Bizi sosial şəbəkələrdən izləyin:
Avqustun 19-da Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərində yoxa çıxan 35 yaşlı hayk sakin N.M. tapılıb.
Moderator.az xəbər verir ki, "Aysor" nəşrinin yaydığı informasiyaya görə, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “polis”i məlumat çatdırıb.
Məlumata görə, bəhs edilən hayk “keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də saat 08:30 radələrində” hazırda faktiki “Mardakert” adlanan Ağdərə şəhərindəki ermənipərəst akademik Andrey Saxarovun adını daşıyan küçədəki “yaşayış binalarından birində sağ-salamat tapılıb”.
Daha əvvəl bildirilmişdi ki, Ağdərə sakini “1988-ci il təvəllüdlü N.M. avqustun 19-da saat 17:00 radələrində “heyvandarlıqla məşğul olan vətəndaş itmiş mal-qaranı axtarmaq üçün Martakertə bitişik ərazilərə gedib və geri qayıtmayıb”…
S.Laçın