44 günlük savaşın 444 cəngavəri
Oxunub: 4220
16 Sep 2023 | 18:10
44 günlük savaşın 444 cəngavəri

Yanmasan, olmaz, yazmasan, olmaz...

 

Əntiqə Qonağın yeni kitabları barədə qeydlər

Əməkdar jurnalist, müharibə veteranı, prezident təqaüdçüsü  Əntiqə Qonaqla şəxsi münasibətlərimizdən söz açmayacam. Bircə bunu deyim ki, bir yerdə oxumuşuq. Tələbəlik illərimiz bir yerdə keçib, jurnalistikanın sirlərini birlikdə öyrənməyə can atmışıq. Müəllimlərimizin dedikləri ömürlük yaddaşımıza yazılıb. Gecəmiz-gündüzümüz bir-biriylə yarışıb. Allahdan savayı pənahımız olmayıb, həmçinin arxamızda duran kimsəmiz də yox. Yuxarıda Allahın köməyinə inanıb, aşağıda da gözümüzü kitablardan ayırmamışıq. Nə deyiblərsə etmişik, nəyi  tapşırıblarsa oxumuşuq. Bilmişik ki, imtahan zamanı bizdən ötrü heç kimə zəng etməyəcəklər, daha doğrusu, zəng edən olmayacaq. Kimsənin minnətini götürmədən  oxumuşuq. Günümüzün yarısı auditoriyalarda, yarısı kitabxanalarda keçib. Gecələri yatmamış, gündüzləri dincəlməmişik, ali təhsilimizi layiqincə başa vurmuşuq.

Bir də universiteti bitirdikdən sonra  iki ilə yaxın bir neçə radio verilişini bərabər hazırlamışıq. “Nəğməli, sözlü tələbə”, “Nəğməli, sözlü gənclik”, “Natəvan” qızlar kulubu” və s. İlk jurnalist təcürbələrimizi ortaya qoymuşuq bərabər...

Heç çox oturub-durmağa belə zaman tapmamışıq.

Bax, o qızı mən belə tanıyıram. 
         

Əntiqə Qonaq...
         

Qarabağ deyiləndə yadımıza nələr gəlmir? Gözəlliklər, gül-çiçəklər, başı qarlı dağlar, sərin sulu, şirin sulu bulaqlar, laləli-bənövşəli yamaclar, düzlər... Meşələr, çaylar, Xan Arazımızın laylaları, Həkərinin lal axışı, İsa bulağı, Topxana meşələri, Cıdır düzü, Şuşanın təkrarolunmaz gözəllikləri. Qədim daş küçələri, özünəməxsus arxitekturası, ecazkar xarı bülbülü... Vüqarlı dağlarla  əhatə olunan Kəlbəcər, Laçın  baxışlı Laçın, daha nələr-nələr... Haralar və kimlər...
         

Bir də...bir də müharibə...
       

Qaçqınların zülümlü, kədərli günləri, göz yaşları, əzabları...Bir də bu əzabları hamıdan çox görən igidlərimiz. O igidlər ki, Füzulidən, Cəbrayıldan tutmuş Laçına, Şuşaya qədər qarış-qarış getdilər, düşmənləri torpaqlarımızdan təmizlədilər. O igidlərimiz ki, "uf" demədən canlarını qurban verdilər. O igidlərimiz ki, “Vətən dardadısa bizə yaşamaq haramdı" - dedilər. "Övladlarımız atasız, analarımız oğulsuz, bacılarımız qardaşsız, gəlinlərimiz ərsiz qalsa da,  qurtarmalıyıq yurdlarımızı düşmənin əlindən. Hamıdan, hər şeydən müqəddəsdi, ucadı, birincidi Vətən..."        

Onların hamısı yalnız əzabla inləyən torpaqlarımızı düşündülər. İllərdir işğal altında sızlayan torpaqlarımızı varvarlardan azad etdilər. Düşmənə "mən qorxmuram, burdayam, qeyrətin varsa çıx ortaya" - dedilər. Şəhid oldular, qara bağladıq, yas tutduq. El oğulları üçün ürəyimiz yandı, qəlbimiz od tutdu. Göz yaşlarımız selə-suya döndü. Hamımız onların anası-bacısı olduq. "Bizimdi bu şəhidlər" dedik...Qazan xanın oğlu üçün  ağlayan qırx qız kimi bir ağızdan sızladıq, bir ağızdan ağladıq. İçimiz göynədi...      

