Gənc jurnalist həyata gözlərini əbədi yumdu...
Ekskluziv
2419
13 Sep 2023 | 13:34

Gənc jurnalist həyata gözlərini əbədi yumdu...

Türkiyənin Ədirnə vilayətində velosiped sürərkən taksinin açılan qapısına çırpılan yerli qəzet müxbiri Bərk Söyləməz müalicə aldığı xəstəxanada 16 günlük həyat mübarizəsini itirib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Ədirnədə avqustun 27-də Fatih Mahallesi Tahsin Şıpka küçəsində meydana gəlib.

"Edirne Haber" qəzetinin müxbiri Bərk Söyləməz, velosipedi sürərkən taksi sürücüsünün enmək üçün açdığı qapıya çırpılıb.

Yaralanan Söyləməz çağırılan sağlamlıq qrupunun ilk müdaxiləsindən sonra Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Kəllə sümüyünün sınığı və beyin qanaması keçirdiyi müəyyən edilən Söyləməz təcili yardımla İstanbul Mərmərə Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada reanimasiyaya yerləşdirilən Söyləməz 2 həftəyə yaxın davam edən həyat mübarizəsini itirib.

Hadisədən sonra ifadəsi alınaraq sərbəst buraxılan taksi sürücüsünün Söyləməzin ölümündən sonra yenidən saxlanıldığı bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər