Bizi sosial şəbəkələrdən izləyin:
“Məncə Tutu Azərbaycan uşaq filmləri içərisində ən yaxşı obrazdır. Ola bilər ki, bu sözüm yaxşı səslənməsin, amma bu mənim fikrimdir”.
Bunu Moderator.az-a açıqlama verən “Qaraca qız” filminin Tutusu-Sevil Zeynalova bildirib.
Sevil Zeynalova aktyor sənətini yarımçıq buraxmağının səbəblərini də açıqlayıb.
“Valideynlərim hər zaman deyirdi ki, aktrisalıq çox mürəkkəb sənətdir. Onlar mənim bu sahədə olduğumu bilib dedilər ki, rejissorluqla məşğul ol. Aktyorluq sənəti mənim üçün çox asan idi. Diplom tamaşamda Adil İsgəndərov gəlmişdi. Məni yüksək qiymətləndirdi. Ona görə də müəllim kimi universitetdə saxladı. 40 il mən tələbələrə dərs demişəm” deyə sənətçi bildirib.
Sənətçi ailəsindən də danışıb.
“İki oğul anasıyam. Gözəl nəvələrim də var. Deyilənə görə bir nəvəm filmdəki Tutu obrazına bənzəyir. Başımı nəvələrimlə qatıram” deyə o bildirib.
Moderator.az “Qaraca qız” filminin Tutusu-Sevil Zeynalovanın ailə fotolarını təqdim edir.