Bir də həmin müharibədə əvvəldən sona qədər döyüşənlər - qazilərimiz, igidlərimiz var. Gecəsini-gündüzünə qatıb əli silahlı qələbəyə gedənlər. Nəm torpağın, daşların üstündə, səngərlərdə yatanlar, qalib əsgərlərimiz var...

Şuşanın azad olunduğu gün dünyaya səs salan, Türk aləminə müjdə verənlər var. “Şahid olun, ey dağlar, ey uçan quşlar, ey əsən külək, ey ağaclar, ey güllər-çiçəklər, biz qalib  gəldik. Biz düşməni məhv etdik!” - deyənlər var.

44 günün hamısını əzab-əziyyətlərlə varvarlarla göz-gözə dayananlar  var. Şəhid olan qardaşlarının qanını yerdə qoymayanlar, onları çiyinlərində yorulmadan, usanmadan daşıyanlar  var. Şəhidlərimizin qanını alanlar var. Bir əlində silah, bir qolunda qardaşını, döyüş yoldaşını daşıyanlar var...

Və bir də, və bir də sona qədər vuruşan o qəhrəmanların hər gününü, hər anını onlarla yaşayan bir qız var. Bir qız deyirəm, çünki o mənim üçün həmişə o gənclik illərində qalıb, heç yaşa dolmayıb. Bax, o qızdan, onun həmin igidlər barəsində yazdıqlarından danışacam...
         

Əntiqə Qonaq...
         

Bilirəm haralardan keçdiyini, bilirəm müharibə zonasında kimlərlə, nələrlə qarşılaşdığını... Hamı evində, uşaqlarının yanında oturub, isti çayını içəndə onun günləri əsgərlərin dərdlərini dinləməklə, yazmaqla keçib. Ailə qurmaq yaşının çatdığını belə unudub. Tay-tuşları evlənərək ailə, oğul-uşaq sahibi olanda yaşının üstünə yaşın gəlməsinin belə fərqinə varmayıb. Ailəsindən, evindən keçib. Xoşbəxtliyindən, səadətindən keçib. Çox şeyindən keçib. Bir də gözünü açıb ki, yaşı otuzu keçib, o hələ də hərbi yazar kimi səngərlər dolaşır, ən sevdiyi missiyanı yerinə yetirir. Vətən sevgisi budur. "Mən burdayam ey Vətən, son anıma qədər dərdinə yanacam!"- deməkdir. "Sənin darda olmağın içimi yandırır, qəlbimi təlatümə gətirir!" - deməkdir. "Nəyə gücüm çatırsa, kömək əlimi uzadaram, ömür haracan vəfa edərsə, oracan gedərəm" - deməkdir. "Təki sən məni çağır, məni övladın san..."
       

İçin-için ağlayıb eşitdiklərinə, gördüklərinə. Hələ Birinci Qarabağ Müharibəsində yaralıları hansısa xəstəxanaya yerləşdirmək üçün kimlərə ağız açmayıb, kimlərdən xahiş etməyib, kimlərin minnətini götürməyib? Minlərcə dəfə şahidi olmuşam “Aslanın erkəyi, dişisi olmaz” misalının çox doğru və yerində deyildiyinin.
         

O bütün Qarabağı dolaşıb. Azərbaycanda cəbhə bölgəsinə gedən azsaylı qadın  jurnalistlərdən, ilk qəhrəmanlardandı Əntiqə...Əslində, belə jurnalistlər də əsgərdi. Həm də ən cəsurundan. Hələ Birinci Qarabağ Müharibəsi zamanı Əntiqə Qonaq, demək olar, bütün Qarabağı gəzib, dərdlilərin dərdini dinləyib, yoxsulların dediklərini lazımi yerlərə çatdırıb, gücü çatanlara kömək əlini uzadıb. Atəşlərin altında belə heç nədən qorxmayıb, çəkinməyib. Budur qəhrəmanlıq, budur vətənpərvərlik, budur Vətən sevgisi, Vətən sevdalısı...
       

