Zelenski Niderlandda
Ekskluziv
2535
20 Aug 2023 | 15:34

Zelenski Niderlandda "F-16"ların Ukraynaya çatdırılması məsələsini qaldıracaq

"Cəsarətli razılaşma" : Zelenski Niderlanda səfərə gəlib və Ukrayna üçün çoxdan gözlənilən məsələni həll edib

 
"42 ədəd "F-16" qırıcısı Ukrayna səmasında olacaq. Çox sağ ol, Niderland!.."
 
"Rusiyanın hazırda aviasuya qruplaşması döyüş maşınlarının sayına görə Ukrayna aviasiyasından 5-6 dəfə çoxdur..."
 
Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı və məmurlar komandası ilə birgə Niderlanda səfərə gəlib və baş nazir Mark Rütte ilə danışıqlar aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
"Başlıca məsələ Ukraynanın Rusiya terrorundan müdafiə olunması üçün "F-16" qırıcıları məsələsidir.
 
Həmçinin gündəlikdə Qlobal sülh sammiti, sülh düsturu, terrorçu dövlətin məsuliyyətə cəlb edilməsi məsələləri var", - Zelenski "Facebook" səhifəsində məlumat verib.
 
Rütte ilə birgə mətbuat konfransında Ukrayna prezidenti bəyan edib ki, 42 "F-16" qırıcısi "Ukrayna səmasında olacaq".
 
"F-16". Cəsarətli razılaşma. Bu gündən artıq konkret nəticə var. Çox sağ ol, Niderland! Çox sağ ol, Mark!", - Zelenski deyib.
 
Öz növbəsində Mark Rütte qeyd edib ki, hələ may ayında Niderland ukraynalı pilotların təliminə başlamalı olub. Lakin, onun sözlərinə görə, qırıcılar olmadan təlim keçmək mümkün deyil.
 
"Yəni təlim üçün bizə təyyarələr lazımdır. Bu gün elan edə bilərik ki, Niderland və Danimarka şərtlər icra ediləndən sonra Ukraynaya "F-16" təyyarılərinin verilməsini öhdəsinə götürür", - Rütte bəyan edib.
 
Sosial şəbəkələrdə Zelenskinin Niderlandda hərbi bazanı gəzərək qırıcılara baxışını əks etdirən video yayılıb.
 
Kiyev dəfələrlə bəyan edib ki, Ukraynanın özünü müdafiə etməsi üçün müxtəlif növ "mənəvi və fiziki cəhətdən köhnəlmiş" sovet təyyarələrinin çoxməqsədli vahid növdən olan qırıcılar ilə əvəzlənməsinə ehtiyacı var, belə qırıcı da "F-16" ola bilər.
 
Ukrayna Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat dəqiqləşdirib ki, ukraynalılar ən azı 200 ədəd qırıcı təyyayə ilə Rusiya ordusundan üstünlük əldə edə bilər.  
 
Hazırkı məqamda Rusiya, Belarus və işğal edilmiş ərazilərdə olan Rusiyanın aviasiya qruplaşması döyüş maşınlarının sayına görə Ukrayna aviasiyasından 5-6 dəfə çoxdur.
 
"Üstəlik, biz texnologiyalarda da geri qalırıq. Ona görə də tələbat ciddidir. Qərb nümunəsindən olan çoxməqsədli eyni tip təyyarədən ibarət 5 briqadayadək taktiki aviasiya yaratmaq lazımdır.
 
Aydındır ki, biz hər şeyi dərhal ala bilməyəcəyik, lakin yeni çoxməqsədli təyyarəyə tədricən keçid zamanın tələbidir", - İqnat deyib.
 
Bu ərəfədə bəlli olub ki, ABŞ Danimarka və Niderlandın Ukraynaya "F-16" qırıcılarının tədarükü barədə sorğusunu təsdiq edib. 
 
Dövlət katibi Entoni Blinken qeyd edib ki, bu təyyarələrin göndərilməsi Ukraynaya yeni imkanlardan tam olaraq istifadə etməyə imkan verəcək".
Link kopyalandı!
Son xəbərlər