Nədən dəridə piqment ləkələri yaranır və onlarla necə davranmaq lazımdır? - FOTO
Ekskluziv
4940
31 Aug 2023 | 17:50

Nədən dəridə piqment ləkələri yaranır və onlarla necə davranmaq lazımdır? - FOTO

 
"Xarici" müalicəyə başlamazdan öncə ilk növbədə piqmentləşmənin yaranma səbəbini müəyyən etmək lazımdır..."
 
"Piqmentləşmə orqanizmdə baş verən patoloji proseslərin təzahürü ola bilər və onlar korreksiyaya diqqət tələb edir..."
 
Yay mövsümündə piqmetntləşmə məsələləri heç vaxt olmadığı qədər aktuallıq kəsb edir. Gəlin, Günəşin piqmentləşmənın yaranmasına nə dərəcədə cavabdeh olduğunu, habelə bu problemdən ağardıcı kosmetik vasitələrin köməyilə xilas ola biləcəyimizi aydınlaşdıraq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Piqment ləkələri dərinin o hissələrində meydana çıxır ki, orada dəri hüceyrələri olan melanositlər xüsusilə güclü piqment ifraz edir. Onlara tez-tez rast gəlinir və həm qadınlarda, həm də kişilərdə kifayət qədər geniş yayılmış problemdir.
 
Piqment ləkələri istənilən yaşda meydana çıxa bilər. Lakin onları əksəriyyət hallarda dərinin anadangəlmə inkişaf qüsuru olan xoşxassəli xallar olan nevuslarla qarışdırmaq olmaz.
 
Piqmentasiya nədən yaranır?
 
Geniş yayılmış təsəvvürlərə rəğmən, piqmentasiyanın meydana çıxması dərinin tipindən və vəziyyətindən asılı deyil. Bir qayda olaraq, bu, orqanizmdə baş verən müəyyən proseslərin nəticəsidir. Mütəxəssislər piqmentləşmənin yaranmasının dörd səbəblər qrupunu ayırd edir.
 
Birincisi, piqmentləşmənin səbəbi anemiya halları, yəni dəmirin miqdarının aşağı olması və ya onun mədə-bağırsaq yolunda sorulmasının pozulması ola bilər. Ona görə də qanın biokimyəvi göstəricilərini izləmək vacibdir.
 
İkincisi, piqment ləkərinin meydana çıxması mədə-bağırsaq yolunun, xüsusilə qara ciyər, öd kisəsi, qaraciyərdən kənar öd yollarının funksiyasının pozulması nəticəsində baş verə bilər.
 
Bu orqanların işinin pozulması nəticəsində orqanizmdə maddələr mübadiləsi pozulur, bu da dəridə tündləşmiş sahələrin yaranmasına gətirib çıxarır və heç bir ağardıcı vasitələrə tabe olmur.
 
Daha bir amil hormonal dəyişikliklərdir. Bir qayda olaraq, bu proseslərə ən çox cinsi hormonlar və qalxanabənzər vəzin hormonları təsir edir. Hamilələrin piqmentləşməsi adlanan hal geniş yayılıb. Bu piqmentləşmə məhz hormonal dəyişikliklərdən yaranır.
 
Aydındır ki, böyük ehtimalla, piqment ləkələri aktiv Günəş altında uzun müddət olduqdan sonra meydana çıxır. Həm də bunun üçün yanığa ehtiyac yoxdur. Piqmentləşmənin meydana çıxması üçün Günəş şüalarının adicə təsiri kifayətdir.
 
Məhz buna görə də piqmentləşmənin profilaktikası üçün hər gün Günəşdən qorunma vasitələrindən istifadə etmək, ultrabənövşəyi indeksə nəzarət etmək, imkan daxilində bağlı geyimdə olmaq və ən isti saatlarda küçəyə çıxmamaq tövsiyyə edilir. Həmçinin Günəşdən mühafizə vasitələrinin tərkibinə diqqət yetirin. 
 
Почему возникают пигментные пятна на коже и что с ними делать?
 
Piqment ləkələrindən necə yaxa qurtulmaq olar?
 
Müasir kosmetologiya dərini effektiv şəkildə müalicə etmək və öz rəngini bərpa etmək iqtidarında olan geniş  vasitə və metodlara malikdir. Lakin "xarici" müalicəyə başlamazdan öncə ilk növbədə piqmentləşmənin yaranma səbəbini müəyyən etmək lazımdır.
 
Həkim məsləhətindən başlamaq lazımdır, çünki yalnız həkim zəruri müayinələrin siyahısını müəyyən etməyə və lazım gəldikdə laborator və instrumental müayinələr təyin etməyə kömək edə bilər.
 
Mütəxəssis qanın əsas göstəricilərini yoxlamağı, mədə-bağırsaq yolunu müayinə etməyi, əsas hormonların miqdarını öyrənməyi tövsiyyə edə bilər. Əks halda problem geriyə dönə bilər.
 
Diaqnoz müəyyən edildikdən və piqmentlmənin yaranma səbəbləri aradan qaldırıldıqdan sonra kosmetoloji metodlara müraciət etmək olar. Konkret prosedur və ya onların bir neçəsinin uzlaşdırılmasını həmişə həkim-kosmetoloq müəyyən edir, lakin əsasən aşağıdakılardan istifadə edilir:
 
Plazmoterapiya. Bu metod insanın öz plazmasının piqmentləşmə zonasına yeridilməsindən ibarətdir. Plazmada olan inkişaf amilləri dərinin bərpasına və onda düzgün biokimyəvi proseslərin getməsinə kömək edir, bunun sayəsində melanositlərin yaranması prosesi, yəni melanogenez normallaşır.
 
Fototerapiya. Bu aparat metodu müəyyən dalğalar işığının təsirinə əsaslanır, onlar yığılıb qalan piqmenti parçalayır.
 
Lazer metodu. Bu, təsirinə görə fototerapiya ilə oxşardır, onlar da piqmenti dağıdır, lakin onun əsasında müxtəlif dalğalı lazer şüalanmasından istifadə edilməsi dayanır.
 
Kimyəvi pilinqlər. Bu prosedurun köməyilə epidermisin üst qatı götürülür, bunun sayəsində dəri ağardılır. Bundan başqa, pilinqlərdən sonra aktiv regenerasiya və cavanlaşma prosesləri işə düşür, bu da həmçinin piqmentin dağılmasına səbəb olur.
 
Həkim-kosmetoloq tərəfindən seçilən evdə qulluq zamanı adətən retinol və turşulardan istifadə edilir.
 
Yadda saxlamaq vacibdir ki, piqmentləşmə həm öz-özünə keçən ziyansız hal, həm də orqanizmdə baş verən patoloji proseslərin təzahürü ola bilər və onlar korreksiyaya da diqqət tələb edir. Ona görə də piqment ləkələri meydana çıxanda vaxtında onun səbəblərini müəyyən etmək vacibdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər