2097
27 Aug 2023 | 20:13

"Sanksiyalar Rusiya iqtisadiyyatına necə təsir edir?" - Avropa İttifaqı

"Rusiya iqtisadiyyatı 2022-ci ildə 2, 1 % azalıb..."
 
"Borrel iddia edir ki, 2021-ci ilə nisbətən 2022-ci ildə Avropa İttifaqından Rusiyaya ümumi idxalı 58 % aşağı düşüb..."
 
Bir illik sanksiyalar Rusiyanın siyasi və iqtisadi imkanları məhdudlaşıb, "ölkəni həlledici bazarlardan ayırıb, ticarət xərclərini artırıb və sənaye potensialını xeyli dərəcədə pisləşdirib".
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ali nümayəndəsi Jozep Borrel bəyan edib.
 
O, qeyd edib ki, Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi başlanandan Avropa İttifaqı Rusiyaya qarşı 11 sanksiyalar paketi tətbiq edib. 
 
Bütövlükdə Avropa İttifaqı 1500-dən artıq şəxsin və təxminən 250 təşkilatın səfərlərinə qadağa qoyub və aktivlərini "dondurub".
 
"Müharibəni dayandırmaq üçün biz bu yolu davam etməliyik", - Borrel bəyan edib.
 
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı 2022-ci ildə 2, 1 % azalıb. 
 
O cümlədən, avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 %, kompüter, elektronika və optika istehsalı 8 % azalıb.
 
Pərakəndə ticarət Rusiyada 10 %, topdansatış ticarət isə 17 % aşağı düşüb.
 
O, iddia edir ki, 2021-ci ilə nisbətən 2022-ci ildə Avropa İttifaqından Rusiyaya ümumu idxalı 58 % azalıb.
 
Energetika mallarının idxalı təxminən 60 % azalıb, dəmir, polad, qiymətli metallar və oduncaq idxalı əhəmiyyətli dərəcədə aşağı düşüb.
 
2023-cü ilin birinci rübünədək bu göstərici 75 %-dən çoxdur, amma energetika mallarının idxalı 80 % azalıb.
 
"Avropa İttifaqından malların ümumi ixracı 2022-ci il hərbi müdaxiləsindən öncə orta illik göstəricisindən 52 % aşağı olub.
 
Eyni zamanda, Ukraynaya qarşı müharibə üçün silah istehsalına lazım olan Avropa mallarının ikiqat ixrac malları və qabaqcıl texnologiyalarının ixracı 2022-ci ildə 2019-2021-ci illərlə müqayisədə 78 % azalıb", - Borrel əlavə edib.
 
Rusiyaya qarşı sanksiyalar-detallar
 
Avropa İttifaqı Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxilə səbəbindən tətbiq etdiyi sanksiyaları uzadıb.
 
Sanksiyalara ticarət, maliyyə, texnologiyalar, ikiqat təyinatlı mallar, sənaye, nəqliyyat və zinyət əşyaları daxildir. 
 
Məhdudlaşdırıcı tədbirlər 2024-cü ilin yanvarın 31-dək uzadılıb.
 
Britaniya hökuməti Rusiyaya, habelə Belarus, İran və rejimə kömək edən digər subyektlərin bir sıra fiziki şəxsləri və şirkətlərinə qarşı yeni sanksiyalar paketi tətbiq edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər