"Putinin təcacüzkar müharibəsinə kömək edən rusiyalılar buna görə cavab verməlidir..."
Kreml Vaşinqtonun rusiyalı oliqarxların dondurulmuş aktivləri ilə bağlı planlarından qəzəblənib
Vaşinqtonun rusiyalı biznesmenlərin dondurulmuş aktivlərinin Ukrayna Silahlı Qüvvələrinə verilməsi barədə bəyanatı Rusiyada "mütləq neqativ" reaksiya doğurub.
Moderator.az xəbər verir ki, bu barədə "kommersant.ru" nəşri məlumat verib.
O cümlədən Kremlin mətbuat katibi Dmitri Peskov belə plaları "qanunsuz aktlar" adlandırıb.
"Heç şübhəsiz, bu qanunsuzluğun davam etməsi üçün hüquqi əsasların tapılmasına nail olunması barədə hər hansı iddialar hüquqi nonsensdir. Onlar gələcəkdə necə də olsa məhkəmə çəkişmələrinə gətirib çıxaracaq. Belə qanunsuz əməllərin heç biri diqqətdən kənarda qalmayacaq", - o, bəyan edib.
Peskov həmçinin diqqəti həm Rusiya dövləti, həm də Rusiya sahibkarlarının
xarici məhkəmələrdə öz maraqlarını qorumaq hüququndan məhrum olması kimi "biabırçı fakta" yönəldib.
"Bu, əlbəttə ki, bu dövlətlərin beynəlxalq və milli hüquqları baxımından təsəvvür edilə biləcək hər bir şeyə ziddir, lakin belə imkan düşən kimi biz, təbi ki, öz hüqualarımızı müdafiə edəcəyik", - Peskov deyib.
Rusiya XİN ABŞ-ın təşəbbüsünü "qanunsuzluq" və "oğurluq" adlandırıb.
"Öz inkişafının və funksionallığının əsasını şəxsi mülkiyyətin toxunulmazlığı təşkil edən ölkə tərəfindən başqasının əmlakının ələ keçirilməsi praktikası dərin ikrah və etiraz doğurur. Lakin bu, ABŞ-la iş görən bütün iqtisadi operatorlara bir xatırlatmadır", - bunu Rusiya XİN müavini Sergey Ryabkov deyib.
Bu ərəfədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Kiyevə səfəri zamanı rusiyalı biznesmenlərdən müsadirə edilən 5, 4 milyon dolları Ukrayna Silahlı Qüvvələrinə verilməsini anons edib.
"Biz ilk dəfə olaraq sanksiyalar altına düşən oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya veririk və bunlar Ukraynanın hərbi veteranlarına dəstək üçün istifadə ediləcək", - bunu Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, "Putinin təcavüzkar müharibəsinə kömək edən rusiyalılar buna görə cavab verməlidir".