Elə həmin illərdə “Vətən səndən keçmək olmaz!”, “Ölməzlik”, “Qərib savaşçı”, “Vətən keçilməz” və başqa kitablarını yazıb.
         

Əməkdar jurnalist, Qarabağ müharibəsi veteranı, bir neçə nüfuzlu mükafata layiq görülmüş Əntiqə Qonaq Xaçmaz rayonunun Maqsudkənd kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Daha sonra da, həmin universitetin hüquq fakültəsində təhsil alıb. İşlədiyi yerləri yazmayacam. Məni daha çox onun igidliyi, vətənpərvərliyi, Qarabağla bağlı fəaliyyəti, müharibə haqqındakı fikirləri, onun vətənə olan sonsuz və bitməz sevgisi düşündürür.
         

Və təbii ki, bu günlərdə çapdan çıxan iki kitabı... Xaçmazlı döyüşçülərdən, qazilərdən bəhs edən “44 günlük savaşın 444 cəngavəri” adlı kitablardan danışmaq istəyirəm. İki kitaba sığışdırdığı 352 nəfər müharibə iştirakçısı barəsində yazdıqları. (Üzərində çalışdığı üçüncü kitabda 444 igidin hamısı təmsil olunacaq). Onların ürək sözləri, həyəcanları, döyüş şücaətləri, qəhrəmanlıqları. Bir igidlik səlnaməsinin iştirakçılarının keçdiyi əziyyətli yollar. Elə-belə hünər deyil bu qədər igidlə görüşüb, söhbət etmək, ağrıyla, əzabla dolu hekayələri dinləmək. Göz yaşları tökə-tökə dörd yüz qırx dörd igidin dediklərini yazmaq, bilirsiniz, necə ağırdı, necə zəhmətlidi?
         

Od-alovun içindən çıxmış, döyüş yoldaşları gözlərinin önündə şəhid olmuş, dostları itkin düşmüş, əsəbləri pozulmuş, həyatı müharibəyə qədər və sonraya ayrılmış 444 nəfər insanın hekayəsi...
         

Böyük ürək lazımdı bu qəhrəmanların dastanını qələmə almaq üçün. Onların qürur və qorxu dolu nağıla çevirdikləri o döyüş dünyasının sehrinə düşmək. Bu iş, sanki əvvəldən sona qədər o insanların keçdiyi yolu onlarla birlikdə keçməkdi, o günlərə o adamlarla birlikdə qayıtmaqdı... Bu elə bir işdir ki, döyüş meydanında yaralananları od-alovun içindən çıxarmaq, düşmən gülləsindən vurulub düşənləri qolundan tutub ayağa qaldırmaq, onlarla birlikdə səngərdə uzanıb, sabahın açılmasına ümid bağlamadan yaşaya bilməkdi... Şəhid olanlara o igidlərlə birlikdə ağlamaqdı. Özü də bir dəfə deyil, dəfələrlə. Həm onları müsahibə verməyə razı salanda, həm onların söhbətlərini dinləyəndə, həm onları yazanda, həm də onları bir neçə dəfə təkrar-təkrar oxuyanda...
         

Yazı prosesinin ən qanlı, ən qəddar döyüşdən belə daha ağır, daha çətin olmasının bir səbəbi də budur. Ən qanlı, ən qəddar döyüş də, döyüşürsən, bitir. Həkim yaranı sarıyır, insanlar sənə şərəf, zəfər nəğmələri qoşur, yaraların görünür, qəhrəmanlığın dillərə dastan olur. Yazıya isə dəfələrlə qayıtmalı, o yazıdakı qəlbini parçalayan şeyləri dəfələrlə oxumalı, nizama salmalı, oxucunun diqqətinə, oxumasına layiq hala gətirənəcən üstündə əsməli, işləməlisən. Yazı prosesində nə qədər yaralanırsan, yaralan, heç kim sənin yaranı sarımayacaq, heç kim səni müalicə etməyəcək, heç kim yazı yazdın deyə, sənə sağ ol deməyəcək, qəhrəman adı verməyəcək...
         

Ən ağır işdi müharibədən, döyüşçülərdən yazmaq. Müharibə mövzusunda, Qarabağ barədə yazdığım romanlardan bilirəm. Bütün qəhrəmanlarımla birgə keçdim o səngərlərdən. Onlarla birgə döyüşdüm, onlarla birgə əsir düşdüm, əzab çəkdim, şəhid oldum sanki... Sonda onlarla birlikdə qalib gəldim...
         

O əsərlər yazıldıqca mənim gözümdə yaş qalmadı. İnsan bədəni nə qədər suyu göz yaşına çevirə bilərsə, o qədər ağladım, əldən düşdüm. O kitabları yazandan sonra əzbərdən bilirəm cəbhə bölgəsində baş verənləri...
         

Əntiqə də belədi. Dinlədiyi yüzlərlə cəbhə hadisəsi, orda baş verənlər onun da qəlbini parça-parça edib. Gecələr tənha oturub, o əfsanəvi döyüşçülərdən  dastanlar yazanda, onlarla birgə yanıb-yaxılıb, onlarla birgə o səngərlərə girib, onlarla birgə düşmənə qarşı vuruşub. Bəzən də, o döyüşləri yuxusunda görüb...
           

Bunu kim bilməsə də mən bilirəm, hiss edirəm... Onlara dəyən qurşun sənin də canını yandırır.  Saçlarını isladır yağan yağış, əsən külək içindən keçir, yağan qar iliklərini dondurur. Bax, bunları hiss etməsən, bunlar səni  yandırıb-yaxmasa, o igidlərdən yaza bilməzsən. Onları duymasan, onların yaşadıqlarını yaşamasan, yazdıqların quru və mənasız olacaq. Nədən yazırsansa, yaz, gərək hadisələri hiss edəsən, içindən süzüb keçirəsən, qəlbinin gözləriylə baxasan. Yoxsa nə desən, nə yazsan, boşdur...
         

Bilirəm ki, Əntiqə qəhrəman döyüşçülərimizin dediklərini bütün qəlbi ilə duya bilib. Yaşayıb, sonra yazıb. Əvvəlcə xəyalən, ruhən keçib o döyüş meydanından. Səngərlərdə nəm torpaqların üstündə günlərlə qımıldanmadan oturub, daşların üstə başını qoyub mürgüləyib. Ağlayıb, sızlayıb sonra yazıb...
         

Axı, onları yaşamadan yazmaq olmaz. Yaşanmadan yazmaq mümkün deyil. Yazılsa da, mənası olmaz. Birinin həyatını, bir qəhrəmanlığı, döyüş yolunu, qazandığı zəfəri oxucuya çatdırmaq üçün həmin odlu yolda yeriməli, alovların içindən keçməli, yanıb, külə dönməlisən...
         

Yanmasan olmaz. Əntiqə də belə edib. 444 igidi dinləyib səbrlə, göz yaşlarıyla. Onlarla addımlayıb, onlarla yaralanıb, onlarla qələbə qazanıb. Buna inanıram. Bunu görürəm...
         

Onun yenicə çapdan çıxmış “44 günlük savaşın 444 cəngavəri” iki cildli kitabı mübarəkdi. Bu, bir tarixdi. Tariximizin bir hissəsidi. Gələcəyə çatdırılacaq 444 döyüşçünün  əfsanələşmiş dastanıdı, 44 günlük  qəhrəmanlıq yoludu...
                              

Ulduz Qasım, Yazıçı-publisist.

 

1124411

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:47, Bu gün
“Tərtər-Ağdərə-Kəlbəcər yolunun da açılmasının təşkili strateji vəzifələrdəndir...”
21:43, Bu gün
Yunanıstanda gündəlik iş vaxtı uzadılıb
21:34, Bu gün
“Hamilə vaxtı xərçəng olduğumu öyrəndim” - VİDEO
21:30, Bu gün
Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin XİN başçıları iclasına həmsədrlik edib
21:21, Bu gün
Rafiq Hüseynov ikiqat dünya çempionu oldu
21:12, Bu gün
Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO
21:10, Bu gün
Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
21:07, Bu gün
Gürcüstan ictimaiyyəti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyir
21:05, Bu gün
ABŞ Prokurorluğu Bob Menendesə qarşı korrupsiya ittihamı ilə bağlı mətbuat konfransı keçirib
21:03, Bu gün
BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb
21:00, Bu gün
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
20:55, Bu gün
Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub
20:52, Bu gün
“Biz separatizmin başını 3 il öncə əzmişdik, ancaq...”
20:50, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
20:43, Bu gün
İranlı jurnalist həddini aşdı - FOTO
20:34, Bu gün
Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu
20:32, Bu gün
“Onların bütün addımları Qarabağ münaqişəsini qızışdırmağa yönəlib”
20:31, Bu gün
Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”
20:29, Bu gün
Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir
20:26, Bu gün
Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb
20:20, Bu gün
Qarabağdakı erməni sakinlər üçün ərzaq aparan avtomobillər geri yükü boşaldaraq geri qayıdıb-YENİLƏNİB+VİDEO
20:13, Bu gün
Hakan Fidan israilli həmkarı ilə görüşüb
20:07, Bu gün
Şabranda ev yanıb
20:00, Bu gün
İsrail ordusu Qəzza zolağına zərbələr endirir
19:50, Bu gün
Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb
19:37, Bu gün
Nazir: "Özbəkistan və Qazaxıstanın Füzulidə reallaşdırdığı layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib"
19:36, Bu gün
Rusiya diplomatiyasının "uğuru" : Rusiya XİN nümayəndə heyəti Hindistandan G20 sammitindən təhlükəli infeksion xəstəlik gətirib
19:30, Bu gün
Ceyhun Bayramov antiterror tədbirlərinə verdiyi dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq edib
19:20, Bu gün
Xankəndi şəhərində qəsdən yanğınlar törədilir - VİDEO
19:19, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
19:18, Bu gün
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib
19:15, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
19:12, Bu gün
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
19:10, Bu gün
Onnik Krikoryan: “Erməni əhalisinin inteqrasiyası mümkündür və ona dəstək vermək lazımdır”
19:07, Bu gün
Hakan Fidan Macarıstan və Belçikanın XİN rəhbərləri ilə görüşüb
19:06, Bu gün
Həbsdə olan general özünü qismən təqsirli bilir, ifadəsini qapalı prosesdə verəcək
19:05, Bu gün
İrəvanda yeni mitinqə hazırlıq gedir, etirazçılar toplaşmağa başlayıb
19:03, Bu gün
Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb
19:01, Bu gün
Rusiya sülhməramlılarının avtomobil karvanı Ermənistandan Xankəndiyə gedib - VİDEO
19:00, Bu gün
Viktoriya Nuland və Türkiyə XİN başçısının müavini Qarabağı müzakirə edib
18:57, Bu gün
Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb
18:53, Bu gün
AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
18:45, Bu gün
Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
18:40, Bu gün
FHN-in Bakı Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi - FOTO
18:33, Bu gün
Honkonq öz istehsalı olan ilk peyki buraxacaq
18:32, Bu gün
KİV: Rusiyada gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək
18:30, Bu gün
Ceyhun Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə edib
18:28, Bu gün
Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
18:27, Bu gün
ISESCO-nun sabiq Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
18:26, Bu gün
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslər saxlanılıb
18:25, Bu gün
Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
18:20, Bu gün
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
18:20, Bu gün
“İrəvan” komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib
18:19, Bu gün
MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edilib
18:18, Bu gün
Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib
18:17, Bu gün
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
18:12, Bu gün
İcma: "Aİ bu gedişlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda qalacaq"
18:11, Bu gün
Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı açıqlandı
18:10, Bu gün
