“Hazırda Paşinyanın devrilməsi ehtimalı həddindən artıq azdır...” 
2918
15 Sep 2023 | 13:51

“Hazırda Paşinyanın devrilməsi ehtimalı həddindən artıq azdır...” 

“Çünki Ermənistan mediasında və sosial şəbəkələrdə bu ölkədəki durumla bağlı səslənən fikirlər Ermənistan cəmiyyətində hökm sürən real fikirlərdən çox fərqlənir...”
 
Görəsən, Rusiya-Ermənistan münasibətlərinin xeyli gərginləşdiyi, Putinin də öz çoxbaşlı mesajlarını verdiyi, Xankəndində Putinin milyarder “desant”ı Ruben Vardanyanın, eləcə də terrorçu eks-prezident, Xocalı canisi Serjik Sərksiyanın dəstək verdiyi Samvel Şahramanyanın qondarma “prezident” kürsüsünə yiyələnməsi və s. mövcud geo-siyasi durumda İrəvanda hazırkı baş nazir Nikol Paşinyanın  da revanşistlər tərəfindən devrilməsi ehtimalı nə qədərdir?..
 
Bu sualla müraciət etdiyimiz araşdırmaçı jurnalist Elçin Alıoğlu Moderator.az-a  açıqlamasında belə deyib:
 
“Hazırda Paşinyanın devrilməsi ehtimalı çox azdır, həddindən artıq azdır. Çünki Ermənistan mediasında və sosial şəbəkələrdə bu ölkədəki durumla bağlı fikirlər Ermənistan cəmiyyətində hökm sürən real fikirlərdən çox fərqlənir. Sözsüz ki, Ermənistanda həm Qərb, həm də Rusiya meyilli düşərgələnmələr var. Və bu düşərgələnmələr arasındakı qarşıdurma da getdikcə artır. Lakin Rusiya Xankəndindəki separatçı rejimə stavka edir. Rusiya keçmiş Dağlıq Qarabağın bir hissəsində Paşinyanın marionetkası olan Araik Arutyunyanı faktiki olaraq devirib. Və əvəzində Rusiya emissarı Ruben Vardanyanın maliyyə dəstəyi verdiyi, Ermənistanın sabiq prezidentləri Serj Sərksiyan və Robert Köçəryanın siyasi dəstək verdiyi, yerdə - Xankəndində təşkilati dəstəklə məşğul olan sabiq xunta rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanın fəallığına əsaslanıb Samvel Şahramanyanı “hakmiyyət”ə gətirməklə yeni bir sistem qurmaq istəyir. Rusiya artıq Ermənistana stavka etmir, Qarabağdakı ermənilər vasitəsilə Ermənistandakı siyasi prosesləri idarə etməyə çalışır. Yəni Qarabağ klanını yenidən İrəvanda hakimiyyətə gətirməyə cəhd göstərir...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər