Ekskluziv
1670
25 Aug 2023 | 11:31

"Priqojinin ölümündə kimin əli olduğu hamıya bəllidir" - Zelenski 

 
"Burada ya Haqqa məhkəməsi, ya da Tanrı məhkəməsi ola bilər, amma göründüyü kimi, Rusiyada Putin kimi alternativ də var..."
 
"Bu gün ikinci dəfədirki, məndən bu barədə soruşursunuz, mən sanki Priqojinin dəfnindəyəm..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın "Vaqner qrupu" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin güman edilən həlak olması ilə bağlı sualları cavablandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Kiyevdə Norveçin baş naziri ilə jurnalistlər üçün birgə brifinqdə danışıb.
 
Ukrayna lideri əmin edib ki, ölkəsinin Rusiyanın Tver vilayətində baş vermiş hadisədə əli yoxdur.
 
"Ukrayna dünya ölkələrinə təyyarələrlə bağlı müraciət edəndə, bizim nəzərdə tutduğumuz bu olmayıb...hərçənd, bu həm də müəyyən mənada  bizə kömək edəcək", - o, bəyan edib.
 
Zelenski deyib ki, "bu işdə kimin əli olduğunu hamıya bəllidir". Ehtimal ki, o, Rusiya prezidenti Vladimir Putini nəzərdə tutub.
 
O, həmçinin bəyan edib ki,  20 minlik nəzarət edilməyən muzdluların kimin- Ukrayna, Belarus, Polşa və ya Rusiya üçün daha qorxulu olacağı aydın deyil.
 
"Siz bu barədə ikinci dəfədir ki, məndən soruşursunuz. Mən sanki Priqojinin dəfn mərasimindəyəm...'", - Zelenski deyib.
 
O, vurğulayıb ki, Priqojin və muzdluları daxil olmaqla Rusiya Ukraynaya o qədər ölüm gətirib ki, "bu insanlıqdan kənar varlıqlar" haqqında yaxşı heç nə deyə bilməz.
 
"Burada ya Haaqa məhkəməsi, ya da Tanrı məhkəməsi ola bilər. Amma Rusiyada, görürsünüzmü, prezident Putin kimi alternativ də var. Qərar belə olub, şərhə ehtiyac yoxdur", - Ukrayna prezidenti deyib.
 
Qeyd edək ki, Rusiyanın bəzi Z-vətənpərvərləri  Priqojinin təyyarəsinin qəzasında "Kiyevin əli" olduğunu iddia edib.
 
"Baş verənlərin bir neçə versiyası var. Birinci, başlıca fərziyyə bunun Ukrayna xüsusi xidmət orqanlarının işi olmasıdır. 
 
Onlar Ukraynanın Müstəqillik Gününün bayram edilməsindən bir neçə saat öncə çox qorxduqları Priqojini öldürə bilərdilər. Priqojin Ukrayna xüsusi xidmət orqanlarının terror aktı nəticəsində qətlə yetirilib", - Kreml politoloqu Sergey Markov hesab edir.
 
Bu zaman o, baş vermiş hadisənin bircə versiyasını belə irəli sürməyən Rusiyanın "informasiya- təbliğat sahəsində iflasa uğradığını" da qeyd edib.
Link kopyalandı!
Son xəbərlər