Brenda Şaffer: “Azərbaycanın lokal antiterror tədbirləri strateji dəyişikliklərə səbəb olub”
18:03, Bu gün
“AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
18:00, Bu gün
“Avropalı parlamentarilərin fəallıqları erməni lobbisindən pul qoparmağa hesablanıb” - RƏY + FOTO
18:00, Bu gün
Gülay Zeynallının “Məktub”u - Video
17:58, Bu gün
Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib
17:57, Bu gün
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirinin qalibi olub - YENİLƏNİB
17:55, Bu gün
Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib - FOTO
17:52, Bu gün
Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin indikativ proqramını müzakirə edib - FOTO
17:48, Bu gün
Molla rejimi Zahidanda güclü təhlükəsizlik tədbirləri görüb - VİDEO
17:44, Bu gün
Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək - RƏSMİ
17:40, Bu gün
Yaşar Gülər: “Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”
17:36, Bu gün
Dünya çempionatı: 3 güləşçimiz çempionluq şansını itirdi
17:32, Bu gün
"Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənir" - QMİ sədri
17:27, Bu gün
“Bəziləri BMT TŞ-nin iclasında ancaq xristian həmrəyliyinə görə Ermənistanı dəstəklədilər”
17:22, Bu gün
Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO
17:20, Bu gün
Ermənistanda etirazlar güclənir: İkinci böyük şəhərində də aksiyalar başladı - VİDEO
17:17, Bu gün
Bazar günü bizim üçün ən təhlükəli asteroidlə bağlı tarixi hadisə yaşanacaq - FOTO
17:13, Bu gün
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Eyforiyadan söhbət gedə bilməz”
17:09, Bu gün
BDU-da "Sosial mediada uğurun sirri" adlı təlim keçirilib - FOTO
17:05, Bu gün
Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"
17:03, Bu gün
İrəvanda etirazların arxasında kim dayanır? - Paşinyan Putinin dostuna işarə vurub... - VİDEO
17:00, Bu gün
Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib - FOTO
16:56, Bu gün
“Qarabağ”ın qələbəsi - hikkəli norveçli müəllimlə bağlı xatirə
16:55, Bu gün
Ermənilərdən təmizlənmiş yaşayış məntəqəsinin görüntüləri yayıldı - VİDEO
16:52, Bu gün
Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib - FOTOLAR
16:50, Bu gün
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib
16:47, Bu gün
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib - FOTO
16:43, Bu gün
Dünya Güləş Birliyi azərbaycanlı idmançıların görüşlərinin ən maraqlı anlarını paylaşdı - VİDEO
16:39, Bu gün
İran Qafanda fəallığını artırıb - FOTO
16:35, Bu gün
Qərbin bitməyən qərəzi: xristian təəssübkeşliyi, səlibçi psixologiyası - ŞƏRH + FOTO
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
16:30, Bu gün
Mədəniyyət naziri: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər qədim köklərə malikdir”
16:27, Bu gün
Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"
16:26, Bu gün
Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB
16:24, Bu gün
Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib - VİDEO
16:21, Bu gün
Saatlıda evdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
16:18, Bu gün
“Ermənistan beynəlxalq hüquqa əməl etmədi, Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı” - RƏY + FOTO
16:15, Bu gün
Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib - FOTO
16:09, Bu gün
Azərbaycandan qaçan vəzifəli şəxs həbs olundu - 3 uşaq ölmüşdü
16:05, Bu gün
İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilib
16:02, Bu gün
Avropanın məşhur futbol funksioneri “Neftçi”də - FOTO
15:58, Bu gün
Spiker İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşüb
GÜNLÜK
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
11:44, Bu gün
Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb
11:28, Bu gün
Əsgərlərimiz Qarabağın erməni sakininə kömək ediblər - VİDEO
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
18 Sep 2023 | 12:00
“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”
18 Sep 2023 | 00:00
Erməni müğənni Mikayıl Müşfiqin sözlərinə bəstələnən mahnını oxudu, qohumu etiraz etdi - VİDEO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
16 Sep 2023 | 21:01
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”-Yaqub Zurufçunun xanımı
16 Sep 2023 | 10:49
“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
16 Sep 2023 | 12:11
“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü”
16 Sep 2023 | 13:41
Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
AYLIQ
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
07:28, Bu gün
Bayramov çıxış edərkən Mirzoyan nümayişkaranə şəkildə zalı tərk etdi...-VİDEO
11:44, Bu gün
Qaradağda anbardan 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlanıb
11:28, Bu gün
Əsgərlərimiz Qarabağın erməni sakininə kömək ediblər - VİDEO