Bizi sosial şəbəkələrdən izləyin:
“Rusiya Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasına razı olsaydı, həmin yolun separatçılar tərəfindən bağlanmasına heç cür imkan verməzdi...”
“Rəsmi” Xankəndi Ağdam vasitəsilə Azərbaycanla ticarətin aparılmasına razılaşdığı xəbərini təsdiqləməsə də, müzakirələrin getdiyini bildirir.
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” yazıb.
Erməni nəşrinin məlumatına görə, Yuxarı Qarabağın hayklar məskunlaşdırılmış hissəsindən xəbərlər gəlir ki, Rusiya “sülhməramlı”ları oraya ərzaqdan başqa bütün zəruri məhsulların Ağdamdan gətiriləcəyi barədə məsələnin müzakirəyə ehtiyacı olmadığını, bunun bitmiş məsələ olduğunu hesab edir və Xankəndindəki müxtəlif fiqurlarla görüşlər zamanı belə bir razılığa əməl etməyəcəklərini bildirirlər.
“Sülhməramlı”lar 44 günlük müharibədən bəri olduğu kimi, ehtiyac duyduqları ləvazimatları, o cümlədən ərzağı da Ermənistandakı Gümrü hərbi bazasından almağa davam edəcəklərini və danışıqlarda da bu tələbdə israr edəcəklərini bildirirlər...
P.S. Rusiya Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasına razı olsaydı, həmin yolun separatçılar tərəfindən bağlanmasına heç cür imkan verməzdi...
S. Laçın