqın hansısa özəlliyi əks olunur.
 
Dil qapıdır, öyrəndiyin dillə həmin dilin dünyasına keçid alırsan. İnsanın xasiyyətcə öz bioloji anasından çox ana dilində danışdığı xalqın mədəniyyətinə bənzəməsi qaçılmazdır. Dilə münasibət insanın öz kökünə, xalqına, milli dəyərlərinə olan münasibəti göstərir. Uşaqlarımıza yad bir xalqın dilini ana dili olaraq öyrətməklə onları öz kökündən ayırırıq. Rus dilindən bütün ömrü boyu aktiv şəkildə istifadə edən biri kimi bu dilin əleyhinə deyiləm, ancaq hər kəs öncə öz dilini mükəmməl bilməlidir. Ana dili olaraq öz dilini qoyub, hər hansı yad bir dili seçmək qəbuledilməzdir.
 
Dilə sadəcə ünsiyyət vasitəsi kimi baxmaq lazım deyil, dil bir xalqın tarixi yaddaşı, milli, mədəni, əxlaqi kodudur. Xalqın ruhunu, nəsillərin yaddaşını, taleyini, həyata baxışını, hissiyyatını, temperamentini əks etdirir. Ana dili kimi qəbul etdiyin dillə birgə həmin xalqın bütün milli, mədəni, əxlaqi keyfiyyətlərini, temperamentini də qəbul etməyə başlayırsan. Ana dilinə çevrilmiş dil insanın düşüncəsinin, hisslərinin, xasiyyətinin bazasına, özəyinə çevrilir.
 
Bir cəmiyyət hansısa əcnəbi dili öz ana dili edərsə, o dilin daşıyıcısı olan ölkəyə rəğbət də yüksək olacaq, həmin xalqın mədəniyyəti, dəyərləri, düşüncə tərzi də daha dominant olacaq. 
 
Bir xalqı assimilyasiya edib əritmək üçün ilk öncə onun dilindən başlayırlar. Dil aradan gedən zaman xalqın milli kimliyi də yox olur. Sovet linqvisti professor Bulaxovski deyərdi ki, ˝Xalq infarktdan ölməz. Xalqı öldürmək üçün öncə onun əlindən dilini alırlar˝. Bu sözlərdə Sovetin imperialist siyasətinə işarə də var.
 
Dilin aradan getməsi ilə insanın milli kimliyi ilə əlaqəli olan dəyərlər, maraqlar, mədəniyyət, hisslər, istiqamət, düşüncə də zəifləyir və ya tamam itir. Bununla vətənpərvərlik də zəifləyir. İnsan öz xalqına yadlaşır, daşıyıcısı olduğu dilin xalqına, mədəniyyətinə meyil yaranır. Dil xalqı aşınmadan qoruyan bir zirehdir...
 
Rövşən Abdullaoğlu, tanınmış filosof, yazıçı.
 
rovshanabdullaoglu.com
Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:30, Bu gün
Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib
21:21, Bu gün
Rafiq Hüseynov ikiqat dünya çempionu oldu
21:12, Bu gün
Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO
21:10, Bu gün
Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
21:07, Bu gün
Gürcüstan ictimaiyyəti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyir
21:05, Bu gün
ABŞ Prokurorluğu Bob Menendesə qarşı korrupsiya ittihamı ilə bağlı mətbuat konfransı keçirib
21:03, Bu gün
BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb
21:00, Bu gün
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
20:55, Bu gün
Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub
20:52, Bu gün
“Biz separatizmin başını 3 il öncə əzmişdik, ancaq...”
20:50, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
20:43, Bu gün
İranlı jurnalist həddini aşdı - FOTO
20:34, Bu gün
Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu
20:32, Bu gün
“Onların bütün addımları Qarabağ münaqişəsini qızışdırmağa yönəlib”
20:31, Bu gün
Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”
20:29, Bu gün
Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir
20:26, Bu gün
Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb
20:20, Bu gün
Qarabağdakı erməni sakinlər üçün ərzaq aparan avtomobillər geri yükü boşaldaraq geri qayıdıb-YENİLƏNİB+VİDEO
20:13, Bu gün
Hakan Fidan israilli həmkarı ilə görüşüb
20:07, Bu gün
Şabranda ev yanıb
20:00, Bu gün
İsrail ordusu Qəzza zolağına zərbələr endirir
19:50, Bu gün
Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb
19:37, Bu gün
Nazir: "Özbəkistan və Qazaxıstanın Füzulidə reallaşdırdığı layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib"
19:36, Bu gün
Rusiya diplomatiyasının "uğuru" : Rusiya XİN nümayəndə heyəti Hindistandan G20 sammitindən təhlükəli infeksion xəstəlik gətirib
19:30, Bu gün
Ceyhun Bayramov antiterror tədbirlərinə verdiyi dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq edib
19:20, Bu gün
Xankəndi şəhərində qəsdən yanğınlar törədilir - VİDEO
19:19, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
19:18, Bu gün
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib
19:15, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
19:12, Bu gün
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
19:10, Bu gün
Onnik Krikoryan: “Erməni əhalisinin inteqrasiyası mümkündür və ona dəstək vermək lazımdır”
19:07, Bu gün
Hakan Fidan Macarıstan və Belçikanın XİN rəhbərləri ilə görüşüb
19:06, Bu gün
Həbsdə olan general özünü qismən təqsirli bilir, ifadəsini qapalı prosesdə verəcək
19:05, Bu gün
İrəvanda yeni mitinqə hazırlıq gedir, etirazçılar toplaşmağa başlayıb
19:03, Bu gün
Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb
19:01, Bu gün
Rusiya sülhməramlılarının avtomobil karvanı Ermənistandan Xankəndiyə gedib - VİDEO
19:00, Bu gün
Viktoriya Nuland və Türkiyə XİN başçısının müavini Qarabağı müzakirə edib
18:57, Bu gün
Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb
18:53, Bu gün
AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
18:45, Bu gün
Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
18:40, Bu gün
FHN-in Bakı Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi - FOTO
18:33, Bu gün
Honkonq öz istehsalı olan ilk peyki buraxacaq
18:32, Bu gün
KİV: Rusiyada gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək
18:30, Bu gün
Ceyhun Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə edib
18:28, Bu gün
Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
18:27, Bu gün
ISESCO-nun sabiq Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
18:26, Bu gün
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslər saxlanılıb
18:25, Bu gün
Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
18:20, Bu gün
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
18:20, Bu gün
“İrəvan” komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib
18:19, Bu gün
MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edilib
18:18, Bu gün
Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib
18:17, Bu gün
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
18:12, Bu gün
İcma: "Aİ bu gedişlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda qalacaq"
18:11, Bu gün
Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı açıqlandı
18:10, Bu gün
Brenda Şaffer: “Azərbaycanın lokal antiterror tədbirləri strateji dəyişikliklərə səbəb olub”
18:03, Bu gün
“AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
18:00, Bu gün
“Avropalı parlamentarilərin fəallıqları erməni lobbisindən pul qoparmağa hesablanıb” - RƏY + FOTO
18:00, Bu gün
Gülay Zeynallının “Məktub”u - Video
17:58, Bu gün
Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib
17:57, Bu gün
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirinin qalibi olub - YENİLƏNİB
17:55, Bu gün
Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib - FOTO
17:52, Bu gün
Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin indikativ proqramını müzakirə edib - FOTO
17:48, Bu gün
Molla rejimi Zahidanda güclü təhlükəsizlik tədbirləri görüb - VİDEO
17:44, Bu gün
Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək - RƏSMİ
17:40, Bu gün
Yaşar Gülər: “Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”
17:36, Bu gün
Dünya çempionatı: 3 güləşçimiz çempionluq şansını itirdi
17:32, Bu gün
"Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənir" - QMİ sədri
17:27, Bu gün
“Bəziləri BMT TŞ-nin iclasında ancaq xristian həmrəyliyinə görə Ermənistanı dəstəklədilər”
17:22, Bu gün
Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO
17:20, Bu gün
Ermənistanda etirazlar güclənir: İkinci böyük şəhərində də aksiyalar başladı - VİDEO
17:17, Bu gün
Bazar günü bizim üçün ən təhlükəli asteroidlə bağlı tarixi hadisə yaşanacaq - FOTO
17:13, Bu gün
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Eyforiyadan söhbət gedə bilməz”
17:09, Bu gün
BDU-da "Sosial mediada uğurun sirri" adlı təlim keçirilib - FOTO
17:05, Bu gün
Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"
17:03, Bu gün
İrəvanda etirazların arxasında kim dayanır? - Paşinyan Putinin dostuna işarə vurub... - VİDEO
17:00, Bu gün
Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib - FOTO
16:56, Bu gün
“Qarabağ”ın qələbəsi - hikkəli norveçli müəllimlə bağlı xatirə
16:55, Bu gün
Ermənilərdən təmizlənmiş yaşayış məntəqəsinin görüntüləri yayıldı - VİDEO
16:52, Bu gün
Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib - FOTOLAR
16:50, Bu gün
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib
16:47, Bu gün
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib - FOTO
16:43, Bu gün
Dünya Güləş Birliyi azərbaycanlı idmançıların görüşlərinin ən maraqlı anlarını paylaşdı - VİDEO
16:39, Bu gün
İran Qafanda fəallığını artırıb - FOTO
16:35, Bu gün
Qərbin bitməyən qərəzi: xristian təəssübkeşliyi, səlibçi psixologiyası - ŞƏRH + FOTO
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
16:30, Bu gün
Mədəniyyət naziri: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər qədim köklərə malikdir”
16:27, Bu gün
Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"
16:26, Bu gün
Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB
16:24, Bu gün
Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib - VİDEO
16:21, Bu gün
Saatlıda evdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
16:18, Bu gün
“Ermənistan beynəlxalq hüquqa əməl etmədi, Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı” - RƏY + FOTO
16:15, Bu gün
Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib - FOTO
16:09, Bu gün
Azərbaycandan qaçan vəzifəli şəxs həbs olundu - 3 uşaq ölmüşdü
16:05, Bu gün
İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilib
16:02, Bu gün
Avropanın məşhur futbol funksioneri “Neftçi”də - FOTO
15:58, Bu gün
Spiker İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşüb
15:54, Bu gün
Toivo Klaar yaxın günlərdə Azərbaycana gələcək
15:50, Bu gün
Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib
15:47, Bu gün
Zaqatalada ŞOK OLAY: 46 yaşlı kişi qonşusunun qızına təcavüz etdi, anasına isə...
GÜNLÜK
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
21 Sep 2023 | 21:46
İlin toyu: bir kişi eyni zamanda yeddi qadınla evlənib
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
21 Sep 2023 | 21:43
Ərdoğan: “Rusiya sıradan bir ölkə deyil”
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
18 Sep 2023 | 12:00
“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”
18 Sep 2023 | 00:00
Erməni müğənni Mikayıl Müşfiqin sözlərinə bəstələnən mahnını oxudu, qohumu etiraz etdi - VİDEO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
16 Sep 2023 | 21:01
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”-Yaqub Zurufçunun xanımı
16 Sep 2023 | 10:49
“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
16 Sep 2023 | 12:11
“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü”
16 Sep 2023 | 13:41
Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
AYLIQ
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
21 Sep 2023 | 21:46
İlin toyu: bir kişi eyni zamanda yeddi qadınla evlənib
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
21 Sep 2023 | 21:43
Ərdoğan: “Rusiya sıradan bir ölkə deyil”
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO